Təşəkkür edirik!!

Yanvarın 29-da Milli Məclisin Mədəniyyət komitəsinin yaz sessiyasında ilk iclası keçirildi.
Əvvəlcə 2017-ci ilin payız sessiyasında komitədə görülmüş işlər barədə hesabatı diqqətə çatdıran komitənin sədri Rafael Hüseynov bildirdi ki, payız sessiyasında komitənin 3 iclası keçirilmiş, 10 məsələ müzakirə edilmişdir. Sessiya ərzində komitəyə 126 müraciət daxil olmuş, 16 nəfər vətəndaş qəbul edilmişdir.
Sonra 2018-ci ilin yaz sessiyasında görüləcək işlərdən danışan komitə sədri bildirdi ki, yaz sessiyasında “Kinemotoqrafiya haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında”, “Kulinariya haqqında”, “Ad və soyadlar haqqında” qanun layihələri, həmçinin qanunvericilik təşəbbüsü qaydasında komitəyə daxil olacaq bir sıra digər qanun layihələri müzakirə ediləcəkdir.
İclasda çıxış edən komitə üzvləri Jalə Əliyeva, Fəzail İbrahimli, Elmira Axundova, Ülviyyə Həmzəyeva və Əflatun Amaşov gündəlikdəki məsələlər barədə fikirlərini bildirdilər, qeyd və təkliflərini verdilər.
Bununla da Milli Məclisin 2017-ci ilin payız sessiyasında Mədəniyyət komitəsində görülmüş işlər barədə hesabat qənaətbəxş hesab olundu.

Milli Məclisin
Mətbuat xidmət

Ciddə şəhərində keçirilən Beynəlxalq Kulinariya Çempionatı

12-17.11. 2017 tarixlərində Səudiyyə Ərəbistanın Ciddə şəhərində ezamiyyətdə olmuş nümayəndənin hesabatı
Ciddə şəhərində keçirilən Beynəlxalq Kulinariya Çempionatında 1000 nəfərə yaxın mütəxəssis iştirak edirdi. Tədbirdə fərdi praktik və mətbəx incəsənəti sinifləri üzrə yarışlar təşkil edilmişdi.
Yarış yerində Qida sərgisi də təşkil edilmişdi. Bir sıra beynəlxalq qida firmaları sərgidə iştirak edirdilər.
Tədbirə Dünya Kulinariya Assosiyasiyasının və eyni zamanda Səudiyyə Ərəbistanı Kulinariya Assosiyasiyasının Prezidenti Tomas Guqler rəhbərlik edirdi. Münsiflər komandasında Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ, Özbəkistan, CAR, Misir və s. təmsil edilmişdilər.
Tədbirin sonunda bizə bir sıra mükafatlar təqdim edildi. Biz də qarşılayan tərəfi və bir neçə mütəxəssisi mükafatlandırdıq. Səudiyyə Ərəbistanı Kulinariya Assosiyasiyası və Kulinariya məktəbləri üçün Azərbaycan mətbəxi ilə bağlı ingiliscə kitablar və filmlər verdik.
Azərbaycanın Səudiyyə Ərəbistanı səfirliyi və İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndəmiz üçün də kitablar və filmlər verdik.
Biz daima Azərbaycanın Səudiyyə Ərəbistandakı səfirliyi və Ciddədəki konsulumuz Rəsul Ömərovun daimi himayəsi, diqqət altında olduq.

