Beynəlxalq kulinariya çempionatları

21-26.02.2018 tarixlərində Maltada » Malta Kulinarja -2018 » yarışları keçirildi. Tədbirin açılışında Malta Prezdenti Marie-Louise Coleiro Preca da iştirak etdi, o çıxış edərək komandalara uğurlar arzuladı. Azərbaycanı bu yarışda Azərbaycan Milli Kulinariya Mərkəzinin baş texnoloqu Elnurə Quliyevanın rəhbərliyi altında aşpazlar Ağa Salamov, Sarxan Məmmədov, Nicat Babayev təmsil edirdi.
Qeyd edək ki, «Malta Kulinarja — 2018″ Avropanın iki ildən bir keçirilən ən mötəbər kulinariya yarışlarından biridir. Bu yarışda 350 — dən çox aşpaz iştirak edirdi. Bundan əlavə dünyanın tanınmış otelləri öz komandalarını məhz bu yarışda iştiraka göndəririlər. Münsiflər heyətində Almaniya, Norveç, İngiltərə, Fransa, Portuqaliya, Slovenya, İtaliyadan olan münsiflər iştirak edirdi.
Yarışmanın ilk günü Azərbaycan Milli Kulinariya komandası 10 komanda ilə birlikdə yarışa başladı. Hilton, Intercontinental, Excelsior kimi tanınmış otellərin komandalarıda bu yarışda iştirak edirdi. Komandamız bu yarışda bürünc medallar qazandı.
Yarışmanın ikinci günü aşpaz Nicat Babayev ( Amuse bouche) və Sarxan Mammadov ( Asian fusion) iki sinifdə iştirak etdilər. Sarxan Mammadov 89.33 balla gümüş medal qazandı.
Qeyd edək Azərbaycan ilk dəfə olaraq Amuse Bouche sinifində yarışmada iştirak edirdi. Bu yarışda Nicat Babayev dördüncü oldu.
Yarışmanın dördüncü günü əsas yarışlardan biri sayılan Aralıq dənizi balığı sinfində daha iki iştirakçımız iştirak etdi. Ağa Salamov 86.67 balla, Sarxan Mammadov isə 86.33 balla gümüş medalları qazandılar. Qeyd edək bu yarışma şərtlərinə görə yalnız Aralıq dənizinin kulinariyada az istifadə olunan balıqlarından istifadə etmək olar.
Yarışmanın dördüncü günü Azərbaycan Komandası qara qutu yarışmasında iştirak etdi. 6 komandanın iştirak etdiyi bu yarışda Azərbaycan komandası üçüncü oldu. Beləliklə Malta komandamız 4 fərdi sinifdən 3 gümüş, 1 fərqlənmə diplomu, 2 komanda sinifindən 2 bürünc medal qazandı. Komandamız 6 yarış sinfində 6 nəticə göstərdi.
Yarışma zamanı Xocalı qətliamı nümayəndə heyətimiz tərəfindən anıldı. Yarış iştirakçılarımız Xocalı qətliamını digər ölkə nümayəndələrinin diqqətinə çatdırmaq üçün Xocalı ilə bağlı rəsmlərdən və şüarlardan istifadə etdilər. Orda olan insanlara bu qətliam ilə bağlı məlumat verdilər.
22-26.02.2018 tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən çempionatda 24 xarici ölkə (Azərbaycan, Türkiyə, Pakistan, Tunis, Avstriya, Serbiya, Sloveniya, İtaliya, İsrail, Qırğızıstan, Ruminiya, Ukrayna, Monqolustan, Bosniya-Hersoqoviniya, Makedoniya, Səudiyyə Ərəsbistanı, Kipr Türk Cümhuriyyəti, Yunanıstan, Bolqarıstan, Cənubi Koreya, İslandiya, Xarvatiya, Monteneqro) və Türkiyənin müxtəlif şəhərlərindən gələn aşpazlar iştirak etdi. Tədbirdə AMKM-in baş direktoru Tahir Əmiraslanov (münsif qismində) və AMKA-nın üzvləri Bəyim Məmmədova (komanda kapitanı), Mədinə Əliyeva, Nərmin Rəcəbova (tərcüməçi qismində), Timur Pivkin, Halil Kozakoğulları, Valeh İmranov, Ruslan Şixiyev iştirak etdilər. Ümumiyyətlə 1600-a qədər yarışmacı 74 kateqoridə yarışdılar.
JP7 balıq sinfində Mədinə Əliyeva iştirak etdi və qızıl medal, SP1 modern Cuisine yarışından Halil Kozakoğulları gümüş medal, Ruslan Şixiyev və Valeh İmranov bürünc medal, Timur Pivkin gümüş medal, SP2 quzu sinfindən isə Timur Pivkin fərqlənmə diplomu qazandı.
JP9 əsas yemək yarışından Mədinə Əliyeva və Nərmin Rəcəbova bürünc medal, gənclərin komanda yarışından isə komandamız qızıl medal qazandı.
SP3 balıq sinfindən Halil Kozakoğulları qızıl, Ruslan Şixiyev, Valeh İmranov, Timur Pivkin gümüş medal götürdülər.
Komandamız SPT1 qara qutu sinifindən (Halil Kozakoğulları, Valeh İmranov, Ruslan Şixiyev) gümüş medal qazandılar.
Ümumiyyətlə komandamız 2 komanda yarışından 1 qızıl və 1 gümüş, 12 fərdi yarışdan isə 2 qızıl, 5 gümüş, 4 bürünc və 1 fərqlənmə diploma qazandılar. Türkiyədəki komandamız da Xocalı soyqrımına görə qollarında qara lentlə yarışlara girirdilər və Xocalı qətliamı haqqında iştirakçılara məlumat verirdilər.
Göstərdiyi köməyə görə, Azərbaycan Milli Kulinariya Mərkəzi Mədəniyyət və Turizm Nazirliyinə, Qafqaz hotels by » Gilan Holding» — ə, keyfiyyətli məhsullarına görə “Azersun Holding” şirkətinə öz minnətdarlığını bildirir.

28166863_1616583341722541_1635256537788759686_n

IMG-20180301-WA0097