26.08.2017 tarixdə keçirilmiş V Qəbələ Beynəlxalq Mürəbbə Festivalı haqqında hesabat

Qəbələdə keçirilən V Beynəlxalq Mürəbbə Festivalında 22 ölkənin, 44 şəhər və rayon, 2 mürəbbə istehsal edən fabrik (Quba və Xaçmaz) cəmisi 68 iştirakçı iştirak edib.
Avqustun 26-da Qəbələ şəhərində V Beynəlxalq Mürəbbə Festivalı keçirilib. Qəbələ Rayon İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM), Azərbaycan Milli Kulinariya Assosiasiyası (AMKA) tərəfindən keçirilən festivalın iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri düzdülər. H. Əliyev abidəsi önündən yarış yerinə qayıdan iştirakçılar və şəhər əhalisi, festivalın böyük bayrağı musiqi və rəqslərlə şəhərin küçələrindən festival məkanına paradla gəldilər.
V qəbələ Beynəlxalq mürəbbə festivalı çərçivəsində baş verən ən mühüm hadisələrdən biri də «Azərpoçt» MMC-nin tərəfindən Azərbaycan Milli Mətbəxinə həsr edilmiş markaların imzalanma mərasimi olub.
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə Və Yüksək Texnologiyalar Nazirliyi icazəsi ilə «Azərpoçt» MMC-nin tərəfindən bu mərasim üçün ayrıca xüsusi möhür hazırlanıb. Bu möhür mətbuatın və qonaqların gözü qarşısında 10 dəst markaya vurulduqdan sonra sındırılıb.
Hər marka dəstində cəmisi iki marka olub. Markalardan birində piti, digərində isə yarpaq dolması əks etdirilib. Möhürlənmiş 10 dəst marka Ümumdünya Kulinariya Təşkilatları Birliyinin (ÜKTB) Prezidenti cənab Tomas Quqler, Azərbaycan Milli Kulinariya Assosiasiyanın Prezidenti cənab Tahir Əmiraslanov və Azərbaycanın Moldovadakı keçmiş səfiri cənab Namiq Əliyev tərəfindən imzalanıb. Beləliklə bu markalar dünyadakı 30 milyondan çox filatelistlər üçün raritetə çevrilib və dünya filatelistləri bu markaları öz kolleksiyalarına daxil etmək üçün mübarizə aparacaqlar.
Hər filatelist raritet markası əldə etmək üçün onu ekspertizadan keçirdiyi üçün indi bu markada neçə ədəd dolmanın əks olunduğu neçəsinin üzərinin qatıqla örtüldüyü və s. xırdalıqlarla bərabər, dolma haqqında məlumatlar əldə edəcək, artıq dolmanı və pitini Azərbaycan xörəyi kimi qəbul edəcəklər. Markanın məhz V Qəbələ Beynəlxalq Mürəbbə Festivalında imzalanması bu festivalı onun tarixini markalarla bərabər yaşadacaq, dünyaya tanıtdıracaq. Bu hadisə həm də təbliğat sahəsində böyük rekordur. ÜKTB-nin və onun Prezidentinin saytında işıqlandırılan bu tədbiri ÜKTB-nin 12 milyon üzvü 30 milyondan çox insana çatacaq. Bunu isə böyük uğur hesab etmək olar və təbliğatı nəzərə alsaq bütün Qəbələ şəhəri festivalın ümumi məqamına çevrilib, nəin ki turistləri həm də bütün şəhər əhalisinin əhatə edib.
Tədbir öncəsi, tədbir zamanı və sonrası festivalı yüksək səviyyəli piarı təmin edilib.