23659506_1760065974034759_7477058317485089576_n

23659428_1760065634034793_8172257589051910004_n

Makedoniyanın Strumica şəhərində keçirilən Beynəlxalq Kulinariya Çempionatı

Azərbaycan nümayəndə heyətinin 24-28.10.2017-ci il tarixdə Makedoniyanın Strumica şəhərində keçirilən Beynəlxalq Kulinariya Çempionatında iştirak etdi
Çempionatda 24 ölkə (Azərbaycan, Ukrayna, Makedoniya, İtaliya, Serbiya, Xorvatiya, Çernoqoriya, Rusiya, Çexiya, Böyük Britaniya, Polşa, Sloveniya, Bolqarıstan, Türkiyə, Rumıniya, Yunanıstan, Slovakiya, İsveçrə, Israil, Albaniya, İsveç, Monqolustan, İslandiya, Kipr ) iştirak edirdi. Bir çox ölkələrdən 20-30 nəfər iştirakçı gəlmişdi.
Tədbirdə 8 boksda eyni zamanda 8 iştirakçı çıxış edirdi.
Azərbaycanı münsiflər heyətində Tahir Əmiraslanov təmsil edirdi.
Azərbaycan komandası ümumilikdə 5 fərdi, 1 komanda sinifində, 1 yerli sinifdə çıxış etdi. Nəticədə komandamız 3 qızıl, 3 gümüş və 2 kubok qazandı.
Bunlardan Halil Kozakoğulları 3 fərdi sinifdən 1 qızıl, 2 gümüş, Ruslan Şıxəliyev 3 fərdi sinifdən 2 qızıl, 1 gümüş, 1 yerli sinifdən kubok medal qazandı.
Komanda sinifində (Halil Kozakoğulları, Ruslan Şıxıyev, Tünzalə Məmmədzadə) kubok qazanıldı. Makedoniyanın Baş nazir Zoran Zaev aşpazların mükafatlandırılması mərasimində iştirak etdi. Azərbaycan nümayəndə heyəti tərəfində Zoran Zaevə » Azerbaijan Culinary» kitabı hədiyyə edildi.
Tədbir zamanı «Azərsun Holding» istehsalı olan “Super Sun” yağlarından istifadə edildi.
Çempionata dəstək verdiyi üçün » Gilan Holding»-ə minnətdarlığımızı bildiririk.
Çempionatda iştirakımızın nəticələrini müsbət qiymətləndirmək olar.

