+(99412) 498 76 54 aze | eng | rus

Azərbaycan Milli Kulinariya Mərkəzi

Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKM) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.04.91-ci il 99№-li qərarı ilə yaradılmışdır. AMKM Azərbaycan Milli mətbəx mədəniyyətinin yığılması, öyrənilməsi, təbliği ilə məşğul olur. AMKM ölkənin aparıcı kulinarlarını, alim və mütəxəssislərini öz ətrafında birləşdirir. AMKM 1992-ci ildən Ümumdünya Kulinariya Təşkilatları Birliyinin (ÜKTB), 1998-ci ildə isə YUNESKO-nun Xalq Yaradıcılığı Təşkilatının Ənənəvi Qida Komitəsinin üzvüdür. AMKM 25-ci (Almaniya), 26-cı (Norveç), 27-ci (İsrail), 28-ci (Avstraliya), 29-cu (Hollandiya), 30-cu (Yaponiya), 31-ci (İrlandiya), 33-cü (Birləşmiş Ərəb Əmirlikləri) 34-cü (Çili) Dünya Kulinariya Konqreslərində, Avropa Konfranslarında (Almaniya, İtaliya, Çexiya, Avstriya) fəal iştirak etmişdir. AMKM-in komandaları ÜKTB-nin egidası altında Malta, Koreya, Sinqapur, Rusiya, Almaniya, Avstriya, Norveç, İngiltərə, Çexiya, Malayziya, Amerika, Yunanıstan, Qazaxıstan, Serbiya, Çernoqoriya və s. ölkələrdə keçirilən Kulinariya çempionatı və olimpiadalarından onlarca qızıl, gümüş, bürünc medallar, bir sıra mükafatlar gətirmiş, Rusiya, Fransa, Avstriya, Almaniya, Yaponiya, Özbəkistan, Ukrayna, Dubay, Belçika, Çin və s. ölkələrdə Azərbaycan mətbəx mədəniyyəti günləri keçirmişdir. AMKM bir sıra Beynəlxalq Kulinariya yarışlarında – Rusiya (1993-cü ildən daimi olaraq), Rumıniya, Yunanıstan, Malta, Türkiyə, Moldova və Gürcüstan, Amerika, Koreya, Qazaxıstan, Serbiya, Çernoqoriya və s. ölkələrdə hakim kimi çıxış etmişdir. Azərbaycan mətbəx tarixini, mədəniyyətini dövlət siyasəti səviyyəsində özəlləşdirən bədnam qonşularımızı AMKM beynəlxalq səviyyədə ifşa edib və Ermənistan Respublikası Nazirlər Sovetinin, Ermənistan Elmlər Akademiyasının 1959-cu ildən bəri bu yönümdə gördükləri işin inkişafını dayandırmağa müyəssər olub.

Erməni alimlərinə verilən cavablar xarici mətbuatda dərc etdirilib erməni jurnalist, alim və mütəxəssisləri bu sahədə dünya proseslərindən təcrid ediliblər. AMKM, Azərbaycanı dünyada yeni qida nəzəriyyəsinin banisi kimi tanıdıb. Xarici ölkələrin ali məktəblərində, elmi konfranslarda onlarca elmi mühazirələr oxunmuşdur. Hazırda bir sıra xarici ölkələrin Universitetlərinin tələbələri Azərbaycan mətbəxindən imtahan verirlər. AMKM-in səyləri nəticəsində Azərbaycan sabiq SSRİ məkanında ÜKTB-yə qəbul edilən ilk ölkə (1992-ci il) olmuşdur. AMKM-in müstəsna himayədarlığı ilə sonralar Rusiya (1994), Ukrayna və Özbəkistan (2002), Belarusiya, Serbiya (2006), Türkiyə, Qazaxıstan, Moldova (2008) ÜKTB-yə üzv qəbul edilmişlər. Hazırda AMKM bu sahədə Gürcüstana yardım edir.