Qəbələ şəhərindəki “Qafqaz Karvansaray” otelinin qarşısındakı parkda keçirilən beynəlxalq tədbirdə 22 ölkənin (Türkiyə, Almaniya, Belarus, Böyük Britaniya, Gürcüstan, Xorvatiya, İran, Qırğızıstan, Livan, Malayziya, Meksika, Moldova, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Şimali Kipr və Çin) şirniyyatçıları, eləcə də Azərbaycanın 44 şəhər və rayonunu təmsil edən mürəbbə ustaları və iki fabrik (Qəbələ və Xaçmaz) öz məhsullarını nümayiş etdiriblər. Dünya Kulinariya Təşkilatları Birliyinin və Dünya Xalq Yaradıcılığı Təşkilatının eqidası altında keçirilən festivalı izləyənlər arasında Mədəniyyət və Turizm Nazirliyinin, Qəbələ Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbər şəxsləri, bir neçə ölkənin Azərbaycandakı səfirləri, 5 mindən çox yerli və xarici turist olub.
Festivalın açılış mərasimində Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Ümumdünya Kulinariya Təşkilatının (WAKS) Prezidenti Tomas Gugler, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov çıxış ediblər.
Bildirilib ki, artıq 5 ildir ki, Qəbələ möhtəşəm mürəbbə festivalına ev sahibliyi edir. 2016-cı ildə 10 xarici ölkədən, 30 şəhər və rayondan, bu il isə 22 ölkədən, 44 şəhər və rayondan, 2 fabrikdən gətirilən mürəbbələrlə iştirak etməsi bu tədbirin beynəlxalq nüfuzunun ildən-ilə daha da artmasından xəbər verir. Azərbaycan tarixində bu festival ən çox iştirakçı qəbul edən festival oldu. V Festival yalnız yarış yeri ilə əhatələnməyib. Şəhərin girişlərində və görkəmli yerlərində, bütün otellərdə festivalın banerləri qoyulub. Şəhərin əsas küçələrində, əhaliyə və turistlərə mürəbbələrin satışı üçün şərait yaradılıb. Hər satış nöqtəsi festival bayrağı ilə təmin edilib. Keçirilən parad və təbliğatı nəzərə alsaq bütün Qəbələ şəhəri festivalın ümumi məkanına çevrilib, nəinki turistləri, həm də bütün şəhər əhalisini əhatə edib.
Tədbir öncəsi, tədbir zamanı və tədbir sonrası festivalın yüksək səviyyədə piarı təmin edilib.
Natiqlər qeyd ediblər ki, belə festivalların keçirilməsində əsas məqsəd xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına nail olmaqdır. Mürəbbə festivalı Qəbələdə turizmin inkişafına da çox böyük təkan verən amillərdən biridir. Qəbələ indi Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir. Həqiqətən də rayona hər gün minlərlə yerli və xarici turistlər gələrək dincəlir. Qəbələ artıq festivallar mərkəzinə çevrilib. Burada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hər il Beynəlxalq Musiqi Festivalı keçirilməsi Qəbələnin şöhrətini dünyaya yayır.
Vurğulanıb ki, mürəbbə festivalı təkçə Qəbələnin deyil, ölkəmizin bütün bölgələrinin zəngin mətbəx mədəniyyətinin daha yaxından tanıdılmasında əhəmiyyətli rol oynayır.
Vurğulanıb ki, Azərbaycan dünyanın ənənəvi mürəbbə sənətinin mərkəzləri arasında xüsusi yer tutur. Ölkəmizin şirniyyatçıları tərəfindən hazırlanan mürəbbələr özünün əla, ləziz dadı və geniş çeşidi ilə digər ölkələrdən fərqlənir. Bunu Qəbələ Beynəlxalq Mürəbbə Festivalında nümayiş olunan Azərbaycan və xarici ölkələrinin təqdim etdiyi mürəbbələri müqayisə etdikdə aydın görmək mümkün olur.
Müsabiqədə Azərbaycan mürəbbələri çeşidinə və keyfiyyətinə görə digər ölkələrin məhsulundan daha üstün hesab edilib.
