Konqress

09-16.07.2018 tarixlərdə Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən Dünya Kulinariya Konqresində iştirak etmiş AMKM nümayəndə heyətinin
HESABATI

11.07.2018 tarixdə saat 8:30-da Konqres öz işinə başladı.
Konqresi Malayziya Kulinariya Təşkilatının Prezidenti Cənab Kamaruddin Adnin açdı. Ondan sonra Malayziya Mədəniyyət və Turizm Naziri Mohammadin Bin Haji Ketapi çıxış etdi.
Daha 6 ölkə (Boliviya, Qana, Panama, Tonqa Krallığı, Papua-Yeni Qvineya, Estoniya) WACS-a üzvlüyə qəbul olundu. WACS-ın 90 illik fəaliyyəti ilə bağlı məruzə edildi.
Diqqət çəkən məqamlardan biri o idi ki, Ermənistanın WACS-da 26 ildir ki, qarşısını aldığımızdan WACS-a üzv olmaq üçün çox ciddi addımlar atır.
2015-ci ildən maliyyədə çətinliklər ilə bağlı Azəbaycanın xarici tədbirlərdə iştirakı azalmış, komandanın üzvlərinin sayı minimuma endirilmişdir. Bunu anlayan Ermənistan səylərini artırmışdır. Bizim iştirak edə bilmədiyimiz tədbirlərə Qətərdən, İsraildən və s. mütəxəssisləri soxulur. Başqa ölkələrdən gəlsələr də onlar Ermənistan bayrağı altında çıxış edir, WACS-ın üzvlərini və rəhbərliyini müxtəlif yollarla ələ almağa çalışırlar. Privat görüşlərdə isə Ermənistanı təbliğ edir, Ermənistanı WACS-a gətirmək üçün yol açırlar. Bu dəfə də Qətər nümayəndə heyətinin tərkibində Livan vətəndaşı, Qətərdə çalışan erməni xanım gəlmişdi. O artıq 3 ildir ki, aktiv şəkildə Qətər, Livan vasitəsi ilə WACS-a salınıb və Ermənistanı WACS-a salmağa çalışır. Iştirakçıları aktiv çalışır, bahalı hədiyyələr Ermənistan adına paylanırdı.
Lakin bu dəfə də qarşıları alındı. Amma bizim maliyyə imkanlarımızla onlara qarşı durmaq getdikcə ağırlaşır.
Onlar istədiklərinə çatsalar, mübarizə, mətbəximizin müdafiəsi çətinləşəcək və əks təbliğat üçün milyonlarla vəsait belə azlıq edəcək.
Tədbirin axırıncı günü Qala axşam yeməyində Livan vətəndaşı və Qətər nümyəndə heyətinin üzvü kimi gəlmiş Ermənistanı WACS-a salmağa çalışan xanım bizə yaxınlaşdı, bizə şəxsi sevgisini izhar elədi və soruşdu ki, (Qətər və Livan Kulinariya Təşkilatları Prezidentlərinin yanında) niyə biz Ermənistanı buraxmırıq dünya proseslərinə. Biz izah etdik və Ermənistanı yenə buraxmayacağımızı başa saldıq. Onun Livan vətəndaşı olduğunu, Qətərdən gədiyini bu ölkələrin vasitəsi ilə Ermənistanı təmsil etməyə çalışmasının qeyri-qanuni və qeyri-etik olduğunu başa saldıq. Ətrafdakılar da bizimlə razılaşdı.
Konqresdə üzv ölkələrin 90% -i iştirak edirdi (115 üzv ölkə var). Bu ölkələrdən 1000 (min) nəfərdən artıq mütəxəssis edirdi.
Konqresdə çıxış edən Malayziya Mədəniyyət və Turizm Naziri açıqladı ki, 30 milyon əhalisi olan Malayziyaya 28 milyon turist gəlmişdi və onların hədəfi 2020-ci ilə 36 milyon turistdir.
Malayziya büdcəsinin 60%-dən çoxunu turizm sənayesi formalaşdırır.
Nazirliyin dediyinə görə turizmin ümumi qazancının 20%-dən çoxunu yemək-içmək, mətbəx formalaşdırır. Ona görə də təhsil, mətbəx bu sahənin inkişafı, xüsusilə kadr hazırlığı ən çox vəsait qoyulan sahələrdəndir.
Milli mətbəxin təbliğatı ilə bağlı çıxış edən Erik Olmede məruzəsinin əsas tezisləri:
1. Mətbəxin təbliği ölkənin təbliğində, imicinin, o cümlədən turizm formalaşmasında əsas, başlıca faktordur.
2. Beynəlxalq əlaqələrdə milli mətbəx ən güclü təsir vasitəsi kimi çıxış edir və ölkənin imicini formalaşdırır.
Məruzəçi Cənab Olmede bu təbliğatın yalnız elmi-tarixi araşdırmalar əsasında mümkün olduğunu açıqladı və söylədi ki, aşpaz kütləsinin bu təbliğatı aparmaq gücü, bilgisi və bacarığı yoxdur. Aşpazların mətbəx tarixi və onun təbliğində heç bir motivləri yoxdur. Onlar yalnız bişirməyi və qazanclarını düşünürlər. Buna görə də tarixçilər, etnoqraflar və s. mütəxəssislər bu işir görməlidirlər.
Təhsil komissiyasının hesabatında artıq dünyada 80 ölkədən peşə kulinariya məktəbinin WACS-ın akreditasiyasını aldığı göstərildi.
Təəssüflə qeyd etməliyik ki, Azərbaycanda heç bir peşə məktəbi bu prosesə hazır deyil.

