Şəki şəhərində Beynəlxalq Ənənəvi Şirniyyat Festivalı

 

Artıq 4 ildir ki, 20 iyul tarixində dünya miqyasında Beynəlxalq Şirniyyat Günü qeyd edilir. İlk dəfə 2011-ci ildə bir çox ölkələrdə keçirilən bu bayram millətlər, insanlar və xalqlar arasında dostluq və sülhə həsr olunur.
Bunları nəzərə alaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKM), Azərbaycan Milli Kulinariya Assosasiyası (AMKA), Şəki Şəhər İcra Hakimiyyəti, “İnci” dəftərxana ofis və məktəb ləvazimatları firması, “QuickS” əmtəə nişanı, “Kanal-S televiziya şirkəti” və “Azərsun” holdinqin “Super Sun” yağlarının birgə əməkdaşlığı ilə Şəki şəhərində Beynəlxalq Ənənəvi Milli Şirniyyat Festivalı keçirilir.
10527424_10204358031620027_1770299773764017076_n

 

10599326_10204358030740005_8416507055712702874_n
Tədbirin öncədən anons edilməsi, birbaşa və sonradan yayımını və s. həyata keçirmək məqsədi ilə “Kanal-S televiziya şirkəti” tədbirin eksklüziv informasiya sponsorudur. Sponsorlar Azərsun Holdinq şirkəti, Milli İrsin Qorunması İçtimai Birliyi, QuickS şirkəti, Asena şirkəti iştirakçılara və qaliblərə öz hədiyyələrini təqdim etdilər.
Tədbirdə AzPatent də iştirak etdi.
Tədbirdən öncə AMKM və AMKM tərəfindən Şəki Olimpik Otel Kompleksi 19 nəfər süfrəçi və 9 nəfər aşpaz üçün ixtisas artırma kursları keçirildi.
Aşpazlıq ixtisas artırma kurslarında dərslərin AMKM-nın mütəxəssislərindən əlavə Tahir Əmiraslanov (bir dərs) və Stalik Xankişiyev (bir dərs) müəllimlik etdilər.

 

Beynəlxalq Ənənəvi Şirniyyat Festivalında Türkiyə, Koreya, Monqolustan, Rusiya Federasiyasının Kislovodsk vilayəti, Gürcüstan, Qırğızıstandan kulinarlar və Azərbaycanın 23 bölgəsi də (Şəki, Oğuz, Qəbələ, Ucar, Gəncə, Goranboy, Qazax, Ağstafa, Yevlax, İsmayıllı, Agsu, Şamaxı, Şəmkir, Mingəçevir, Naftalan, Ağdaş, Qax, Balakən, Daşkəsən, Gədəbəy, Göygöl, Göyçay, Kürdəmir) öz şirin xörəklərini (firni, xəşil, şirin plov südlü sıyıq və s. kimi) unlu qənnadı məmulatlarını (paxlava, fəsəli, qatlama, zilviyyə, umac halvası kimi) milli şəkərli şirniyyatlarını (noğul, qoz halvası, səməni halvası və bu kimi) sərgiləndi.
Şirniyyat məhsulları öncədən hazırlanmış şəkildə gətirildi. Ayrılmış sərgi yerində iştirakçılar özlərinə məxsus milli paltarda, öz bölgələrinə məxsus məişət əşyaları, xalça, həsir və s. sərgiləyərək, sərgi yerində bölgənin əhval-ruhiyyəsini yaradırlar.
Festival Karvansaray kompleksində keçirildi.
Festivalı təntənəli surətdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin I müavini cənab Vaqif Əliyev giriş sözü ilə açdı və iştirakçılara, Şəki şəhər icra hakimiyyəti cənab Elxan Usubova və AMKM-in prezidenti cənab Tahir Əmiraslanova müraciət etdi.
Festivalın kubokunu Şəki Şəhər İcra Hakimiyyətinin başçısı cənab Elxan Usubova Mədəniyyət və Turizm Nazirinin I müavini cənab Vaqif Əliyev tərəfindən təqdim etdi.
Tahir Əmiraslanov Ümumdünya Kulinariya Təşkilatları Birliyi adından Qırğızıstan Kulinariya Assosiyasını bu təşkilata üzv olması ilə bağlı təbrik etdi və üzvlük diplomunu Qırğızıstan Kulinariya Assosiasiyasının Prezidenti cənab Şuxrat Şaripova təqdim etdi. O öz nitqində Qırğızıstan Kulinariyasına dəstəyinə görə T.İ. Əmiraslanova minnətdarlığını bildirdi.
Gürcüstan, Monqolustan Kulinariya Assosiasıyasının Prezidentləri cənab Vladimer Mjavanadze, Oktabr Jançiv və Stalik Xankişiyev çıxış etdilər. Gürcüstan Kulinariya Assosiasıyası iştrakçıları öz diplomları ilə, Stalik Xankişiyev öz kitabıları ilə təltif etdilər.
Münsiflər heyəti tərəfindən müəyyən olunmuş qaliblər və iştirakçılar sponsorlar və təşkilat komitəsi tərəfindən diplomlar və hədiyyələrlə mükafatlandırılır.
Tədbirdə qaliblər belə müəyyənləşdi:
Yerli komandalar:
1-ci yer (Qızıl medal) Şəki
2-ci yer (Gümüş medal) Naftalan və Şamaxı
3-cü yer (Bürünc medal) Balakən, Qəbələ, Ucar, Şəmkir, Gəncə.
Xarici komandalar:
1-ci yer (Qızıl medal) Qırğızıstan
2-ci yer (Gümüş medal) Türkiyə və Gürcüstan
3-cü yer (Bürünc medal) Koreya.
Şəki şəhərində fəaliyyət göstərən sexlər:
1-ci yer “Əliəhməd” şirniyyat sexi
2-ci yer “Halvaçı Yəhya” şirniyyat sexi
3-cü yer “Ruzi – 1″ şirniyyat sexi

