III Beynəlxalq Kulinariya Çempionatı

08-11.05.2018 tarixdə Sloveniyanın Krajinska Gora şəhərində III Beynəlxalq Kulinariya Çempionatında Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktor müavini Ceyran Əsgərovanın rəhbərliyi ilə milli kulinariya komandamız iştirak edib.
Qeyd edək ki, “Krajinska Gora – 2018 ” Sloveniyanın 3-cü dəfə keçirilən ən mötəbər kulinariya yarışlarından biridir. Bu yarışda 15 ölkədən (Mavritaniya, Mərakeş, Xorvatiya, Rumıniya, Serbiya, Sloveniya, İtaliya, Türkiyə, Slovakiya, Makedoniya , Bosniya Hersoqvinya, Macarıstan, Səudiyyə Ərəbistanı, Bolqarıstan, Avstriya) 400-dən çox aşpaz iştirak edirdi. Münsiflər heyətində Mavritaniya, Mərakeş, Xorvatiya, Rumıniya, Serbiya, Sloveniya, İtaliyadan, olan münsiflər iştirak edirdi.
Yarışmanın ilk günü aşpazlar Cavadov Seymur və Babayev Nicat 46 digər ölkə aşpazları ilə birlikdə milli mətbəx sinifində yarışa başladı. Aşpazlarımız bu yarışda 1 qızıl və 1 gümüş medallar qazandı.
Yarışmanın ikinci günü Cavadov Seymur və Babayev Nicat müasir mətbəx sinifində iştirak etdilər. Cavadov Seymur qızıl, Babayev Nicat isə gümüş medallar qazandılar.
Cavadov Seymur 2 qızıl medal qazandiği üçün finala çıxan 4 iştirakçıdan biri oldu və qara qutu yarışmasında iştirak etdi. Azərbaycan finaldaikinci yerə çıxaraq Çempionatın 2-ci yer kubokunu qazandı.
Babayev Nicat çempoinatın ən gənc və kreativ peşəkar aşpazı kimi kuboka və diploma layiq görülmüşdür.
Beləliklə komandamız 5 yarış sinfində 5 nəticə (2 qızıl, 3 gümüş) göstərdi.
Tədbir zamanı Sloveniyadakı diplomatik nümayyəndəliyin rəhbəri Orxan Hacıyev yarış yerinə gələrək komandamıza dəstək oldu. Tədbir bitdikdən sonra, komandamız Orxan Hacıyevin təşkilatçılığı ilə Lyublyana şəhərində yerləşən diplomatik nüməyyəndəliyi və Çepovan kəndində Mehdi Hüseyinzadənin məzarını ziyarət etdi.
Göstərdiyi köməyə görə, Azərbaycan Milli Kulinariya Mərkəzi Mədəniyyət Nazirliyinə, “Azərsun Holding”- in ” Super Sun” yağlarına öz minnətdarlığını bildirir.

32394193_1708458859189924_3713189692011708416_n

32212714_1690567010990840_5788469721380683776_n

“İpək yolu mətbəxi” Festivalı

Azərbaycan aşpazları Abdulla Əmiraslanov və Rövşən Qəniyev, Milli Kulinariya Mərkəzinin baş texnoloqu Gülnar Ələsgərovanın rəhbərliyi ilə 30.04.2018 tarixində İranın Zəncan şəhərində keçirilən “İpək yolu mətbəxi” Festivalında iştirak edib.
Festivalda 10 ölkə (Azərbaycan, Tacikistan, Pakistan, Suriya, Özbəkistan, Çin, Türkiyə, Lübnan, Yəmən, Iran) iştirak edirdilər. Tədbirin açılışında Zəncanın məmurları, Azərbaycanın Tehrandakı konsulu da iştirak edirdilər. Saat 16:00-da yeməklər hazır olurdu, festivala insanlar gəlirdi. Festivalın 1- ci günü kulinarlar Azərbaycan xörəklərindən ( buğlama, lavaşarası dürmək, atılama, təvəz salatı, çöpdə kabab ) hazırlayıblar.
02.05.2018- 03.05.2018 tarixlərində quzu qovurması, tərxun şərbəti, çoban salatı,qazan kotleti, koroğlu kababı, limon şərbəti, Bakı salatı toyuq çığırtması hazırlanıb.
03.05.2018 tarixdə tədbirin sonunda iştirakçıların mükafatlandırma mərasimi keçirildi. İştirakçılara diplom və tədbirin kuboku təqdim edilib.

