II Beynəlxalq Dolma Festivalı

15.07.2017-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə Xaçmaz rayonunda təşkil olunacaq II Beynəlxalq Dolma Festivalı keçirildi.
Qeyd etmək istiyərdik ki, 1-ci dolma festivalında 23 rayonumuzdan nümayiş etdirilən 300- ə qədər dolma növü tərəfimizdən toplanıb kitab halına salınıb. 2016-cı ildə Azərbaycanda dolmanın bişirilmə ənənələrinin qeyri-maddi mədəni irsin reprezantativ siyahısına daxil edilməsi üçün fayllar UNECKO tərəfindən qəbul edilib. 2018-ci ildə isə dolmanın UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına salınması gözlənilir.
Tədbir regionlarımızda mövcud olan digər dolma növlərinin aşkarlanması, qədim dolma növlərinin bərpası, yeni əmələ gələn növlərin üzə çıxarılması, rayonlararası mübadilənin inkişafı, daha çox dolma növlərinin restoran və qida sənayesinə gətirilməsi üçün keçirilir.
Diqqətinizə çatdırırıq ki, II Beynəlxalq Dolma Festivalında 40-a yaxın bölgəmiz tərəfindən Azərbaycanın hər evində hazırlanan və qədim Azərbaycan mətbəxinə aid olan 300-dən çox Azərbaycana məxsus milli dolma sərgilənəcək. Azərbaycanda fəaliyət göstərən diplomatik nümayəndəliklər (səfirliklər) tərəfindən də hər ölkənin ( Türkiyə, Ukrayna, Çin, Meksika, Özbəkistan, İndoneziya, Bolqarıstan, Koreya) ənənələrinə uyğun xörəklərin sərgisi təşkil edildi. Tədbirdə Milli Məclis üzvləri ictimai, siyasi xadimlər, nazirliklərin və dövlət qurumlarının rəhbərləri və nümayəndələri, diplomatik nümayəndəliklər iştirak etdilər. Tədbirdə çıxışlar, mükafatlandırma, konsert proqramı, ziyafət təşkil olundu.
Festivalın rəsmi açılışı 15.07.2017 – ci il tarixində Xaçmaz şəhəri “Çənlibel” parkında keçirildi.
I Beynəlxalq Dolma Festivalının qalibləri:
Ölkələr arasında:
Ən yaxşı stend:
I YER: Ukrayna
II YER: İndoneziya
II YER: Koreya
III YER: Meksika
III YER: Bolqarıstan
III YER: Özbəkistan
Ən maraqlı dolma növləri:
I YER: Türkiyə (yarpaq sarması)
II YER: Özbəkistan ( dolma plov)
III YER: Çin (çinzu dolma)
Azərbaycanın rayonları arasında:
Ən yaxşı rayon süfrəsi (stend)
I yer Xaçmaz
II yer Şamaxı
II yer Zəngilan
III yer Ağdam
III yer Gəncə
III yer Bakı
Ən maraqlı tarixi qeyri-adi dolma
I yer Xızı (şirin dolma)
II yer Şabran (gülxətmi dolması)
II yer Şuşa (ürək dolması)
III yer Qax ( qaya yarpağı dolması)
III yer Zaqatala ( bağırsaq dolması)
III yer Qazax ( limon dolması)
Ən yaxşı dolma
I yer Şəki (dobu dolması)
II yer Ağstafa (qaz ətli kələm dolması)
II yer Füzuli (çolpa dolması)
III yer İmişli (tut yarpağı dolması)
III yer Qubadlı ( alma dolması)
III yer Zərdab (yalançı kələm dolması)
Ən yaxşı xarici təqdimat
I yer Qəbələ
II yer Quba
II yer Qusar
III yer Beyləqan
III yer Masallı
III yer Cəlilabad
Ən çox dolma çeşidi olan rayon
I yer Sumqayıt (82 növ)
II yer Xaçmaz ( 64 növ)
II yer Gəncə (55 növ)
III yer Abşeron ( 52 növ)
III yer Şəki (50 növ)
III yer Laçın (41 növ)
Müasir dolma növləri
I yer Abşeron (ananas dolması)
II yer Quba (xonça dolması)
II yer Laçın ( zeytun dolması)
III yer Kürdəmir ( göbələk dolması)
III yer Zaqatala ( şabalıd dolması)
III yer Xocavənd (qırmızı kələm dolması)
Ən yaxşı mövsüm dolmaları:
I yer Siyəzən (gavalı dolması)
II yer Sabirabad (qarpız dolması)
II yer Səlyan (bornı gülü dolması)
III yer Tərtər ( ceyran ətindən heyva yarpaqlı dolma)
III yer Tovuz (badımcan dolması)
III yer Saatlı (yemiş dolması)
Kuboklar:
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kuboku:
Xaçmaz Rayon İcra Hakimiyyət
Xaçmaz Rayon İcra Hakimiyyətinin kuboku:
Milli Kulinariya Assosiasiyasına
Azərbaycan Milli Kulinariya Mərkəzinin kuboku:
Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinə
Azərbaycan Milli Kulinariya Assosasiyasının kuboku:
İndoneziyanın Azərbaycandakı səfirliyinə

20155703_1612589848782373_4921266260573838539_n