Hesabat

Azərbaycan Milli Kulinariya Mərkəzinin
20 oktyabr 2016-cı il tarixindən 20 oktyabr 2017-ci il tarixinədək keçirdiyi tədbirlər
2016-ci ildə keçirilən daxili tədbirlər
Oktyabr
1. 20.10.2016 tarixdə Muğam Ocağında Beynəlxalq Kulinariya günü çərçivəsində Azərbaycanda olan səfirliklərin iştirakı ilə “I Beynəlxalq çörək” festivalı keçirildi. Azərbaycanın 24 şəhər və rayonu xarici ölkələrdən Türkiyə, Özbəkistan, Qırğızıstan milli çörəklərini qonaqlara təqdim etdillər. Tədbirdə Mədəniyyət və Turizm nazirinin müavini Sevda xanım Məmmədəliyeva, nazirliyin şöbə müdiri Fikrət Babayev və nazirliyin digər nümayəndələri, Millət vəkilləri Qənirə xanım Paşayeva, Ülviyyə xanım Ağayeva, Azərbaycanda fəaliyyət göstərən səfirliklər, media nümayəndələri tanınmış aşpazlar və s. iştirak etdilər. Azərbaycan milli mətbəxinin təbliğində xüsusi roluna görə Natəvan Makili- Əliyevaya Azərbaycan Milli Mətbəx səfiri diplomu təqdim olundu. “I Beynəlxalq çörək” festivalında Azərbaycanın aşağıdakı şəhər və rayonlarından gələn iştirakçılar həmin bölgələrə məxsus çörəkləri sərgilədilər: Abşeron, Ağdaş, Ağsu, Astara, Bakı, Balakən, Gəncə, Göyçay, Xaçmaz, İmişli, İsmayıllı, Qax, Qusar, Laçın, Neftçala, Oğuz, Sumqayıt, Şamaxı, Şəki, Şuşa, Zaqatala, Zəngilan, Zərdab, Qobustan. Festivalın sonunda qaliblər mükafatlandırıldı.
Noyabr
2. 1-15.11.2016-ci il tarixində Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosasiyası tərəfindən kulinariya təhsili verən 4 peşə liseyində (Turizm, 5,12, və 18 saylı) usta siniflər keçirildi. Usta siniflər Turizmin ölkəmizdəki sürətli inkişafı ilə əlaqadar yeni çağırışlara cavab verməklə, beynəlxalq restoran sistemində milli mətbəxlərə olan Ümümdünya Kulinariya Təşkilatları Birliyinin aşpazların təhsilinə qoyduğu tələbləri, milli mətbəxin moderiləşdirilməsi xidmətin səviyyəsinin yüksəldilməsi məqsədini güdürdü və bu tələblərinə uyğun gənc kadrların hazırlanması məqsədi ilə 10 günlük usta sinifləri keçirildi.
Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi dəstəyi ilə Azərbaycan Milli Kulinariya Assosasiyası və Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən 01.11.2016-cı il tarixindən 4 peşə məktəbində – 5 saylı peşə məktəbi, 12 saylı Bakı Peşə liseyi, 18 saylı Peşə məktəbi, Turizm Peşə liseylərində usta siniflər keçirildi. 01-15.11.2016 tarixləri ərzində keçirilən usta siniflərdə Milli mətbəx, həmçinin Avropa və Asiya mətbəxlərindən yeməklərin hazırlanma qaydaları nümayiş etdirildi. Usta siniflərin keçirilməsi üçün “Azərsun Holding” şirkətlər qrupunun , “BestCow” Kərə Yağlarından, “Qəbələ quşçuluq” şirkətinin və “Qoç ət” kəndli və fermer təsərrüfatının istehsal etdikləri yüksək səviyyəli ərzaqlardan istifadə edildi. Usta siniflərin ümumi sayının 40-a yaxın olmaqla 15 müəllimə və 300 şagirdə usta siniflər keçirilib. Usta siniflərdə iştirak edən Milli Kulinariya Mərkəzinin texnoloqları və Milli Kulinariya Asossasiyasının aşpazları Azərbaycan Milli Kulinariya Mərkəzinin diplomları ilə mükafatlandırıldılar. Kurslarda gələn, iştirak edən müəllim və şagirdlərə sertifikatlar təqdim edildi.