31964175_1984502378257783_7753028959897387008_n

Azərbaycan kulinarları Türkiyədə Beynəlxalq Kulinariya Çempionatında böyük uğurlar əldə etdilər

18.04.2018 tarixdə Afyon Qastronomiya Festivalının açılışı oldu. Açılışda Afyon valisi, kaymakamlar, bölgə turizm müdiri, xarici ölkələrin səfirləri, Qocatəpə Universitetinin rektoru iştirak edirdilər. Açılışda milli hərbi marşlar, rəqslər, səma rəqsi və s. nümayiş etdirildi. Yarış peşəkarlar, universitet və lisey tələbələri arasında keçirilirdi.
Münsiflər heyətinə Azərbaycan nümayəndəsi rəhbərlik edirdi. Beynəlxalq münsif heyətinə Türkiyə, Almaniya, Belçika, İtaliya, Rumıniya, Yunanıstan, Braziliya daxil idi.
Çempionatın ətrafında müxtəlif milli xörəklər hazırlanıb paylanırdı. “Tandır” adı ilə verilən ətli yayla şorbası, Türkiyə adına UNECKO-ya daxil olmuş “keşkək” (həlimaşı) və müxtəlif dizaynla təqdim olunmuş “aşurə” daha çox diqqətimizi çəkdi.
Eyni zamanda həm qida ilə bağlı əl işləri, həm rəsm əsərləri və s. sərgilənmişdi.
Tədbir Afyon Qocatəpə Universitetinin ərazisində keçirilirdi və tədbirdə universitet çox aktiv iştirak edirdi.
19.04.2018 tarixdə Afyon Qocatəpə Universitetində bölgənin, şəhərin rəhbərləri, turizm və ticarət müdirləri, alimlərlə iştirakçı aşpazlar, tələbələrlə “Sağlıq Turizmindəki Ulusal və Uluslararası Gelişmeler ile Sağlıklı Yaşam Paneli” adı ilə konfrans keçirildi. Yarışlar davam etdirildi. Axşam mükafatlandırma mərasimi keçirildi.
19.04.2018 tarixdə 5 nəfərdən ibarət komandamız Türkiyənin İzmir şəhərinə gəldi.
Kulinariya incəsənəti yarışmasında komandamızın üzvü Azər Qədirovun “Orxideya gülü” əsəri nümayiş etdirildi və gümüş medala layiq görüldü.
Buradakı Çempionatda 41 ölkə Azərbaycan, Türkiyə, Böyük Britaniya, Ukrayna, İslandiya, Braziliya, İsrail, Serbiya, Xorvatiya, Slovakiya, Polşa, Tunis, Rumıniya, ABŞ, İordaniya, İspaniya, Cənubi Koreya, Kipr, Portuqaliya, Hindistan, Fələstin, Özbəkistan, Makedoniya, Malta, Belçika, Yunanıstan, Fransa, Rusiya, Belorusiya, Səudiyyə Ərəbistanı, Liviya, Bolqarıstan, Çin, Monqolustan, Misir, İran, Suriya, Pakistan, Bosniya Herseqovina, Gürcüstan, Tayland iştirak edirdilər. Azərbaycan münsiflər heyətində təmsil edilmişdi. Münsiflərə İngiltərə sədrlik edirdi.
21.04.2018 tarixdə yarışlarla yanaşı “Ukrayna borşu” aksiyası keçirildi. Ukraynadan tədbirə qoşulan 40-dan çox mütəxəssis borş bişirib, iştirakçılara payladılar.
Ukraynadan gələn müğənnilər yarış yerində konsert verdilər. Yarış yeri ətrafında geniş qida və əl işləri sərgisi də fəaliyyət göstərirdi. Sərgiyə bölgə və yerli hakimiyyət orqanlarının nümayəndələri də gəlmişdilər.
22.04.2018 tarixdə Azərbaycan komandası üçün əsas gün oldu. Aşpazlarımız 8 sinifdə yarışa girdilər.
1. Araz Əhmədov “İlin aşpazı” sinfində (SP 6) ən yüksək balla qızıl medal və kubokla 2018-ci ilin aşpazı elan edildi. “İlin aşpazı” (SP 6) sinfində isə qızıl medal aldı, “Modern mətbəx” sinfində (SP 1) qızıl medal qazandı.
