Çempionat “A la russe”

21-24.03.2018 tarixində RF-nın Moskva şəhərində keçirilən “A la russe” Çempionatında iştirak etmiş Azərbaycan nümayəndəsinin
HESABATI

Çempionat “A la russe” 5-ci dəfə keçirilirdi. Yarışda 40 komanda iştirak edir. Xaricdən Qırğızıstan, Qazaxıstan və Misir komandaları iştirak edirdilər. Münsiflər heyətinə WACS (ÜKTB) Prezidenti Tomas Gugler rəhbərlik edirdi. Münsiflər heyətinin üzvləri Tahir Əmiraslanov, Svetlana Rişkova (Latviya), Qert Qlocke (İsveç), Alan Payen (Mavrikiy), Zoran Belkoviç (Serbiya), Talio Layne (Finlandiya), İztok Legat (Sloveniya), Qill Renisson (ABŞ), Rusiyadan Viktor Belyaev, Aleksandr Prokopoviç, Ruslan Tangirov, Kirill Siniçkin idi.
21 martda Çempionat öz işinə başladı. Birinci gün 20 komanda yarışdı. Hər onluqdan I, II, III yerlər seçildi. Cəmisi 6 komanda (20 komandadan) finala keçdi.
21 mart 2018-ci il tarixdə “Bakı Bulvarı” restoranında Tahir Əmiraslanovun 60 illik Yubileyi ilə bağlı, onun şərəfinə ziyafət verildi. Ziyafətdə Azərbaycandan gəlmiş müğənnilər də konsert verdilər. Yubilyar çıxışında Ölkə rəhbərliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, “Bakı Bulvarı” restoranına ona göstərdikləri diqqətə görə minnətdarlığını bildirdi. Təbrik sözü ilə ÜKTB-nin Prezidenti Tomas Gugler çıxış etdi və ÜKTB-nin 12 milyon üzvü adından Tahir Əmiraslanovu təbrik etdi. Sonra Tahir Əmiraslanovu Viktor Belyaev (Rusiya Kulinariya Assosiasiyasının Prezidenti) təbrik etdi və Rusiyanı ən yüksək kulinariya mükafatı, “Ləyaqət nişanı” ilə mükafatlandırdı. Sonra öz təbriklərini Svetlana Rişkova (Latviya), Qert Qlocke (İsveç), Alan Payen (Mavrikiy), Zoran Belkoviç (Serbiya), Talio Layne (Finlandiya), İztok Legat (Sloveniya), Qill Renisson (ABŞ), Rusiyadan Viktor Belyaev, Aleksandr Prokopoviç, Ruslan Tangirov, Kirill Siniçkin dilə gətirdi, “Pitanie i Obşestvo” jurnalının baş redaktoru Nomofilova Natalya, Qərbi Qafqaz Kulinariya Assosiasiyasının Prezidenti Li Anatoliy, “Türk İş Adamları” Cəmiyyətinin Prezidenti Şaiq Bayramov, skripkaçı Vladimir Master yubilyarı təbrik etdilər.
Tahir Əmiraslanovu Rusiya və Ukrayna ərazisinə şok dondurulmuş ərzaq istehsal edən “Elika” (o cümlədən, düşbərə, dolma və s.) fabriklərinin rəhbərləri, “Bakı Bulvarı” restoranının direktoru Niyazi Bədəlov Moskvada “Paxlava House” Azərbaycan paxlava istehsal evinin sahibi Zaur Əliyev, Moskva ətrafı Azərbaycan diasporasının Sədri Həşim Əliyev təbrik etdilər.
Ayrıca təbrik nitqi ilə Heydər Əliyev Fondunun Moskvadakı icraçı direktoru Tamilla xanım Əhmədova çıxış etdi.
Son çıxışla yubilyarı məşhur aparıcı, food-bloger Stalik Xankişiyev təbrik etdi.