Dekabr
3. 01.12.2016 tarixdə Cənubi Koreyanın Azərbaycandakı səfiri cənab Kim Chang Gyu öz iqamətgahında Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru cənab Tahir Əmiraslanovun şərəfinə ziyafət verdi. Ziyafətdə Hörmətli cənab səfir, həmçinin xanım Chang Gyu, Səfirliyin digər işçiləri, AMKM-dən cənab Tahir Əmiraslanov və AMKM-in aparıcı mütəxəssisləri iştirak etdilər. Ziyafət zamanı kulinariya sahəsində Azərbaycan_Koreya əlaqələrindən, bu sahədə görülən işlərdən danışıldı.
4. 02.12.2016 tarixdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə azərbaycanlı kulinar, yazıçı və fotoqraf Stalik Xankişiyevin “Kazan, kulinarnıy samouçitel” və “Plov, kulinarnoye issledovaniye” kitablarının təqdimatı keçirildi. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, Xalq Yazıçısı Çingiz Abdullayev tədbirdə iştirak etdilər.
5. 14.12.2016 tarixdə Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbinin fəaliyyətə başlamasının 5 illiyi və ölkəmizdə “Multikulturalizm ili” nin başa çatması münasibətilə “Multikultural və dadlar” adlı tədbir keçirildi.
Tədbirdə Azərbaycan Milli Kulinariya Mərkəzinin nümayəndələri də iştirak etdi.
2016-ci il tarixində keçirilən xarici tədbirlər
Noyabr
1. 08-15.11.2016-ci il tarixində İtaliyanın Berqamo şəhərində keçirilən Dünya Xalq Yaradıcılığı Təşkilatının (DXYT – İOV) Assambleyasında Azərbaycan nümayəndə heyəti iştirak etdi.
Ənənəvi qida komitəsinin sədri Tahir Əmiraslanov da qida komitəsinin gördüyü işlərdən danışdı. Məruzəsində digər kitablatla bərabər Ermənistan tərəfindən işğal olunmuş Qarabağdan qaçqın düşmüş 1 million əhalidən toplanmış Azərbaycan Qarabağ mətbəxi kitabının çap edildiyi, indi isə monoetnik dövlət yaradan Ermənistan dövlətinin Ermənistanda dədə-baba torpaqlarından qovulan aboriqen əhalidən toplanan Azərbaycan İrəvan xanlığı mətbəx kitabının çapa hazırlandığı da vurğulandı. Assambleya DXYT-yi yeni nizamnəməsinin qəbul etdi. DXYT-yə yeni rəhbərlik seçildi. DXYT gənclərinin vitse-prezidenti Minarə Quliyeva gənclər komitəsinin gördüyü işlər barəsində hesabat verdi. Minarə Quliyevaya Ənənəvi Geyim Komitəsinin yeni tərkibini müəyyənləşdirmək tapşırığı verildi. Bununla Assambleya öz işini başa vurdu.
Təbliğat, Təhsil və Elm sahəsində görülən işlər
1. Televiziyalarda və radio kanallarında onlarla çıxışlar oldu.
2. Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Qida sənayesi kollecinin və Turizm peşə məktəbinin və Korperasiya liseyinin tələbələri Azərbaycan Milli Kulinariya Mərkəzində praktika keçdilər.
3. Dörd press konfrans keçirilmişdir.
4. Tahir Əmiraslanov 10-dan çox intervüsü vermişdir.
5. Xarici aşpazlar tərəfindən 100 nəfərə usta sinif keçirildi.
6. Bir nəfər magistr, bir nəfər isə bakalavr təhsili almaq üçün xaricə göndərildi.
2017-ci il tarixində keçirilən ölkədaxili tədbirlər
Yanvar
1. 23.01.2017 tarixində Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov tərəfindən hərbi hissələrin əsgər və zabit heyətinə hərbdə qidalanma ilə əlaqədar mühazirələr oxundu.