2. Sərxan Məmmədov “Asiya mətbəxi” yarışında qızıl medalla birinci yeri tutdu. Balıq sinfində (SP 3) də qızıl medal qazandı. “İlin aşpazı” (SP6) yarışında da qızıl medal qazandı.
3. Azər Qədirov kulinariya incəsənəti yarışında mastikadan düzəltdiyi “Orxideya gülü” əsərinə görə gümüş medal, “İlin aşpazı” sinfində (SP 6) qızıl medal qazandı.
Münsiflər heyətində komandamızı Tahir Əmiraslanov və Gülnar Ələsgərova təmsil etdilər.
Komanda qara qutu sinfində (SPT 1) qızıl medal qazandı. Komandamız 7 fərdi sinifdən 1 gümüş 6 qızıl medal qazandı.
Beləliklə, komandamız iştirak etdiyi 8 sinifdə 8 yüksək nəticə göstərdi (7 qızıl + 1 gümüş).
24.04.2018 tarixdə biz Böyükpaşadan İzmir şəhərinə gəldik. Izmirin Turizm və Kültür müdiri ilə görüşdük (Murad Karaçanta). Görüş zamanı bəzi qarşılıqlı əməkdaşlıq imkanlarını araşdırdıq. Cənab Murad Karaçanta yeni hazırladıqları “İzmir mətbəxi” kitabını bizə hədiyyə etdi. Biz də “Azərbaycan mətbəxi” adlı 22 poçt markasından ibarət dəsti ona hədiyyə etdik.
25.04.2018 tarixdə biz Ege Profesyonal Aşçılar Derneyi, Kamalpaşa bələdiyyəsi və Təhsil Nazirliyinin birgə yaratdıqları aşpazlıq liseyində olduq. Lisey üçün pulsuz yer, avadanlıq, dərs sinifləri və s. ayrılıb. Bütün xərcləri dövlət və bələdiyyə ödəyir.
Məktəbdə biz gələndə əsas qadınlar qrupunun dərsləri idi.
Tahir Əmiraslanov müəllim və şagirdlərə peşə dərsi ilə bərabər Azərbaycan mətbəxi, kulinariya ilə bağlı mühazirə oxudu.
27.04.2018 tarixdə İzmirdə Gözəlboxçada yarışlar başladı. Öncə əlil aşpazlar yarışma sinifi keçirildi, sonra isə gənc lisey aşpazlarının yarışları keçirildi. 28.04.2018 tarixdə bizim komandamız yarışa girdi. Qaydalara görə hər aşpaz 3 sinifdə, “Modern mətbəx”, “Xəmir xörəyi”, və “Desert” siniflərində yarışmalı idi.
Yarışlarda İslam ölkələri, Azərbaycan, Türkiyə, Livan, Bosniya Herseqovina, Səudiyyə Ərəbistanı və Qırğızıstan iştirak edirdi.
Tədbirdə Dünya İslam Kulinariya Birliyinin Prezidenti Gökhan Tufan (Türkiyə), Vitse-Prezidenti Tahir Əmiraslanov (Azərbaycan), Baş katibi Ali Traboulsi (Livan) iştirak edirdilər.
Bu yarışlarda əsas məqsəd, 2018-ci ilin sonunda keçiriləcək II Dünya Halal İslam mətbəxi yarışlarına hazırlıq idi. I yarış 2009-cu ildə Bakıda keçirilmişdi. Bu brendi Türkiyədə davam etdirməyə qərar verildi.
29.04.2018 tarixdə yarışlar davam etdi. Universitet komandaları və fərdi iştirakçılar axşam saat 19:00-dək yarışdılar.
Azərbaycandan Araz Əhmədov 3 sinif yarışından 3 gümüş medal, Sərxan Məmmədov “Modern mətbəx” və “Desert” siniflərindən qızıl, “Xəmir xörəyi” sinfindən isə gümüş medal qazandı. Beləliklə, komandamız 6 sinif yarışda 6 yüksək nəticə göstərərək 2 qızıl, 4 gümüş medal qazandı.
Bu yarışlara biz Azərbaycandan özümüzlə “Azersun Holding” şirkətinin istehsalı olan “Super Sun” yağlrını aparmışıq. Hesab edirik ki, yerli məhsulların keyfiyyəti də qazanılan nəticələrə öz müsbət təsirini göstərdi.
Göstərdiyi köməyə görə, Azərbaycan Milli Kulinariya Mərkəzi Mədəniyyət Nazirliyinə, keyfiyyətli məhsullarına görə “Azersun Holding” şirkətinə, öz minnətdarlığını bildirir.