Tədbir zamanı “Elika” firması ilə 2019-cu ildən “Xaş” xörəyini 12 dəqiqəyə hazırlanma texnologiyasının tətbiqi barədə danışıldı. Bu texnologiyanın tətbiqi və “Xaş”ın öncə Rusiya bazarına çıxarılması planlaşdırıldı.
“Paxlava House” ilə Qarabağ paxlavasının və kətəsinin bazara çıxarılması ilə bərabər, bazara Azərbaycan brendi kimi, İrəvan paxlavası və kətəsinin yaradılması planlaşdırıldı. Tədbir zamanı Mədəniyyət və Turizm Nazirliyinin çəkdiyi “Daddan sonrakı dad” filmi nümayiş etdirildi.
Tədbirdən sonra Moskva ətrafı diaspora, biznesmenlər cəmiyyəti, “Bakı Bulvarı” restoranı və s. Qurumlara Azərbaycan Mətbəx günlərinin Moskvada keçirilməsi müzakirə olundu.
22.03.2018 tarixdə daha 20 komanda çıxış etdi. Hər komanda 3 xörəkdən ibarət çeşni ilə (açar, əsas və dessert yeməyi) ilə çıxış etdi.
Hər onluqdan yenə I, II, III yerlər (cəmi 6 komanda) müəyyən edildi.
23 mart tarixdə hər biri 2 nəfərdən ibarət 10 gənclər komandası Qara qutu sinfində yarışdı. Qara qutudan mal ciyəri əsas məhsul kimi çıxdı, kartof, süd, şampinyon göbələyi də qara qutudan çıxdığı üçün bu məhsulları istifadə etməklə bir yeni yemək hazırlanmalı idi. Bəzi əlavə ərzaqlar isə ümumi qoyulmuşdu.
Nəticədə:
Birinci yerə Perm Ticarət-texnologiya Kolleci
İkinci yerə Volqoqrad Kolleci
Üçüncü yerə isə Moskva Təhsil Kompleksi nail oldu.
Ikinci girişdə əvvəlki iki gündə ən çox bal toplamış 10 komanda yarışa girdi.
Qara qutudan çıxan buğanın ağ ətindən yemək hazırlanmalı idi. Komandalar bu ətdən əsas yemək və əlavə başqa ərzaqlardan dessert hazırladılar.
Nəticədə:
Birinci yer Altay vilayəti
Ikinci yer Soçi, Roza-xutor
Üçüncü yer isə Vladimir Suzdal qazandı.
Üçüncü yerin sahibi Vladimir Suzdal komandasına baş sponsor “Metro” Mağazalar şəbəkəsi tərəfindən 60 000 rubl (1000 $), ikinci yerin sahibi Soçi komandasına 90 000 rubl, birinci yerin sahibi Altay komandasına isə 120 000 rubl mükafat verdi.
Digər sponsorlar da hər komandaya 30 000 rubl hədiyyə etdilər.
Birinci yeri tutan Altay vilayəti komandası Fransanın Lion şəhərində Bökyüzün Kulinariya məktəbində sponsorların hesabına təhsil haqqı qazandı ki, bu da hər bir mütəxəssis üçün çox böyük mükafatdır və yüksəliş imkanıdır.
Bütün münsiflərə Moskvadakı “Paxlava House”un paxlava dəstləri paylandı. “Paxlava House”un sahibi Zaur Əliyevə öz təşəkkürlərimizi bildiririk.
Tədbir zamanı ÜKTB Prezidenti ilə Malayziyada keçiriləcək Dünya Kulinariya Konqressində Azərbaycanın aktiv iştirakı müzakirə edildi və birgə addımların koordinasiyası barədə danışıldı.
24.03.2018 tarixdə biz Vətənə qayıtdıq.
Tahir Əmiraslanovun “A la russe” Çempionatında münsiflərdə iştirakının bütün xərcləri (təyyarə, transfer, otel) Rusiya Kulinariya Assosiasiyası tərəfindən ödənildi.

29512763_1928121703895851_3135893516245394407_n