2. 25.01.2017 tarixində Azərbaycan Milli Assosiasiyasının kollektiv üzvü olan Pizza Hat-ın 22 yaşı ilə əlaqədar tədbir təşkil edildi. Restoranın rəhbərliyi və fəal işçiləri tərəfimizdən diplom və medallarla təltif edilmişdir. Tədbir respublika və beynəlxalq media və internetresurslar tərəfindən geniş işiqlandırıldı.
Fevral
3. 02.02.2017 tarixdə Azərbaycan Milli Kulinariya Mərkəzinin gənc kulinarlarından Azadə Musabəyli Gənclər və İdman Nazirliyinin gənclər mükafatı ilə təltif edildi.
Mart
4. 02.03.2017 tarixində 5 nömrəli Bakı peşə məktəbində Milli Kulinariya Asossasiyası və Milli Kulinariya Mərkəzi tərəfindən usta sinif keçirildi.
5. 04.03.2017 tarixində Azərbaycan Xalça Muzeyinde Azərbaycanın Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov “Novruz nemətləri” mövzusunda mühazirə oxudu. Mühazirədə Novruz şirniyyatlarının yaranma tarixi, hazırlanma üsullarının incəlikləri və naxışlarının rəmzi mənalarından bəhs edildi.
6. 10-11.03.2017 tarixlərində Mədəniyyət və Turizm Nazirliyinin turizm bələdçilərinin attestasiyası əsasında Azərbaycan Turizm və Menecment Universiteti ilə Pasha travelin birgə əməkdaşlığının nəticəsi olan “Guide me in Baku” layihəsi çərçivəsində Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanovun “Kulinariya Turizmi” fənni üzrə xüsusi seçilmiş gənclərə 6 saatlıq (2 günə) seminarı keçirildi.
7. 18.03.2016-cı il tarixdə Dənizkənarı Bulvar Parkında Ölkə Prezidentinin, Birinci Xanımın, dövlət və siyası xadimlərin iştirakı ilə Novruz bayramı keçirildi. 8-ci ildir ki, bu bayramda Azərbaycanın Novruz mətbəxi sərgisi Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən təşkil olundu. Sərgidə 10 şəhər və rayon – öz rayonlarına məxsus mətbəx nümunələrini, milli yeməklərini, məişət və mətbəx ləvazimatlarını nümayiş etdirdi. Sərgidə Azərbaycan mətbəxinin bərpa edilmiş tarixi yeməkləri nümayiş etdirildi.
8. 30.03.2017 tarixində Azərbaycan Turizm və Menecment Universiteti (2 korpus) Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” -ndə milli mətbəxin yeri və restoran biznesinin rolu” mövzusunda elmi praktik konfrans keçirildi.
Tədbirdə ictimai, siyasi xadimlər, nazirliklərin və dövlət qurumlarının nümayəndələri iştirak etdi. Tədbirdə aşpazların əl işlərinin sərgisi təşkil edildi.
May
9. 17.05.2017 tarixdə AMKM-də dolmaların patentləşdirilməsi ilə bağlı Dövlət Patent İdarəsinin nümayəndələri ilə ( patent və əmtəə nişanları mərkəzində əmtəə nişanları və coğrafi göstəricilər üzrə böyük ekspert Haqverdiyeva Lamiyə və patent və əmtəə nişanları mərkəzində əmtəə nişanları sənaye nümunəsi və coğrafi göstəricilərin ekspertizası departamentinin direktoru Haciyev Ramin ) işçi görüş keçirildi.
10. 30-31.05.2017 tarixdə Holiday in otelində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Azərbaycan Respublikasının Standartlaşdırma Nazirliyi, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuş “Əqli Mülkiyyət və Ənənəvi Biliklər haqqında sub-regional” və “Coğrafi göstəricilər və mənşə yerinə əsaslanan fərqlənmə nişanlarının digər qorunma üsulları mövzusunda sub-regional” seminarda AMKM aktiv iştirak etdi.