31170385_1818867288177399_730826866362009615_n

Avropa Qitə Konfransı

7-10.04.2018 tarixlərində Ümumdünya Kulinariya Təşkilatları Birliyinin İngiltərədə keçirilən Avropa Qitə Konfransında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin
HESABATI

08-09.04.2018 tarixdə Konfransda çalışdıq. Konfransda 20 Avropa ölkəsi iştirak edirdi.
Iş zamanı 2019-cu ildə Avropa Konfransının keçirilməsi üçün Belçika, Finlandiya və Azərbaycan müraciət etdilər.
Müraciətlərin əsaslandırılması üçün 3 həftə ölkələrə vaxt verildi, sonra 4-cü həftə onlayn səsvermə ilə ölkə müəyyən ediləcək.
10.04.2018 tarixdə Staffordşirdən Londona gəldik. Londondakı səfirliyimizdə Azərbaycanın İngiltərədəki Səfiri Cənab Tahir Tağızadə nümayəndə heyətimizi qəbul etdi. Fikir mübadiləsi zamanı Tahir müəllim Tağızadə Səfirliyin yeni binasının açılışında ziyafəti birgə keçirmək haqqında təklif verdi.
Tərəfimizdən səfirliyə 10 ədəd kitab hədiyyə edildi.
10.04.2018 tarixdə axşam Bakıya yola düşdük və 11.04.2018 tarixdə Bakıda olduq.
Səfər üçün iki təyyarə bileti AZAL Hava Yolları tərəfindən nümayəndə heyətimizə ödənişsiz verilmişdi.
Tahir Əmiraslanov
Nümayəndə heyətinin üzvü

30623706_1950464528328235_47887330572238848_n

T.İ.Əmiraslanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında

T.İ.Əmiraslanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
02 aprel 2018, 18:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanın milli kulinariya ənənələrinin qorunması və təbliği sahəsində xidmətlərinə görə Tahir İdris oğlu Əmiraslanov “Şöhrət” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 aprel 2018-ci il.

29683877_1936857443022277_3216280181867182231_n

INTERNATİONAL MASTER OF CACE ISTANBUL

INTERNATİONAL MASTER OF CACE ISTANBUL

10-11 Mart 2018 – ci il tarixində Elite World Europe otelde keçirilən “Uluslararası Pasta yarışması ve Pastacılık & Çikolata” festivalında Azərbaycan Milli Kulinariya Assosiasiyası üzvləri Natəvan Əsədullayeva, Əhmədov Orxan, Paşayev Sənan iştirak edib. Həmyerlilərimiz bu festivalda birinci olublar. Gənc qənnadçıların bu festivalda iştirakını “Purple Cake Boutique” şirniyyat butiki təmin edib. “Purple Cake Boutique”- ə öz təşəkkürlərimizi bildiririk.

29595557_1930762286965126_8306514035752917544_n

“Vizit Dagestan — 2018 “

25-28.03.2018- ci il tarixlərində Dağıstanın Mahaçkala şəhərində “Vizit Dagestan — 2018 ” adlı Beynəlxalq Kulinariya festivalı keçirilib. Festivalda Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü Ruslan Şıxıyevdə iştirak edib. Ruslan Şıxıyev 3 yarışda 2 qızıl və bir gümüş medal qazanıb.
Qeyd edək ki, festivalda 20 komanda, 100 nəfərə yaxın aşpaz iştirak edib.