Tədbirin münsiflər heyəti:
Sədr:
Şuhrat Şaripov – Qırğızıstan Aşpazlar Assosiasiyasının sədri.
Üzvlər:
1. Oktyabri Jançiv – Monqolustan Aşpazlar Assosiasiyasının prezidenti.
2. Stalik Xankişiyev – MDB ərazisində məşhur olan populyar mətbəx kitablarının müəllifi, Rusiya kanallarında daimi mətbəx verilişləri aparan, dünya şöhrətli kulinar, usta aşpaz.
3. Vladimir Mjvanadze – Gürcüstan Aşpazlar Qildiyasının prezidenti.
4. Kim Li – Koreya Aşpazlar Assosiasiyasının üzvü, baş aşpaz.
5. Kim Alisa Aleksandrovna – Kislovodsk şəhəri, Şimali-Qafqaz Aşpazlar Assosiasiyasının icraçı direktoru.
6. Faik Buyrukçu – Türkiyə Cümhuriyyəti, Qafqaz Riverside otelin baş aşpazı.
7. Ceyran Əsgərova – ADİU-nin magistri. AMKM-də baş direktor müavini, AMKA-nın icraçı direktorudur. Respublika kulinariya şurasının üzvü, Çempionatlar laureatı, Xarkov instututunun disertant, 4-cü dərəcəli aşpaz.
8. Tünzalə Məmmədzadə – Bakı şəhəri 18 saylı peşə liseyinin məzunu, AMKA-nın idarə heyətinin üzvü, Beynəlxalq Çempionatların qalıbı, 6-cı dərəcəli aşpaz.
9. Emma Abdullayeva – ADİU-nun magistr tələbəsi, AMKA-nın idarə heyətinin üzvü, Beynəlxalq Çempionatların qalıbı, “Azərsun Holding”-in məhsul-tanıtım mütəxəssisi, 3-cü dərəcəli aşpaz.
10. Gülnar Ələsgərova – ADİU-nun məzunu, AMKA-nın idarə heyətinin üzvü, Beynəlxalq Çempionatların qalıbı, Gənclər mükafatı laureatı, 4-cü dərəcəli aşpaz.
11. Elnurə Quliyeva – ADİU-nin magistri, AMKM-in baş texnoloqu, AMKA-nın üzvü.
12. Tərlan Abdullayeva – ADİU-nun məzunu, AMKA-nın üzvü, Beynəlxalq Çempionatların qalıbı.
13. Asya Axundova – Bakı şəhəri 11 saylı peşə liseyinin məzunu, Beynəlxalq Çempionatların qalıbı, usta dərəcəli aşpaz. AMKA-nın üzvüdür.
14. Aygül Əsgərova – Qida mühəndisliyi üzrə bakalavr, Azərbaycan Turizm İnstitutunun məzunu, AMKM-in aparıcı texmoloqu.
15. Bəyim Məmmədova – Qida mühəndisliyi üzrə bakalavr, Azərbaycan Turizm İnstitutunun məzunu, AMKM-in aparıcı mütəxəssisi.
16. LEYLA KƏRİMLİ – Qida mühəndisliyi üzrə bakalavr, AzDİU-nun məzunu, AMKM-in aparıcı texnoloqu.
Festival geniş konsert proqramı ilə öz işinə yekun vurdu.