İyun
11. 06.06.2017 tarixdə AMKM, AMKA və Konfutsi İnstitutu arasında kulinariya incəsənəti, ictimai iaşə və qida texnologiyalarının sahəsində Azərbaycan Respublikası və Çin xalq Respublikası arasında iki tərəfli əlaqələrin inkişafı, kulinariya ənənələrinin saxlanması, bu sahədə informasiya mübadiləsi, Çin xalq mətbəxinin Azərbaycanda, Azərbaycan xalq mətbəxinin isə Çində təbliği haqqında müqavilə sənədləri imzalandı. Eyni zamanda Konfutsi İnstitutunda Tahir Əmiraslanovun məruzəsi dinlənildi və bağlanmış müqavilə çərçivəsində ortaya çıxan məsələlər müzakirə olundu.
12. 07.06.2017 tarixdə Rusiyanın NTV kanalının Müslim Maqamayevin 25 illik yubileyinə həsr edilmiş filmin çəkilişində milli mətbəxlə bağlı epizodların çəkilməsinə yardım edildi.
13. 08.06.2017 tarixdə JW Marriott Abşeron Bakı hoteldə təşkil edilmiş “Aİ-Azərbaycan Biznes Forum”unda AMKM aktiv iştirak etdi.
14. 13-14.06.2017 tarixdə Qobustan Milli tarix-bədii qoruğunun yaradılmasının 50 illiyinə həsr olunmuş “Qobustan – Mədəniyyətlərin Qovşağında Qayaüstü İncəsənət”adlı beynəlxalq konfransı keçirildi. AMKM-in baş direktoru Tahir Əmiraslanov “Qobustanın Azərbaycanın Milli Mətbəxində yeri” haqqında məruzə ilə çıxış etdi.
İyul
15. 15.07.2017-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə Xaçmaz rayonunda II Beynəlxalq Dolma Festivalı keçirildi.
Qeyd etmək istiyərdik ki, 1-ci dolma festivalında 23 rayonumuzdan nümayiş etdirilən 300- ə qədər dolma növü tərəfimizdən toplanıb kitab halına salınıb.
II Beynəlxalq Dolma Festivalında 40-a yaxın bölgəmiz tərəfindən Azərbaycanın hər evində hazırlanan və qədim Azərbaycan mətbəxinə aid olan 350-dən çox Azərbaycana məxsus milli dolma sərgiləndi. Azərbaycanda fəaliyət göstərən diplomatik nümayəndəliklər (səfirliklər) tərəfindən də hər ölkənin ( Türkiyə, Ukrayna, Çin, Meksika, Özbəkistan, İndoneziya, Bolqarıstan, Koreya) ənənələrinə uyğun xörəklərin sərgisi təşkil edildi.
Avqust
16. 26.08.2017 tarixində Qəbələ şəhərində Qəbələ Rayon İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM), Azərbaycan Milli Kulinariya Assosiasiyası (AMKA) tərəfindən “V Qəbələ Beynəlxalq Mürəbbə Festivalı” keçirildi. Festivalda 22 ölkə, 44 şəhər və rayon, 2 mürəbbə istehsal edən fabrik (Quba və Xaçmaz) cəmisi 68 iştirakçı iştirak etdi. V qəbələ Beynəlxalq mürəbbə festivalında «Azərpoçt» MMC-nin tərəfindən Azərbaycan Milli Mətbəxinə həsr edilmiş markaların imzalanma mərasimi oldu. Hər marka dəstində cəmisi iki marka olub, markalardan birində piti, digərində isə yarpaq dolması əks etdirilib. Möhürlənmiş 10 dəst marka Ümumdünya Kulinariya Təşkilatları Birliyinin (ÜKTB) Prezidenti cənab Tomas Quqler, Azərbaycan Milli Kulinariya Assosiasiyanın Prezidenti cənab Tahir Əmiraslanov və Azərbaycanın Moldovadakı keçmiş səfiri cənab Namiq Əliyev tərəfindən imzalanıb. Bu markalar dünyadakı 30 milyondan çox filatelistlər üçün raritetə çevrildi. ÜKTB-nin və onun Prezidentinin saytında işıqlandırılan bu tədbir ÜKTB-nin 12 milyon üzvü 30 milyondan çox insana çatdırılmışdır. İlk dəfə olaraq Azərbaycanda Qəbələ şəhəri “Beynəlxalq mürəbbə Mərkəzi” elan edildi. Bunu təsdiqləyən sənədlər, diplom və kubok Qəbələ icra hakimi cənab Səbuhi Abdullayevə təqdim edilib.