29695134_1930687970305891_8754725256356662692_n

Nigeriya TV-nin jurnalisti Ehikodi Gina xanım Okwesi qonaq olub

Bu gün Azərbaycan Milli Kulinariya Mərkəzində Billurə xanım Bayramova və Nigeriya TV-nin jurnalisti Ehikodi Gina xanım Okwesi qonaq olub.
Nigeriyada yaşayan əslən Azərbaycanlı Billurə xanım Bayramova bir neçə ildir ki, Azərbaycan mədəniyyətinin, irsinin xarici ölkələrdə tanıdılması ilə məşğul olur. Novruz Bayramında o Nigeriya TV-nin jurnalisti Ehikodi Gina xanım Okwesi ilə Azərbaycanda çəkilişlər təşkil edib.
Bu çəkilişlərə Milli Məclisin üzvü Qənirə xanım Paşayeva dəstək verir. Mətbəx mədəniyyəti üzrə çəkilişlərə AMKM kömək edir.
Bunlarla bağlı olaraq Nigeriyalı qonaqları Xalça Muzeyində, ” Xanədan” etno restoranında olub, Azərbaycan Milli Mətbəxi ilə bağlı çəkilişlər ediblər.
Hər iki qonaq Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən diplomlarla təltif edilib.

29060210_1928019060572782_8264143797633783258_o

Çempionat “A la russe”

21-24.03.2018 tarixində RF-nın Moskva şəhərində keçirilən “A la russe” Çempionatında iştirak etmiş Azərbaycan nümayəndəsinin
HESABATI