23132067_1739206006120756_2434721462170341217_n

23231268_1745204505520906_1152758989638148008_n

23379900_1745205845520772_8714790119257618659_n

Hesabat

Azərbaycan Milli Kulinariya Mərkəzinin
20 oktyabr 2016-cı il tarixindən 20 oktyabr 2017-ci il tarixinədək keçirdiyi tədbirlər
2016-ci ildə keçirilən daxili tədbirlər
Oktyabr
1. 20.10.2016 tarixdə Muğam Ocağında Beynəlxalq Kulinariya günü çərçivəsində Azərbaycanda olan səfirliklərin iştirakı ilə “I Beynəlxalq çörək” festivalı keçirildi. Azərbaycanın 24 şəhər və rayonu xarici ölkələrdən Türkiyə, Özbəkistan, Qırğızıstan milli çörəklərini qonaqlara təqdim etdillər. Tədbirdə Mədəniyyət və Turizm nazirinin müavini Sevda xanım Məmmədəliyeva, nazirliyin şöbə müdiri Fikrət Babayev və nazirliyin digər nümayəndələri, Millət vəkilləri Qənirə xanım Paşayeva, Ülviyyə xanım Ağayeva, Azərbaycanda fəaliyyət göstərən səfirliklər, media nümayəndələri tanınmış aşpazlar və s. iştirak etdilər. Azərbaycan milli mətbəxinin təbliğində xüsusi roluna görə Natəvan Makili- Əliyevaya Azərbaycan Milli Mətbəx səfiri diplomu təqdim olundu. “I Beynəlxalq çörək” festivalında Azərbaycanın aşağıdakı şəhər və rayonlarından gələn iştirakçılar həmin bölgələrə məxsus çörəkləri sərgilədilər: Abşeron, Ağdaş, Ağsu, Astara, Bakı, Balakən, Gəncə, Göyçay, Xaçmaz, İmişli, İsmayıllı, Qax, Qusar, Laçın, Neftçala, Oğuz, Sumqayıt, Şamaxı, Şəki, Şuşa, Zaqatala, Zəngilan, Zərdab, Qobustan. Festivalın sonunda qaliblər mükafatlandırıldı.
Noyabr
2. 1-15.11.2016-ci il tarixində Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosasiyası tərəfindən kulinariya təhsili verən 4 peşə liseyində (Turizm, 5,12, və 18 saylı) usta siniflər keçirildi. Usta siniflər Turizmin ölkəmizdəki sürətli inkişafı ilə əlaqadar yeni çağırışlara cavab verməklə, beynəlxalq restoran sistemində milli mətbəxlərə olan Ümümdünya Kulinariya Təşkilatları Birliyinin aşpazların təhsilinə qoyduğu tələbləri, milli mətbəxin moderiləşdirilməsi xidmətin səviyyəsinin yüksəldilməsi məqsədini güdürdü və bu tələblərinə uyğun gənc kadrların hazırlanması məqsədi ilə 10 günlük usta sinifləri keçirildi.
Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi dəstəyi ilə Azərbaycan Milli Kulinariya Assosasiyası və Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən 01.11.2016-cı il tarixindən 4 peşə məktəbində — 5 saylı peşə məktəbi, 12 saylı Bakı Peşə liseyi, 18 saylı Peşə məktəbi, Turizm Peşə liseylərində usta siniflər keçirildi. 01-15.11.2016 tarixləri ərzində keçirilən usta siniflərdə Milli mətbəx, həmçinin Avropa və Asiya mətbəxlərindən yeməklərin hazırlanma qaydaları nümayiş etdirildi. Usta siniflərin keçirilməsi üçün “Azərsun Holding” şirkətlər qrupunun , «BestCow” Kərə Yağlarından, “Qəbələ quşçuluq” şirkətinin və “Qoç ət” kəndli və fermer təsərrüfatının istehsal etdikləri yüksək səviyyəli ərzaqlardan istifadə edildi. Usta siniflərin ümumi sayının 40-a yaxın olmaqla 15 müəllimə və 300 şagirdə usta siniflər keçirilib. Usta siniflərdə iştirak edən Milli Kulinariya Mərkəzinin texnoloqları və Milli Kulinariya Asossasiyasının aşpazları Azərbaycan Milli Kulinariya Mərkəzinin diplomları ilə mükafatlandırıldılar. Kurslarda gələn, iştirak edən müəllim və şagirdlərə sertifikatlar təqdim edildi.
Dekabr