Sentyabr
17. 27.09.2017-ci il tarixində “JW Marriott Absheron Baku” hotelində Dünya Turizm Günü və Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda turizm sahəsində səmərəli fəaliyyətlərinə görə təltif edilən bir qrup turizm sənayesi işçilərinə həmçinin Azərbaycan Milli Kulinariya Mərkəzinin əməkdaşları baş texnoloq Gülnar Ələsgərova, baş kulinar Aynurə Əmiraslanovaya və Azərbaycan Milli Kulinariya Assosiasiyasının kollektiv üzvü olan “Qəbələ Xanlar” istirahət mərkəzinin təsisçisi Xanlar Kərimova fəxri turizm işçisi medallarını təqdim edib.
18. 28.09.2017-ci il tarixində Moskva şəhərində «Вкус Мира Рус» Kulinariya Assosiasiyanın konfransı keçirilmişdir. Qazaxıstan, Qızğızıstan iştirak etdiyi «Молодежной Кулинарной Конференции» da AMKM –nin baş direktoru Tahir Əmiraslanov online olaraq tələbələrə öz məruzəsi ilə çıxış etmişdir.
19. 28-30.09.2017-ci il tarixlərində Bakı İdman Sarayında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi “V Bakı Beynəlxalq kitab sərgi-yarmarkası” keçirilmişdir. Bir sıra kitabxana və nəşriyyat evlərinin iştirak etdiyi sərgidə AMKM öz kitab stendi ilə yer almışdır.
Sərgi daxilində Mədəniyyət və Turizm Nazirliyinin “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsinin tanıtımı, “Kitabxanaçıların VI Ümumrespublika Müşavirəsi” , Xalq yazıçısı Çingiz Abdullayevin imza günü və s imza günləri və kitab təqdimatları keçirilmişdir.Mərkəzin çapa hazır olan kitablarından 4-ündən 2-si “İrəvan bölgə mətbəxi” və “Кухня Любви” kitablarının çapı ilə bağlı nəşriyyatlardan təkliflər daxil oldu.
20. 11.10.2017-ci il tarixində “Hyatt Regency Baku” da keçirilən “Alman-Azərbaycan Biznes forumu”nda Milli Kulinariya Mərkəzinin nümayəndə heyəti iştirak etmişdir.
21. 12.10.2017-ci il tarixində T.Əmiraslanov Strateji Araşdırmalar İnstitutun da keçirilən Araz Qurbanovun “Müsəlman ermənilər” adlı kitab təqdimatında iştirak etmişdir.
2017- cil tarixində keçirilən xarici tədbirlər
Yanvar
1. 27-29.01.2017 tarixlərdə İsveçrənın Sankt Morits şəhərində keçirilən ” Snow Polo” Dünya Kuboku yarışı çərçivəsində Azərbaycan milli mətbəx günləri keçirildi. Azərbaycan kulinarlarından ibarət komanda 3 gün ərzində 20-30 min adama mətbəximizi tanıtdı. Tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, Heydər Əliyev fondunun vitse- prezidenti Leyla Əliyeva və digər rəsmi dövlət nümayəndələri iştirak etmişdir.
Fevral
2. 02-05.02.2017 tarixlərdə Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komandamız Türkiyənin İstanbul şəhərində keçirilən 15-ci Beynəlxalq Mətbəx Festivalında iştirak etdi. Azərbaycan münsiflər heyətində təmsil edildi. Ümumilikdə komandamız 13 fərdi sinifdən : 4 qızıl, 4 gümüş, 5 bürünc medal, 3 komanda sinfindən bir gümüş medal, 3-cü yer üzrə kubok, 4-cü yer üzrə fərqlənmə diplomu ilə təltif olunmuşdur. Beləliklə 16 sinfin 15-ində komandamız yüksək nəticə göstərmişdir.