Çempionat “A la russe” 5-ci dəfə keçirilirdi. Yarışda 40 komanda iştirak edir. Xaricdən Qırğızıstan, Qazaxıstan və Misir komandaları iştirak edirdilər. Münsiflər heyətinə WACS (ÜKTB) Prezidenti Tomas Gugler rəhbərlik edirdi. Münsiflər heyətinin üzvləri Tahir Əmiraslanov, Svetlana Rişkova (Latviya), Qert Qlocke (İsveç), Alan Payen (Mavrikiy), Zoran Belkoviç (Serbiya), Talio Layne (Finlandiya), İztok Legat (Sloveniya), Qill Renisson (ABŞ), Rusiyadan Viktor Belyaev, Aleksandr Prokopoviç, Ruslan Tangirov, Kirill Siniçkin idi.
21 martda Çempionat öz işinə başladı. Birinci gün 20 komanda yarışdı. Hər onluqdan I, II, III yerlər seçildi. Cəmisi 6 komanda (20 komandadan) finala keçdi.
21 mart 2018-ci il tarixdə “Bakı Bulvarı” restoranında Tahir Əmiraslanovun 60 illik Yubileyi ilə bağlı, onun şərəfinə ziyafət verildi. Ziyafətdə Azərbaycandan gəlmiş müğənnilər də konsert verdilər. Yubilyar çıxışında Ölkə rəhbərliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, “Bakı Bulvarı” restoranına ona göstərdikləri diqqətə görə minnətdarlığını bildirdi. Təbrik sözü ilə ÜKTB-nin Prezidenti Tomas Gugler çıxış etdi və ÜKTB-nin 12 milyon üzvü adından Tahir Əmiraslanovu təbrik etdi. Sonra Tahir Əmiraslanovu Viktor Belyaev (Rusiya Kulinariya Assosiasiyasının Prezidenti) təbrik etdi və Rusiyanı ən yüksək kulinariya mükafatı, “Ləyaqət nişanı” ilə mükafatlandırdı. Sonra öz təbriklərini Svetlana Rişkova (Latviya), Qert Qlocke (İsveç), Alan Payen (Mavrikiy), Zoran Belkoviç (Serbiya), Talio Layne (Finlandiya), İztok Legat (Sloveniya), Qill Renisson (ABŞ), Rusiyadan Viktor Belyaev, Aleksandr Prokopoviç, Ruslan Tangirov, Kirill Siniçkin dilə gətirdi, “Pitanie i Obşestvo” jurnalının baş redaktoru Nomofilova Natalya, Qərbi Qafqaz Kulinariya Assosiasiyasının Prezidenti Li Anatoliy, “Türk İş Adamları” Cəmiyyətinin Prezidenti Şaiq Bayramov, skripkaçı Vladimir Master yubilyarı təbrik etdilər.
Tahir Əmiraslanovu Rusiya və Ukrayna ərazisinə şok dondurulmuş ərzaq istehsal edən “Elika” (o cümlədən, düşbərə, dolma və s.) fabriklərinin rəhbərləri, “Bakı Bulvarı” restoranının direktoru Niyazi Bədəlov Moskvada “Paxlava House” Azərbaycan paxlava istehsal evinin sahibi Zaur Əliyev, Moskva ətrafı Azərbaycan diasporasının Sədri Həşim Əliyev təbrik etdilər.
Ayrıca təbrik nitqi ilə Heydər Əliyev Fondunun Moskvadakı icraçı direktoru Tamilla xanım Əhmədova çıxış etdi.
Son çıxışla yubilyarı məşhur aparıcı, food-bloger Stalik Xankişiyev təbrik etdi.
Tədbir zamanı “Elika” firması ilə 2019-cu ildən “Xaş” xörəyini 12 dəqiqəyə hazırlanma texnologiyasının tətbiqi barədə danışıldı. Bu texnologiyanın tətbiqi və “Xaş”ın öncə Rusiya bazarına çıxarılması planlaşdırıldı.
“Paxlava House” ilə Qarabağ paxlavasının və kətəsinin bazara çıxarılması ilə bərabər, bazara Azərbaycan brendi kimi, İrəvan paxlavası və kətəsinin yaradılması planlaşdırıldı. Tədbir zamanı Mədəniyyət və Turizm Nazirliyinin çəkdiyi “Daddan sonrakı dad” filmi nümayiş etdirildi.
Tədbirdən sonra Moskva ətrafı diaspora, biznesmenlər cəmiyyəti, “Bakı Bulvarı” restoranı və s. Qurumlara Azərbaycan Mətbəx günlərinin Moskvada keçirilməsi müzakirə olundu.
22.03.2018 tarixdə daha 20 komanda çıxış etdi. Hər komanda 3 xörəkdən ibarət çeşni ilə (açar, əsas və dessert yeməyi) ilə çıxış etdi.
Hər onluqdan yenə I, II, III yerlər (cəmi 6 komanda) müəyyən edildi.
23 mart tarixdə hər biri 2 nəfərdən ibarət 10 gənclər komandası Qara qutu sinfində yarışdı. Qara qutudan mal ciyəri əsas məhsul kimi çıxdı, kartof, süd, şampinyon göbələyi də qara qutudan çıxdığı üçün bu məhsulları istifadə etməklə bir yeni yemək hazırlanmalı idi. Bəzi əlavə ərzaqlar isə ümumi qoyulmuşdu.
Nəticədə:
Birinci yerə Perm Ticarət-texnologiya Kolleci
İkinci yerə Volqoqrad Kolleci
Üçüncü yerə isə Moskva Təhsil Kompleksi nail oldu.
Ikinci girişdə əvvəlki iki gündə ən çox bal toplamış 10 komanda yarışa girdi.
Qara qutudan çıxan buğanın ağ ətindən yemək hazırlanmalı idi. Komandalar bu ətdən əsas yemək və əlavə başqa ərzaqlardan dessert hazırladılar.
Nəticədə:
Birinci yer Altay vilayəti
Ikinci yer Soçi, Roza-xutor
Üçüncü yer isə Vladimir Suzdal qazandı.
Üçüncü yerin sahibi Vladimir Suzdal komandasına baş sponsor “Metro” Mağazalar şəbəkəsi tərəfindən 60 000 rubl (1000 $), ikinci yerin sahibi Soçi komandasına 90 000 rubl, birinci yerin sahibi Altay komandasına isə 120 000 rubl mükafat verdi.
Digər sponsorlar da hər komandaya 30 000 rubl hədiyyə etdilər.
Birinci yeri tutan Altay vilayəti komandası Fransanın Lion şəhərində Bökyüzün Kulinariya məktəbində sponsorların hesabına təhsil haqqı qazandı ki, bu da hər bir mütəxəssis üçün çox böyük mükafatdır və yüksəliş imkanıdır.
Bütün münsiflərə Moskvadakı “Paxlava House”un paxlava dəstləri paylandı. “Paxlava House”un sahibi Zaur Əliyevə öz təşəkkürlərimizi bildiririk.
Tədbir zamanı ÜKTB Prezidenti ilə Malayziyada keçiriləcək Dünya Kulinariya Konqressində Azərbaycanın aktiv iştirakı müzakirə edildi və birgə addımların koordinasiyası barədə danışıldı.
24.03.2018 tarixdə biz Vətənə qayıtdıq.
Tahir Əmiraslanovun “A la russe” Çempionatında münsiflərdə iştirakının bütün xərcləri (təyyarə, transfer, otel) Rusiya Kulinariya Assosiasiyası tərəfindən ödənildi.