İndi Azərbaycan Dünya Xalq Yaradıcılığı Təşkilatının Rəyasət Heyətində, İcra Komitəsində, Gənclər Komitəsində üzv kimi və «Ənənəvi Qida Komitəsində» sədr vəzifəsində təmsil edilib. AMKM-in əməkdaşları Rusiya Kulinariya Assosiasiyasının Dünya Kulinariya Təşkilatları Birliyində təsis etdiyi ən yüksək kulinariya mükafatının «Ləyaqət Nişanının» Ukraynanın ən yüksək kulinariya mükafatının “Kyлинарное слово” və s. mükafatların kavaleridir. Beynəlxalq İnsani Dəyərlər Fondunun və İctimai tanınma Akademiyasının ordeni ilə təltif edilmişdir. Mədəniyyət və incəsənət üzrə Dünya Ustaları təşkilatında Dünya Mədəniyyət və İncəsənət ustası adına layiq görülmüşdür. Bu gün AMKM və AMKA (Azərbaycan Milli Kulinariya Assosiasiyası) ilə bərabər Respublikada kulinariyanın problemləri ilə professional səviyyədə məşğul olan yeganə təşkilatdır. Mərkəz ilə təkcə kulinarlar deyil, həmçinin alimlər (tarixçilər, həkimlər, etnoqraflar, filosoflar, dilçilər və s.) kütləvi informasiya vasitələri də əməkdaşlıq edirlər. AMKM-in milli komanda daxilində hazırladığı mütəxəssislər Respublikanın aparıcımüəssisələrində,xarici ölkələrdə (Amerika, Almaniya, Rumıniya, İngiltərə, Yunanıstan və s.) çalışırlar.

AMKM, Respublika daxilində Milli Kulinariya Mədəniyyətinin təbliği üçün çalışan yeganə təşkilatdır. Ötən dövr ərzində televiziyada yüzlərlə müxtəlif tipli çıxışlar, mətbuatdakı yazılar Azərbaycan mətbəxinə diqqəti artırmış, ölkədə Gənc kulinarların Respublika müsabiqəsi, evdar qadınların Respublika mətbəx çempionatları, Respublika Milli Mətbəx Çempionatları, Beynəlxalq ailə bayramı daxilində dəfələrlə ailələrin mətbəx yarışları, Barmenlərin Respublika Müsabiqəsi, Turizm günü bayramı daxilində Azərbaycanın regional mətbəxləri nümayiş etdirmiş, dəfələrlə ali, orta ixtisas məktəblərində Müəllimlərin Təkmilləşdirilməsi İnstitutunda görüşlər keçirmiş, lisey, kollec və institutlarıntələbələrinə dərslər keçmiş, təcrübə keçmələrinə köməklik etmişdir. AMKM, dəfələrlə «Azərbaycan Milli Kulinariya və Kütləvi Qidalanmanın müasir vəziyyəti, inkişafı yolları» mövzusunda elmi-praktiki Respublika konfransları keçirilmiş, xarici ölkələrdən və Respublikadan göndərilən elmi işlərə rəylər verilmiş, «Azərbaycan Milli mətbəx mədəniyyətinin kompleks tədqiqatı» mövzusunda ilk namizədlik dissertasiyasını müdafiə etmişdir. Azərbaycanda bu sahədə ilk jurnal «Kulina» jurnalı yaradılmışdır.

AMKM, nəinki Respublikada, eyni zamanda onun hüdudlarından kənarda da yüksək reytinqə malikdir. AMKM-in təşəbbüskarı, yaradıcısı və baş direktoru Tahir İdris oğlu Əmiraslanovdur. AMKM Azərbaycan mətbəx mədəniyyətinin hərtərəfli tədqiqatı ilə məşğul olan və bu sahədə ermənilərin qarşısını almağa nail olmuş yeganə dövlət müəssisəsidir. 2009-cu ildə Bakıda I Beynəlxalq islam Çempionatı Festivalı keçirildi. 19 ölkənin iştirakı ilə keçirilən bu çempionat çox uğurlu keçdi. AMKM 2010-2011-ci illərdə Dənizkənarı Bulvarda keçirilən Novruz tədbirində Azərbaycanın 12 rayonunun Novruz mətbəxi sərgilənmişdir. T. Əmiraslanovun Avropa Şurasının nəşr etdiyi 2005-ci ildə Avropanın Mətbəx Mədəniyyəti kitabının Ermənistan bölməsinə vermiş olduğu cavabla bağlı apardığımız 1 illik mübarizələrdən sonra Avropa Şurası rəhbərliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyindən rəsmi üzr istədi, kitabla bağlı saytında dəyişikliklər etdi, kitabın yeni tərcümələrində məlumatın daha düzgün verilməsinə söz verdi. AMKM, erməni müəlliflərinin nəşr etdikləri “Erməni mətbəxi” adı altında kitablarını analiz edərək, onlara cavab verir. Bunlara misal olaraq tarix elmləri doktoru V.V. Poxlebkinin ermənipərəst mətbəx kitablarını T.A. Xatranovanın  “Армянская кухня“, Q.A. Dubovisin «Армянская кухня», O.V. Aksakovun “Армянская кухня“, Safrazbekyanın “1000 и один секрет искусной хозяйки” Liya Avetisyanın «Необычные семейные обеды или уроки армянского гостеприимства» və “Bкyc Apмянскoгo гостеприимства” kitablarına elmi əsaslarla cavab vermişdir.