Aprel
3. 04-06.04.2017 tarixlərdə Azərbaycan Milli Kulinariya Mərkəzinin komandası Rusiya Federasiyasının Moskva şəhərində “Beynəlxalq AlyaRus çempioatı”nda iştirak etdi.
4. 11-13.04.2017 tarixlərdə Qırğız Respublikasının Bişkek şəhərində “HoReCa club jurnalı HoReCa sektoru üçün 6-cı Beynəlxalq Sərgi konfransı”nda Azərbaycanın nümatəndə heyəti iştirak etdi. T.İ.Əmiraslanov tərəfindən Qırğızıstan və Qazaxıstan restoran sahiblərinə 12 saatlıq “Mətbəx və Mədəniyyət”, “Milli xörəklərin modernzasiyası”, “etnik restoranların yaradılması” və “Restoran sistemində istehlakçıların hisslərinin eksplutasiyası” mövzularında mühazirə oxundu, Manas Univeritetinin tələbələrinə də mühazirələr oxundu.
5. 19-22.04.2017 tarixlərdə Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komandamız Çernoqoriyanın Budva şəhərində “Beynəlxalq Kulinariya Çempionatı 2017”də iştirak etdi. Komandamız 3 fərdi və 1 komanda yarışından 2 bürünc və 1gümüş medal qazandı.
May
6. 01.05.2017 tarixdə Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komandamız Qırğızıstanın paytaxtı Bişkek şəhərində “Maryotel”də mütəxəssislər üçün usta-siniflər keçirdi. 02.05.2017-ci il tarixdə komandamız “Барашек” və “Эксклюзив” restoranlarında konsaltinq treninq keçirdi. Çeşniyə Azərbaycan milli xörəklərini salınması və ayrıca Azərbaycan zalının, Azərbaycan restoranın yaradılması barədə danışıqlar aparıldı.
7. 04-05.05.2017 tarixlərdə Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komandamız Qırğızıstanın Bişkek şəhərində “Kazan manqal Avrasiya Kulinariya Festivalında” iştirak etdi. Komandamız 1 komanda (qara qutu) yarışından gümüş, fərdi sinif yarışlarıdan 4 medal (2 gümüş,2 bürünc) qazandı. Azərbaycan münsiflər heyətində təmsil edildi.
8. 06–09.05.2017 tarixlərdə Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komandamız Türkiyənin İzmir şəhərində Beynəlxalq Kulinariya Çempionatında iştirak etdi. Çempionatda 17 ölkə (Azərbaycan, Türkiyə, Serbiya, Fələstin, Rumıniya, Ukrayna, Almaniya və s.) iştirak edirdi. Komandamız 3 fərdi siniflərdən 3 qızıl medal, 1 komanda isə gümüş medal, və yarışların 2 kubokunu qazandı. Azərbaycan münsiflər heyətində təmsil edildi.
9. 08.05.2017 tarixdə T.Əmiraslanov İzmirdə Zəkəriyyə Divan Kültür evində mühazirə oxudu.
10. 09-12.05.2017 tarixlərdə İranın Zəncan şəhərinin Caspian Expo mərkəzində keçirilən “III İpək Yolu Qida Festivalı”nda Azərbaycanın 4 nəfərdən ibarət nümayəndə heyəti iştirak etdi. Festivalda Azərbaycan ilə yanaşı İran, İraq, Fələstin, Çin, Tacikistan, Türkiyə, Əfqanıstan, Suriya, Livan, Bəhreyn kimi ölkələr də öz mətbəx nümunələrini nümayiş etdirdilər.
