Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı

Sentyabrın 27-də “JW Marriott Absheron Baku” hotelində Dünya Turizm Günü və Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda turizm sahəsində səmərəli fəaliyyətlərinə görə təltif edilən bir qrup turizm sənayesi işçilərinə həmçinin Azərbaycan Milli Kulinariya Mərkəzinin əməkdaşları baş texnoloq Gülnar Ələsgərova, baş kulinar Aynurə Əmiraslanovaya və Azərbaycan Milli Kulinariya Assosiasiyasının kollektiv üzvü olan “Qəbələ Xanlar” istirahət mərkəzinin təsisçisi Xanlar Kərimova fəxri turizm işçisi medallarını təqdim edib.
Bizim təqdimatımıza diqqətlə yanaşan Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevə və nazirliyin bütün əməkdaşlarına təşəkkürlərimizi bildiririk. Artıq iki kulinarımız Əməkdar Mədənıyyət İşçısi, yeddisi isə Fəxri Mədəniyyət və ya Turizm işçısi adını daşıyırlar. Bunu dövlətimizin bizim sahəyə diqqəti kimi qiymətləndiririk.
Əməkdaşlarımızı və Xanlar müəllimi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

22050117_1701124539928903_5047405171021678811_n

22089397_1701124483262242_8383111538613092176_n

22141318_1701124323262258_2516025420316363593_n