Növbəti müzakirə məsələsi tullantıların idarə edilməsi ilə bağlı oldu.
Sponsor firmaları Nestle, Dilmah, Dick və s. təqdimatları keçirildi.
BMT-nin qida proqramı “Həyatları xilas edək, həyatları dəyişdirmək, bizim missiyamız insanları yedirtməkdir” humanitar proqramdır.
Təyyarə at, uzunqulaqla yemək ehtiyacı olanlara BMT yemək daşıyır. 83 ölkədə, 80%-i müharibədədə hər gün 5000 maşın qida ilə, 20 gəmi, 92 təyyarə yola düşür.
Lakin dünyada hər gün hazır yeməyin 1/3-i atılır.
Itirilən yeməyin 25%-i istifadə edilsəydi aclıq sona yetərdi, dünyada ac qalmazdı.
Restoran və kafelərdə hazır yeməyin 25% itirilir, tullantıya gedir.
Söylənildi ki 30 ildən sonra yemək problemi artacaq.
Ildə dünyada 800 milyon adam ac qalır.
Fransada qanunla istifadə edilmiş, satılmamış ərzağı supermarketlərə atmaq qadağan edilib. Bu ərzaq pulsuz ehtiyacı olanlara göndərilir.
Milli mətbəx irsi komissiyası hesabatında da milli mətbəx sahəsində yeni tədqiqatların, yeni elmi araşdırmaların aparılmasına ehtiyac duyulduğu söylənildi.
2020-ci ildə növbəti Konqresin keçiriləcəyi Sankt-Peterburqun hazırlığı barədə məlumat verildi.
Kontinent direktorlarının yeni seçkisi keçirildi.
2022-ci ildə Konqresin keçiriləcəyi yerlə bağlı Avstraliya (Sidney) və BƏƏ (Abu-Dabi) arasında mübarizə getdi. Səs çoxluğu ilə 2022-ci ildə Konqresin məhz Abu-Dabidə keçirilməsi qərara alındı.
Konqresdə iştirakımız zamanı nümayəndə heyətimiz daimi olaraq Malayziyadakı səfirliyimizin qayğısı və diqqəti altında oldu.

37383552_2101118253262861_5465486428374827008_n