11. 13.05.2017 tarixdə Azərbaycanın təşəbbüsü ilə Türkiyənin İstanbul şəhərində Dünya İslam Kulinariya Birliyinin I təsis konfransı keçirildi. Tədbirdə 18 ölkə (Azərbaycan, Türkiyə, Özbəkistan, Bosniya Hersoqovina, Qırğızıstan, Qazağıstan, Livan, Tunis, Morocco, Nigeriya, Qətər, Banqladeş, Qambiya, Misir, Sinqapur, Pakistan, İordaniya, Maldiv adaları) iştirak etdi. Azərbaycanın təklifi ilə nizamnaməyə, dövləti qurmuş islam ölkələrindən başqa qeyri-islam ölkələrində mövcud olan islam avtonomiyalarının (Tatarstan, Başqırdıstan, Uyğurustan və s.kimi ) Dünya İslam Kulinariya Birliyinə (DİKB) üzv olması və 4 rəsmi dil (ərəb, türk, ingilis və rus) qəbul edildi. Tahir Əmiraslanov DİKB- nin Vitse-prezidenti seçildi.
12. 14 – 16.05.2017 tarixlərdə Böyük Britaniyanın Uels bölgəsində Kulinarların Avropa Qitə Konfransında Azərbaycan Milli Kulinariya Mərkəzinin 2 nəfərdən ibarət nümayəndə heyəti iştirak etdi. Konfransda kulinariya təhsili, təhsilin keyfiyyətinin yüksəldilməsinin vacibliyindən danışıldı. Bəzi ölkələrin məktəblərinin dünya standartlarına cəvab vermədiyi, ÜKTB-də akreditasiya edilmədiyi bildirildi. Yeni Nizamnamə deyişikləri, yarış qaydalarına əlavələr də müzakirə olundu. Avropanın ayrıca komitəsinin yaradılması müzakirə edildi.
Avqust
13. 29.07- 10.08.2017 ci il tarixlərində Moskvada 12 ölkə arasında hərbi aşpazların beynəlxalq yarışları keçirildi. Milli Kulinariya Mərkəzi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birlikdə yarış üçün 4 ay müddətində ordu aşpazlarına hazırlıq və daimi treninq keçmişdir. Moskvada milli mətbəx sərgimizin hazırlanmasında və hərbi aşpazlarımıza lazımı dəstək göstərilməsi üçün Moskvadan “Bakinski Bulvar” restoranlar şəbəkəsi və “Pakhlava House”, “Qəbələ Premium” şərab zavodu, “Gilan” konserv zavodu, Abşeron rayonu mədəniyyət və turizm idarəsi və s. dəstəyinidə təşkil etdik. Yarışlar nəticəsində komandamız Serbiya, İsrail, Monqolustan və kimi güclü rəqibləri arxada qoyaraq bürünc medala layiq görüldü. Birinci yeri Rusiya və ikinci yeri isə Belarusiya hərbi aşpazları tutdu.
14. 26.08.2017 tarixində Qəbələ şəhərində Qəbələ Rayon İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM), Azərbaycan Milli Kulinariya Assosiasiyası (AMKA) tərəfindən “V Qəbələ Beynəlxalq Mürəbbə Festivalı” keçirildi. Festivalda 22 ölkə, 44 şəhər və rayon, 2 mürəbbə istehsal edən fabrik (Quba və Xaçmaz) cəmisi 68 iştirakçı iştirak etdi. V qəbələ Beynəlxalq mürəbbə festivalında «Azərpoçt» MMC-nin tərəfindən Azərbaycan Milli Mətbəxinə həsr edilmiş markaların imzalanma mərasimi oldu. Hər marka dəstində cəmisi iki marka olub, markalardan birində piti, digərində isə yarpaq dolması əks etdirilib. Möhürlənmiş 10 dəst marka Ümumdünya Kulinariya Təşkilatları Birliyinin (ÜKTB) Prezidenti cənab Tomas Quqler, Azərbaycan Milli Kulinariya Assosiasiyanın Prezidenti cənab Tahir Əmiraslanov və Azərbaycanın Moldovadakı keçmiş səfiri cənab Namiq Əliyev tərəfindən imzalanıb. Bu markalar dünyadakı 30 milyondan çox filatelistlər üçün raritetə çevrildi. ÜKTB-nin və onun Prezidentinin saytında işıqlandırılan bu tədbir ÜKTB-nin 12 milyon üzvü 30 milyondan çox insana çatdırılmışdır. İlk dəfə olaraq Azərbaycanda Qəbələ şəhəri “Beynəlxalq mürəbbə Mərkəzi” elan edildi. Bunu təsdiqləyən sənədlər, diplom və kubok Qəbələ icra hakimi cənab Səbuhi Abdullayevə təqdim edilib.
