” Маэстро”

Azərbaycan Milli Kulinariya Assosiasiyasının idarə heyətinin üzvlərindən Ziya Şahbazov, 06.08-07.08.2018 – ci il tarixlərdə Rusiya Federasiyası Yekaterinburq şəhəri ” Маэстро” mərkəzi tərəfindən təşkil olunan baş aşpazların toplantısında iştirak edib.
Digər tanınmış aşpazlarla birlikdə mütəxəssislər üçün keçirilən usta siniflərdə Ziya Şahbazov Azərbaycan mətbəxi üzrə yüksək səviyyəli usta siniflər keçib və aşağıdakı milli yeməklərimizi hazırlayıb və təqdim edib.
 tərəvəz və qoyunun can ətindən hazırlanan sac xörəyi.
 sarımsaq və ədviyyatlarla hazırlanan qoyun qəfəsi
 qrildə bütöv qoyun
 tərəvəz və ətirli otlarla doldurulmuş bütöv qoyun budu.

Sonda Ziya Şahbazov diplomla təltif olunub.

” Super Sun” yağlarının istehsalçısı ” Azərsun Holding” şirkətinə verdiyi dəstəyə görə təşəkkür edirik.

39026901_2146005298774156_1085590758301368320_n