Çempionat

04-06.10.2018 – 06.10.2018-ci il tarixlərdə Ukraynanın Kiev şəhərində “Ukrayna Kulinariya Birliyi” ictimai birliyi və Kiev Dövlət Ticarət-İqtisad Universiteti tərəfindən “BestCookFest – 2018” Beynəlxalq Restoran Texnologiyaları Festivalı keçirildi.
Bu tədbirdə tərəfimizdən 4 nəfərdən ibarət nümayəndə heyəti ezam edilmişdi (Ağa Aşurov – komandanın rəhbəri və münsiflər heyətinin üzvü, Timur Pivkin, Namiq Kazımov, Rəşad Davudov – komandanın üzvləri).
Tədbirdə 20 ölkə iştirak edirdi (Azərbaycan, Türkiyə, Səudiyyə Ərəbistanı, İslandiya, ABŞ, Böyük Britaniya, İsrail, Mavrikiy, Fransa, Albaniya, Xorvatiya, Malta, Serbiya, Şri-Lanka, Koreya Respublikası, Livan, Yunanıstan, Monqolustan, Polşa, Ukrayna)
Komandamız bu yarışlarda 9 fərdi, 1 komanda yarışında (cəmisi 10 sinif) iştirak etdi. Nəticədə, Timur Pivkin iştirak etdiyi “toyuq sinfi” fərdi yarışından qızıl, “balıq sinfi” fərdi yarışından gümüş, “ət sinfi” fərdi yarışından bürünc medal, Namiq Kazımov iştirak etdiyi “pasta sinfi” fərdi yarışından qızıl, “balıq sinfi” və “etnik sinif” fərdi yarışlarından gümüş medal, Rəşad Davudov iştirak etdiyi “toyuq sinfi” fərdi yarışından bürünc medal, “ət sinfi” və “pasta sinfi” yarışlarından isə fərqlənmə diplomu qazandılar. Bundan əlavə, Qran-Pri (qara qutu) yarışında komandamız 3-cü yeri tutaraq bürünc medal qazandı.
Beləliklə, 10 sinif yarışda cəmisi 2 qızıl, 3 gümüş, 3 bürünc medal, 2 fərqlənmə diplomu (4-cü yer) qazanıldı.
Münsiflər heyətində ölkəmizi usta-aşpaz Ağa Aşurov təmsil edirdi. Ukraynada keçirilən çempionatda iştirak xərclərini ” AA FOOD GROUP” və ” The Angus” Restoranı öz üzərinə götürdüyü üçün təşəkkür edirik.
Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü Ruslan Şıxıyev 08-12.10.2018-ci il tarixdə Makedoniyanın Strumica şəhərində keçirilən Beynəlxalq Kulinariya Çempionatında iştirak etdi
Azərbaycanı münsiflər heyətində və yarışlarda Ruslan Şıxıyev təmsil edirdi.
Ruslan Şıxıyev 3 qızıl və kubok qazanıb.

44167964_2268674526507232_7573378346285793280_o