3. 01.12.2016 tarixdə Cənubi Koreyanın Azərbaycandakı səfiri cənab Kim Chang Gyu öz iqamətgahında Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru cənab Tahir Əmiraslanovun şərəfinə ziyafət verdi. Ziyafətdə Hörmətli cənab səfir, həmçinin xanım Chang Gyu, Səfirliyin digər işçiləri, AMKM-dən cənab Tahir Əmiraslanov və AMKM-in aparıcı mütəxəssisləri iştirak etdilər. Ziyafət zamanı kulinariya sahəsində Azərbaycan_Koreya əlaqələrindən, bu sahədə görülən işlərdən danışıldı.
4. 02.12.2016 tarixdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə azərbaycanlı kulinar, yazıçı və fotoqraf Stalik Xankişiyevin “Kazan, kulinarnıy samouçitel” və “Plov, kulinarnoye issledovaniye” kitablarının təqdimatı keçirildi. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, Xalq Yazıçısı Çingiz Abdullayev tədbirdə iştirak etdilər.
5. 14.12.2016 tarixdə Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbinin fəaliyyətə başlamasının 5 illiyi və ölkəmizdə “Multikulturalizm ili” nin başa çatması münasibətilə “Multikultural və dadlar” adlı tədbir keçirildi.
Tədbirdə Azərbaycan Milli Kulinariya Mərkəzinin nümayəndələri də iştirak etdi.
2016-ci il tarixində keçirilən xarici tədbirlər
Noyabr
1. 08-15.11.2016-ci il tarixində İtaliyanın Berqamo şəhərində keçirilən Dünya Xalq Yaradıcılığı Təşkilatının (DXYT – İOV) Assambleyasında Azərbaycan nümayəndə heyəti iştirak etdi.
Ənənəvi qida komitəsinin sədri Tahir Əmiraslanov da qida komitəsinin gördüyü işlərdən danışdı. Məruzəsində digər kitablatla bərabər Ermənistan tərəfindən işğal olunmuş Qarabağdan qaçqın düşmüş 1 million əhalidən toplanmış Azərbaycan Qarabağ mətbəxi kitabının çap edildiyi, indi isə monoetnik dövlət yaradan Ermənistan dövlətinin Ermənistanda dədə-baba torpaqlarından qovulan aboriqen əhalidən toplanan Azərbaycan İrəvan xanlığı mətbəx kitabının çapa hazırlandığı da vurğulandı. Assambleya DXYT-yi yeni nizamnəməsinin qəbul etdi. DXYT-yə yeni rəhbərlik seçildi. DXYT gənclərinin vitse-prezidenti Minarə Quliyeva gənclər komitəsinin gördüyü işlər barəsində hesabat verdi. Minarə Quliyevaya Ənənəvi Geyim Komitəsinin yeni tərkibini müəyyənləşdirmək tapşırığı verildi. Bununla Assambleya öz işini başa vurdu.
Təbliğat, Təhsil və Elm sahəsində görülən işlər
1. Televiziyalarda və radio kanallarında onlarla çıxışlar oldu.
2. Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Qida sənayesi kollecinin və Turizm peşə məktəbinin və Korperasiya liseyinin tələbələri Azərbaycan Milli Kulinariya Mərkəzində praktika keçdilər.
3. Dörd press konfrans keçirilmişdir.
4. Tahir Əmiraslanov 10-dan çox intervüsü vermişdir.
5. Xarici aşpazlar tərəfindən 100 nəfərə usta sinif keçirildi.
6. Bir nəfər magistr, bir nəfər isə bakalavr təhsili almaq üçün xaricə göndərildi.
2017-ci il tarixində keçirilən ölkədaxili tədbirlər
Yanvar
1. 23.01.2017 tarixində Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov tərəfindən hərbi hissələrin əsgər və zabit heyətinə hərbdə qidalanma ilə əlaqədar mühazirələr oxundu.
2. 25.01.2017 tarixində Azərbaycan Milli Assosiasiyasının kollektiv üzvü olan Pizza Hat-ın 22 yaşı ilə əlaqədar tədbir təşkil edildi. Restoranın rəhbərliyi və fəal işçiləri tərəfimizdən diplom və medallarla təltif edilmişdir. Tədbir respublika və beynəlxalq media və internetresurslar tərəfindən geniş işiqlandırıldı.
Fevral
3. 02.02.2017 tarixdə Azərbaycan Milli Kulinariya Mərkəzinin gənc kulinarlarından Azadə Musabəyli Gənclər və İdman Nazirliyinin gənclər mükafatı ilə təltif edildi.
Mart
4. 02.03.2017 tarixində 5 nömrəli Bakı peşə məktəbində Milli Kulinariya Asossasiyası və Milli Kulinariya Mərkəzi tərəfindən usta sinif keçirildi.
