“Təhsil alan gənc kulinarların II Respublika Çempionatı”

08.10.2018- 12.10.2018- ci il tarixlərdə Azərbaycan Dövlət Turizm Agentliyi Milli Kulinariya Mərkəzi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Kulinariya Assosisiyasının dəstəyi ilə WACS-ın (World Association of Chefs’ Societies, Dünya Kulinariya Təşkilatları Birliyi) 90 illiyi münasibəti ilə “Təhsil alan gənc kulinarların II Respublika Çempionatı” keçirildi. Qeyd edək, çempionatda Peşə Təhsili üzrə Dövlət Agentliyinin 6 peşə məktəbi (Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 18 nömrəli Bakı Peşə Liseyi, Qəbələ Dövlət Peşə Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, İsmayıllı Peşə Tədris Mərkəzi və Bakı Turizm Peşə Məktəbi iştirak edib.
5 gün davam edən çempionatda dolma, aş, kabab, şirniyyat yarışları müvafiq olaraq 12 saylı peşə məktəbində, çay süfrəsi yarışları isə Bakı Turizm Peşə məktəbində baş tutdu.
Qaliblər çempionatın son günü elan olundu:

Qaliblər:
Plov yarışları:
I. Bakı Turizm Peşə Məktəbi
II. Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (5 nömrəli Bakı Peşə Liseyi)
III. Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (13 nömrəli Bakı Peşə Məktəbi)
Kabab yarışları:
I. Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ( (5 nömrəli Bakı Peşə Liseyi)
II. İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (18 nömrəli Bakı Peşə Liseyi)
III. Qəbələ Dövlət Peşə Təhsili Mərkəzi

Dolma yarışları:
I. İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (18 nömrəli Bakı Peşə Liseyi
II. Bakı Turizm Peşə Məktəbi
III. İsmayıllı Peşə Tədrisi Mərkəzi

Şirniyyat yarışları:
I. Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi(12 nömrəli Bakı Peşə Liseyi)
II. Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (13 nömrəli Bakı Peşə Məktəbi)

III. Bakı Turizm Peşə Məktəbi

Çay süfrəsi yarışı:
I. İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (18 nömrəli Bakı Peşə Liseyi)
II. Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (12 nömrəli Bakı Peşə Liseyi)
III. Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ( (5 nömrəli Bakı Peşə Liseyi
Tədbirin ” Gran Prix” mükafatı Bakı Turizm Peşə Məktəbinə təqdim olundu.
Tədbirdə ” Astara düyü” şirkətinin yerli ağ və qara Astara düyülərindən, ” Qoç ət” firmasının halal və keyfiyyətli qoyun ətindən, ” A&A” FOOD qrupun mal ətindən, “İlğım” şirkətinin ədviyyalarından, ” Azərsun” holdingin ” Super Sun” və ” Möcüzə” yağlarından istifadə edilib. Tələbələrə ” Piza Hat” və ” The Angus” restoranları tərəfindən hədiyyələr təqdim olundu.

43788713_2259532804088071_6482790084297883648_o

43951565_2259533027421382_6898467168212484096_n