Sentyabr
22. 07.09-11.09.2017-ci il tarixində Özbəkistan Respublikasının Daşkənd şəhərində “Ginnesin Rekordlar kitabına düşmək məqsədi ilə keçirilmiş plov festival” ında Azərbaycan Milli Kulinariya mərkəzinin nümayəndəsi iştirak etmişdir.Tədbirdə Azərbaycan, Ruminya, Qazaxıstan və Qırğızıstan Kulinariya Assosiasiyalarının rəhbərləri ekspert kimi iştirak etmişlər. Həmçinin biz Dünya İslam Kulinariya Təşkilatları Birliyinin vitse-prezident statusunda təmsil edilirdik. 10.09.2017-ci ildə ekspertlər qrupunun mətbuat, televiziya, blogerlər və restoratorlarla görüşü, XOREKA jurnalının ilk sayı ilə Özbəkistan Kulinariya Assosasiyasının hazırladığı “Qastronomiya xəritəsinin” təqdimatı oldu. Ekspert qrupunun üzvlərinin hər birinə 10 dəqiqə, Azərbaycana isə çıxış üçün 1,5 saat zaman ayrılmışdır.
15. 14-16.10.2017-ci il tarixlərində Ukraynanın Xarkov şəhərində keçirilən beynəlxalq “Kazan Fire Fest – 2017”kulinariya festivalında Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov münsif heyətində iştirak etmişdir. Xarkovda keçirilmiş Kulinariya Çempionatında 12 ölkə iştirak etdi. (Azərbaycan, Albaniya, İsrail, Hindistan, Moldova, Fələstin, Polşa, Mavrikiya, Serbiya, Türkiyə, Çernoqoriya və Ukrayna). Tədbir Kiyev Milli Ticarət-İqtisad Universitetinin Xarkov Ticarət-İqtisad Kollecinin bazasında keçirildi. Biz kollecin kitabxanasına Azərbaycan mətbəxinə aid kitablar və diplomlar təqdim etdik.
Təbliğat, Təhsil və Elm sahəsində görülən işlər
7. Üç press konfrans keçirilmişdir.
8. Tahir Əmiraslanov 10-dan çox intervü vermişdir.
9. Mərkəzin iki texnoloqu Leyla Kərimli və Gülnar Ələsgərova Kiyev Milli Ticarət-İqtisad Universitetinin magistraturasını müvəffəqiyyətlə bitirdilər.
10. AMKA-nın göndərişi ilə Kiyev Milli Ticarət-İqtisad Universitetində təhsil alan AMKA-nın üzvü Ağakərim Şəmidzadə bakalvr təhsilini başa vurdu və maqistraturaya qəbul oldu.
11. AMKA-nın üzvü Ramil Cəfərli Türkiyə Mətbəx Sənəti Akademiyasında təhsilini bitirib qayıtdı.
12. AMKA nümayəndə heyəti Azərbaycan Respublikasının Patent və Əmtəə nişanları mərkəzinin işçi qrupunun üzvü kimi keçirilən 2 iclasda iştirak etmişdir. İclasda “Əmtəə nişanları və coğrafi göstəriciləri haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklər edilməsi barədə müzakirələr aparılmış və mərkəzin nümayəndə heyəti öz təkliflərini irəli sürmüşdür.
Azərbaycan Milli Kulinariya Mərkəzinin gənc kulinarlarından Azadə Musabəyli Gənclər və İdman Nazirliyinin gənclər mükafatı ilə təltif edildi.