Azərbaycan kulinarları Türkiyədə Beynəlxalq Kulinariya Çempionatında böyük uğurlar əldə etdilər

18.04.2018 tarixdə Afyon Qastronomiya Festivalının açılışı oldu. Açılışda Afyon valisi, kaymakamlar, bölgə turizm müdiri, xarici ölkələrin səfirləri, Qocatəpə Universitetinin rektoru iştirak edirdilər. Açılışda milli hərbi marşlar, rəqslər, səma rəqsi və s. nümayiş etdirildi. Yarış peşəkarlar, universitet və lisey tələbələri arasında keçirilirdi.
Münsiflər heyətinə Azərbaycan nümayəndəsi rəhbərlik edirdi. Beynəlxalq münsif heyətinə Türkiyə, Almaniya, Belçika, İtaliya, Rumıniya, Yunanıstan, Braziliya daxil idi.
Çempionatın ətrafında müxtəlif milli xörəklər hazırlanıb paylanırdı. “Tandır” adı ilə verilən ətli yayla şorbası, Türkiyə adına UNECKO-ya daxil olmuş “keşkək” (həlimaşı) və müxtəlif dizaynla təqdim olunmuş “aşurə” daha çox diqqətimizi çəkdi.
Eyni zamanda həm qida ilə bağlı əl işləri, həm rəsm əsərləri və s. sərgilənmişdi.
Tədbir Afyon Qocatəpə Universitetinin ərazisində keçirilirdi və tədbirdə universitet çox aktiv iştirak edirdi.
19.04.2018 tarixdə Afyon Qocatəpə Universitetində bölgənin, şəhərin rəhbərləri, turizm və ticarət müdirləri, alimlərlə iştirakçı aşpazlar, tələbələrlə “Sağlıq Turizmindəki Ulusal və Uluslararası Gelişmeler ile Sağlıklı Yaşam Paneli” adı ilə konfrans keçirildi. Yarışlar davam etdirildi. Axşam mükafatlandırma mərasimi keçirildi.
19.04.2018 tarixdə 5 nəfərdən ibarət komandamız Türkiyənin İzmir şəhərinə gəldi.
Kulinariya incəsənəti yarışmasında komandamızın üzvü Azər Qədirovun “Orxideya gülü” əsəri nümayiş etdirildi və gümüş medala layiq görüldü.
Buradakı Çempionatda 41 ölkə Azərbaycan, Türkiyə, Böyük Britaniya, Ukrayna, İslandiya, Braziliya, İsrail, Serbiya, Xorvatiya, Slovakiya, Polşa, Tunis, Rumıniya, ABŞ, İordaniya, İspaniya, Cənubi Koreya, Kipr, Portuqaliya, Hindistan, Fələstin, Özbəkistan, Makedoniya, Malta, Belçika, Yunanıstan, Fransa, Rusiya, Belorusiya, Səudiyyə Ərəbistanı, Liviya, Bolqarıstan, Çin, Monqolustan, Misir, İran, Suriya, Pakistan, Bosniya Herseqovina, Gürcüstan, Tayland iştirak edirdilər. Azərbaycan münsiflər heyətində təmsil edilmişdi. Münsiflərə İngiltərə sədrlik edirdi.
21.04.2018 tarixdə yarışlarla yanaşı “Ukrayna borşu” aksiyası keçirildi. Ukraynadan tədbirə qoşulan 40-dan çox mütəxəssis borş bişirib, iştirakçılara payladılar.
Ukraynadan gələn müğənnilər yarış yerində konsert verdilər. Yarış yeri ətrafında geniş qida və əl işləri sərgisi də fəaliyyət göstərirdi. Sərgiyə bölgə və yerli hakimiyyət orqanlarının nümayəndələri də gəlmişdilər.
22.04.2018 tarixdə Azərbaycan komandası üçün əsas gün oldu. Aşpazlarımız 8 sinifdə yarışa girdilər.
1. Araz Əhmədov “İlin aşpazı” sinfində (SP 6) ən yüksək balla qızıl medal və kubokla 2018-ci ilin aşpazı elan edildi. “İlin aşpazı” (SP 6) sinfində isə qızıl medal aldı, “Modern mətbəx” sinfində (SP 1) qızıl medal qazandı.
2. Sərxan Məmmədov “Asiya mətbəxi” yarışında qızıl medalla birinci yeri tutdu. Balıq sinfində (SP 3) də qızıl medal qazandı. “İlin aşpazı” (SP6) yarışında da qızıl medal qazandı.
