“Məngən Beynəlxalq Aşpazlıq və Turizm Festivalı”

03- 05.08.2018- ci il tarixlərdə Türkiyənin Məngən bölgəsində 33- cü “Məngən Beynəlxalq Aşpazlıq və Turizm Festivalı”-da Azərbaycan Münsiflər heyətində Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru, Azərbaycan Milli Kulinariya Assosiasiyasinin Prezdenti Tahir Əmiraslanov, yarışlarda isə aşpazlar Emil Əliyev və Maksim Qolovin təmsil edirdilər.
Festival aşpazların paradı ilə başlandı.
Festivalın aşılışından sonra, yerli aşpazların əl işləri nümayiş olunub. Festivalda 1,5 ton toyuqlu əriştə yeməyi hazırlandı.
Məngən bələdiyyə başçısı bütün işlərdə şəxsən iştirak etdi.
Festivalın 2-ci gün Beynəlxalq Aşpazlıq Kuboku uğrunda yarışlar başladı.
Yarışda münsiflərə Azərbaycan sədrlik edirdi. Münsif qismində 9 ölkə (Azərbaycan, Türkiyə, Livan, Səudiyyə Ərəbistanı, Malayziya, Banqladeş, Serbiya, Bosniya Herseqovina, Misir) iştirak edirdi.
Beynəlxalq Aşpazlıq Kuboku uğrunda 9 ölkə (İordaniya, Qırğızıstan, Maldiv Respublikası, Fələstin, Ukrayna, Özbəkistan, Malayziya, Türkiyə və Azərbaycan) 9 ölkə yarışırdı.
2 nəfərdən ibarət hər komandaya bağlı qutu verildi (qara qutu yarışması). Qutuda nə olduğundan komandaların xəbəri yox idi. Start verildikdən sonra komandalar qutudan çıxan ərzaqlar əsasında 20 dəqiqə ərzində 3 xörəkdən (açar, əsas və desert yeməyi) ibarət menyu və reseptləri verməli idilər. Sonra isə 1 saat ərzində hər 3 yeməkdən 3 pay süfrəyə qoymalı idilər.
Hər bir yemək beynəlxalq 100 ballıq sistemlə dəyərləndirilirdi.
Münsiflərin 3 nəfərdən ibarət birinci qrupu yalnız açar yeməkləri, ikinci qrup əsas yeməkləri, üçüncü qrup isə desert yeməkləri dəyərləndirirdi. Qruplar sonra orta qiymətləri sədrə və protokola təqdim edirdilər. Heç bir münsif öz ölkəsinə qiymət verə bilməzdi.
Nəticədə, birinci yeri, qızıl medalları və kuboku Azərbaycan komandası, ikinci yer və gümüş medalları Malayziya komandası, üçüncü yeri və bürünc medalları Özbəkistan, dördüncü yeri isə Maldiv Respublikasının komandası qazandı.
Türkiyənin ilk aşpazlıq məktəbi 1985-ci ildə Məngəndə (Boluda) yaradılıb. Uşaqlar 11 yaşından qəbul edilib və 7 il aşpazlıq dərsləri alıblar.
32 kulinariya yarış festivalları Məngəndə ölkə daxili keçirilib. Yalnız bu il yarışlar beynəlxalq xarakter alıb.
Şəhərin girişində dünyada ən böyük aşpaz heykəli qoyulub. Türkiyənin Məngən bölgəsi də digər bölgələr kimi aşpazlıqla bağlı öz aralarında rəqabət aparır. Məngən Gaziantepdən sonra indi dünyanın aşpazlıq mərkəzi adına iddialıdır.
Bölgə turizm bölgəsi deyil və otellər də yoxdur. Lakin keçmiş baş nazir Tansu Çillərin “Türkiyəni dünyada türk mətbəxi tanıdacaq” şüarından sonra Türkiyədə bu sahəyə çox böyük diqqət yetirilir, böyük vəsaitlər qoyulur.
Bu da turizmdə öz nəticəsini verir. Tədbirdə yalnız yerli jurnalistlər və TV-lər iştirak edirdilər.
” Super Sun” yağlarının istehsalçısı ” Azərsun Holding” şirkətinə verdiyi dəstəyə görə təşəkkür edirik.

38851140_2146007318773954_3057850667021369344_o