29512763_1928121703895851_3135893516245394407_n

” Dubayın dadı” festivalı

Dubay Turizm Departamenti (DTD) tərəfindən Dubayda bu il 5- ci turizm festivali keçirildi. Festivala ekspert kimi Azərbaycandan Tahir Əmiraslanov, Qazaxıstandan Aleksandr Traqubenko, Rusiyadan Anatoliy Kazakovu dəvət etmişdilər. Festival 22.02.2018- 10.03.2018- ci il tarixlərində keçirilir.
” Dubayın dadı” festivalı çərçivəsində ən yaxşı seçilmiş 15 restoran müəyyən edilir və bu restoranlara biletlər satılır. Biletlər həmdə lotereya kimi oynanılır.
Sonra daha çox restoranlar, aşpazlar festivala qoşulur. Festivallar müxtəlif yerlərdə, müxtəlif platformalarda keçirilir.
Məsələn platformalardan birində yüzlərlə seçilmiş “küçə qidası” müəssisələri iştirak edirdilər . Hər kəs öz avtodükanı ilə bu platformada iştirak edirdi. Kiçik kafelər avtobuslarda, avtopriseplərdə, yəni müxtəlif hərəkət edən vasitələrdə işləyirdi.
Küçə ticarəti ilə məşğul olan restoranlar yalnız sadə küçə yeməklərini deyil, hətda müasir texnologiyalara, məsələn soyuqla, yəni azotla bişirmə metodlarından da istifadə edirdilər.
Digər platformada ölkədə fəaliyyət göstərən orta və yuxarı səviyyəli restoranlar iştirak edirdi. Bu restoranlar Dubay Turizm Departamenti tərəfindən seçilir.Yəni hər istəyən restoran bu platformada iştirak edə bilməz. Burada kino zal kimi fəaliyyət göstərən restoran daha çox maraq doğururdu.
Burada aşpazlar müxtəlif usta siniflər keçirir, həvəskarlara və evdar qadınlarla birlikdə yarışlar keçirir, onları öyrədirdilər.
Üçüncü platformada orta səviyyəli öz yerlərində fəaliyyət göstərən restoranlar iştirak edirdi. Məsələn sadə hind və yerli ərəb restoranlarında ekspertlərə təqdim edilən yeməklər də öz sektoru üçün yüksək səviyyəli idilər.
Ekzotik və yüksək restoran sektorunda da ayrıca platformalar var idi.
Ekspertlərə Bürc Xəlifənin 122- ci mərtəbəsində 495 m yüksəklidəki Atmosfer restoranında təqdim edilən yeməklər çox yüksək səviyyədə idi. Yerdə əyləşəndən sonra müştəriləri kreslolara bağlayıb kranla 50 m yüksəkliyə qaldırılan açıq restoranda, səmada yemək verilən restoranda da Bürc Xəlifədəki kimi yeməkdən daha çox yüksəklik, mənzərə satırdı. Bədəvi mətbəxi restoranı da daha çox tarixi, etnoqrafiyanın satışı ilə məşğul idi. İnsanlar yeməklər vasitəsi ilə BƏƏ- nin tarixi ilə tanış olurdular.
Yüksək restoranlardan “Cümeyra Four Season” – un damındakı restoranıda həm mənzərə, həm də əyləncə satırdı.
Otelin digər restoranı çox yüksək səviyyəli Asiya və Çin yeməkləri satırdı.
Beləliklə Dubay öz mətbəxi vasitəsilə Dubaydakı əhalinin sosial durumunu, gələn turistlərin vəziyyətini, ölkədəki əhalinin tərkibini, özünün inkişaf və tarixini və s. göstərə bilirdi.
Dubay özündə bir mətbəx , qida cənnətini bütün dünya mətbəxini bir məkanda Dubayda toplandığını nümayiş etdirirdi. Burada dünyanın bütün mətbəxlərini dadmaq olar.
Dubayın dadı gözəldir.
Bu gözəl festivala görə bizi dəvət edən, bütün xərclərimizi qarşılayan Dubay Turizm Departamentinə və onun MDB üzrə nümayəndəsi Yuliya Lutsik xanıma təşəkkürümüzü bildiririk.