III Beynəlxalq Kulinariya Çempionatı

08-11.05.2018 tarixdə Sloveniyanın Krajinska Gora şəhərində III Beynəlxalq Kulinariya Çempionatında Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktor müavini Ceyran Əsgərovanın rəhbərliyi ilə milli kulinariya komandamız iştirak edib.
Qeyd edək ki, “Krajinska Gora – 2018 ” Sloveniyanın 3-cü dəfə keçirilən ən mötəbər kulinariya yarışlarından biridir. Bu yarışda 15 ölkədən (Mavritaniya, Mərakeş, Xorvatiya, Rumıniya, Serbiya, Sloveniya, İtaliya, Türkiyə, Slovakiya, Makedoniya , Bosniya Hersoqvinya, Macarıstan, Səudiyyə Ərəbistanı, Bolqarıstan, Avstriya) 400-dən çox aşpaz iştirak edirdi. Münsiflər heyətində Mavritaniya, Mərakeş, Xorvatiya, Rumıniya, Serbiya, Sloveniya, İtaliyadan, olan münsiflər iştirak edirdi.
Yarışmanın ilk günü aşpazlar Cavadov Seymur və Babayev Nicat 46 digər ölkə aşpazları ilə birlikdə milli mətbəx sinifində yarışa başladı. Aşpazlarımız bu yarışda 1 qızıl və 1 gümüş medallar qazandı.
Yarışmanın ikinci günü Cavadov Seymur və Babayev Nicat müasir mətbəx sinifində iştirak etdilər. Cavadov Seymur qızıl, Babayev Nicat isə gümüş medallar qazandılar.
Cavadov Seymur 2 qızıl medal qazandiği üçün finala çıxan 4 iştirakçıdan biri oldu və qara qutu yarışmasında iştirak etdi. Azərbaycan finaldaikinci yerə çıxaraq Çempionatın 2-ci yer kubokunu qazandı.
Babayev Nicat çempoinatın ən gənc və kreativ peşəkar aşpazı kimi kuboka və diploma layiq görülmüşdür.
Beləliklə komandamız 5 yarış sinfində 5 nəticə (2 qızıl, 3 gümüş) göstərdi.
Tədbir zamanı Sloveniyadakı diplomatik nümayyəndəliyin rəhbəri Orxan Hacıyev yarış yerinə gələrək komandamıza dəstək oldu. Tədbir bitdikdən sonra, komandamız Orxan Hacıyevin təşkilatçılığı ilə Lyublyana şəhərində yerləşən diplomatik nüməyyəndəliyi və Çepovan kəndində Mehdi Hüseyinzadənin məzarını ziyarət etdi.
Göstərdiyi köməyə görə, Azərbaycan Milli Kulinariya Mərkəzi Mədəniyyət Nazirliyinə, “Azərsun Holding”- in ” Super Sun” yağlarına öz minnətdarlığını bildirir.

32394193_1708458859189924_3713189692011708416_n

32212714_1690567010990840_5788469721380683776_n