3. Azər Qədirov kulinariya incəsənəti yarışında mastikadan düzəltdiyi “Orxideya gülü” əsərinə görə gümüş medal, “İlin aşpazı” sinfində (SP 6) qızıl medal qazandı.
Münsiflər heyətində komandamızı Tahir Əmiraslanov və Gülnar Ələsgərova təmsil etdilər.
Komanda qara qutu sinfində (SPT 1) qızıl medal qazandı. Komandamız 7 fərdi sinifdən 1 gümüş 6 qızıl medal qazandı.
Beləliklə, komandamız iştirak etdiyi 8 sinifdə 8 yüksək nəticə göstərdi (7 qızıl + 1 gümüş).
24.04.2018 tarixdə biz Böyükpaşadan İzmir şəhərinə gəldik. Izmirin Turizm və Kültür müdiri ilə görüşdük (Murad Karaçanta). Görüş zamanı bəzi qarşılıqlı əməkdaşlıq imkanlarını araşdırdıq. Cənab Murad Karaçanta yeni hazırladıqları “İzmir mətbəxi” kitabını bizə hədiyyə etdi. Biz də “Azərbaycan mətbəxi” adlı 22 poçt markasından ibarət dəsti ona hədiyyə etdik.
25.04.2018 tarixdə biz Ege Profesyonal Aşçılar Derneyi, Kamalpaşa bələdiyyəsi və Təhsil Nazirliyinin birgə yaratdıqları aşpazlıq liseyində olduq. Lisey üçün pulsuz yer, avadanlıq, dərs sinifləri və s. ayrılıb. Bütün xərcləri dövlət və bələdiyyə ödəyir.
Məktəbdə biz gələndə əsas qadınlar qrupunun dərsləri idi.
Tahir Əmiraslanov müəllim və şagirdlərə peşə dərsi ilə bərabər Azərbaycan mətbəxi, kulinariya ilə bağlı mühazirə oxudu.
27.04.2018 tarixdə İzmirdə Gözəlboxçada yarışlar başladı. Öncə əlil aşpazlar yarışma sinifi keçirildi, sonra isə gənc lisey aşpazlarının yarışları keçirildi. 28.04.2018 tarixdə bizim komandamız yarışa girdi. Qaydalara görə hər aşpaz 3 sinifdə, “Modern mətbəx”, “Xəmir xörəyi”, və “Desert” siniflərində yarışmalı idi.
Yarışlarda İslam ölkələri, Azərbaycan, Türkiyə, Livan, Bosniya Herseqovina, Səudiyyə Ərəbistanı və Qırğızıstan iştirak edirdi.
Tədbirdə Dünya İslam Kulinariya Birliyinin Prezidenti Gökhan Tufan (Türkiyə), Vitse-Prezidenti Tahir Əmiraslanov (Azərbaycan), Baş katibi Ali Traboulsi (Livan) iştirak edirdilər.
Bu yarışlarda əsas məqsəd, 2018-ci ilin sonunda keçiriləcək II Dünya Halal İslam mətbəxi yarışlarına hazırlıq idi. I yarış 2009-cu ildə Bakıda keçirilmişdi. Bu brendi Türkiyədə davam etdirməyə qərar verildi.
29.04.2018 tarixdə yarışlar davam etdi. Universitet komandaları və fərdi iştirakçılar axşam saat 19:00-dək yarışdılar.
Azərbaycandan Araz Əhmədov 3 sinif yarışından 3 gümüş medal, Sərxan Məmmədov “Modern mətbəx” və “Desert” siniflərindən qızıl, “Xəmir xörəyi” sinfindən isə gümüş medal qazandı. Beləliklə, komandamız 6 sinif yarışda 6 yüksək nəticə göstərərək 2 qızıl, 4 gümüş medal qazandı.
Bu yarışlara biz Azərbaycandan özümüzlə “Azersun Holding” şirkətinin istehsalı olan “Super Sun” yağlrını aparmışıq. Hesab edirik ki, yerli məhsulların keyfiyyəti də qazanılan nəticələrə öz müsbət təsirini göstərdi.
Göstərdiyi köməyə görə, Azərbaycan Milli Kulinariya Mərkəzi Mədəniyyət Nazirliyinə, keyfiyyətli məhsullarına görə “Azersun Holding” şirkətinə, öz minnətdarlığını bildirir.

31170385_1818867288177399_730826866362009615_n