Qeyd edilib ki, ölkəmizin mədəniyyətini və milli kulinariyasını təbliğ etmək məqsədilə keçirilən Qəbələ mürəbbə festivalında rayonların hər birindən 8 çeşiddə mürəbbə hazırlayan 8 nəfərdən ibarət komanda, eləcə də həmin şəhər və rayonların bədii kollektivləri, xalq tətbiqi sənəti ustaları iştirak ediblər. Əlavə, qeyri adi ekstra mürəbbələr təqdim edənlər də ayrıca mükafatlandırılıb. Bəzi iştirakçılar 72 növ mürəbbə nümayiş etdirib. Ümumiyyətlə münsiflər heyəti 1200 bərni mürəbbənin dadına baxıb.
Festival həm də yarış şəklində təşkil olunub. Bunun üçün beynəlxalq münsiflər heyəti yaradılıb. İştirakçılar müsabiqəyə gilas, böyürtkən, çiyələk, heyva, qoz, ərik, gül və gavalı mürəbbələri təqdim ediblər. Müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssis və ekspertlərin daxil olduğu münsiflər heyəti qalibləri müəyyən edib.
Yarışlar bitdikdən sonra mürəbbələrin satışı üçün şərait yaradılıb və sərgi təşkil olunub. Festivalda komandalar tərəfindən təqdim olunan müxtəlif çeşiddə mürəbbələr, şirniyyat və meyvə şirələri yerli və xarici turistlərin böyük marağına səbəb olub. Festivalda mürəbbə, şərab, meyvə şirələri, qida məhsulları istehsal edən müəssisələr də öz məhsullarını nümayiş etdirə biliblər.
Qəbələnin “Qəbələ şərab” Şərab İstehsalı Müəssisəsinin müxtəlif çeşiddəki brend məhsulları əcnəbi turistlərin böyük marağına səbəb olub. İnsanlar əl əməyi və sənaye üsulu ilə hazırlanan mürəbbələrin dadına həvəslə baxıblar, onların hazırlanması üsulu ilə maraqlanıblar.
Festival çərçivəsində xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi-yarmarkalar, həmçinin, Qəbələnin bədii kollektivlərinin çıxışları da təşkil edilib.
Münsiflərin rəyi əsasında iştirakçıların gözü qarşısında ən yaxşı mürəbbə hazırlayan şəxslər müəyyən edilib. Festivalda hamının tanıdığı ənənəvi mürəbbələrdən başqa qeyri adi mürəbbələr də (qarğıdalı, günəbaxan, yemiş, xiyar, badımcan, limon, bənövşə, nanə, itburnu, cır alça, pomidor, yerkökü, sarı moruq, eləcə də müalicəvi çiçək və otlardan, bitkilərdən hazırlanan mürəbbələr) nümayiş olunub
Mürəbbə müsabiqəsində 3 nominasiya üzrə qaliblər elan olunub. İştirakçılara kubok, medal və qiymətli hədiyyələr verilib.
İlk dəfə olaraq Azərbaycanda Qəbələ şəhəri “Beynəlxalq mürəbbə Mərkəzi” elan edilib. Bunu təsdiqləyən sənədlər, diplom və kubok Qəbələ icra hakimi cənab Səbuhi Abdullayevə təqdim edilib. Mükafatlar Ümumdünya Kulinariya Təşkilatları Birliyinin Prezidenti Tomas Quqler, Azərbaycan Milli Kulinariya Assosasiyasının Prezidenti Tahir Əmiraslanov və münsiflər heyətinin sədri Akbar Umarov tərəfindən imzalanıb və təqdim edilib.
Qəbələnin Beynəlxalq Mürəbbə Mərkəzi kimi tanıdılması və brendləşdirilməsi dünyanın mürəbbə, cem, povidlo, konfyutir və s istehsalçılarının diqqətinu Qəbələyə çəkəcək, xarici firmaların öz məhsulları üçün Qəbələdən mükafat almağa sövq edəcək, Azərbaycana investisiya qoymağa maraqlandıracaq, meyvələrimizin xarici bazarlara yolunu açacaq.
21125644_1663598333681524_404394019569107001_o

IMG_5657

IMG_6320