5. 04.03.2017 tarixində Azərbaycan Xalça Muzeyinde Azərbaycanın Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov “Novruz nemətləri” mövzusunda mühazirə oxudu. Mühazirədə Novruz şirniyyatlarının yaranma tarixi, hazırlanma üsullarının incəlikləri və naxışlarının rəmzi mənalarından bəhs edildi.
6. 10-11.03.2017 tarixlərində Mədəniyyət və Turizm Nazirliyinin turizm bələdçilərinin attestasiyası əsasında Azərbaycan Turizm və Menecment Universiteti ilə Pasha travelin birgə əməkdaşlığının nəticəsi olan «Guide me in Baku» layihəsi çərçivəsində Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanovun «Kulinariya Turizmi» fənni üzrə xüsusi seçilmiş gənclərə 6 saatlıq (2 günə) seminarı keçirildi.
7. 18.03.2016-cı il tarixdə Dənizkənarı Bulvar Parkında Ölkə Prezidentinin, Birinci Xanımın, dövlət və siyası xadimlərin iştirakı ilə Novruz bayramı keçirildi. 8-ci ildir ki, bu bayramda Azərbaycanın Novruz mətbəxi sərgisi Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən təşkil olundu. Sərgidə 10 şəhər və rayon — öz rayonlarına məxsus mətbəx nümunələrini, milli yeməklərini, məişət və mətbəx ləvazimatlarını nümayiş etdirdi. Sərgidə Azərbaycan mətbəxinin bərpa edilmiş tarixi yeməkləri nümayiş etdirildi.
8. 30.03.2017 tarixində Azərbaycan Turizm və Menecment Universiteti (2 korpus) Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” -ndə milli mətbəxin yeri və restoran biznesinin rolu” mövzusunda elmi praktik konfrans keçirildi.
Tədbirdə ictimai, siyasi xadimlər, nazirliklərin və dövlət qurumlarının nümayəndələri iştirak etdi. Tədbirdə aşpazların əl işlərinin sərgisi təşkil edildi.
May
9. 17.05.2017 tarixdə AMKM-də dolmaların patentləşdirilməsi ilə bağlı Dövlət Patent İdarəsinin nümayəndələri ilə ( patent və əmtəə nişanları mərkəzində əmtəə nişanları və coğrafi göstəricilər üzrə böyük ekspert Haqverdiyeva Lamiyə və patent və əmtəə nişanları mərkəzində əmtəə nişanları sənaye nümunəsi və coğrafi göstəricilərin ekspertizası departamentinin direktoru Haciyev Ramin ) işçi görüş keçirildi.
10. 30-31.05.2017 tarixdə Holiday in otelində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Azərbaycan Respublikasının Standartlaşdırma Nazirliyi, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuş “Əqli Mülkiyyət və Ənənəvi Biliklər haqqında sub-regional” və “Coğrafi göstəricilər və mənşə yerinə əsaslanan fərqlənmə nişanlarının digər qorunma üsulları mövzusunda sub-regional” seminarda AMKM aktiv iştirak etdi.
İyun
11. 06.06.2017 tarixdə AMKM, AMKA və Konfutsi İnstitutu arasında kulinariya incəsənəti, ictimai iaşə və qida texnologiyalarının sahəsində Azərbaycan Respublikası və Çin xalq Respublikası arasında iki tərəfli əlaqələrin inkişafı, kulinariya ənənələrinin saxlanması, bu sahədə informasiya mübadiləsi, Çin xalq mətbəxinin Azərbaycanda, Azərbaycan xalq mətbəxinin isə Çində təbliği haqqında müqavilə sənədləri imzalandı. Eyni zamanda Konfutsi İnstitutunda Tahir Əmiraslanovun məruzəsi dinlənildi və bağlanmış müqavilə çərçivəsində ortaya çıxan məsələlər müzakirə olundu.
12. 07.06.2017 tarixdə Rusiyanın NTV kanalının Müslim Maqamayevin 25 illik yubileyinə həsr edilmiş filmin çəkilişində milli mətbəxlə bağlı epizodların çəkilməsinə yardım edildi.
13. 08.06.2017 tarixdə JW Marriott Abşeron Bakı hoteldə təşkil edilmiş “Aİ-Azərbaycan Biznes Forum”unda AMKM aktiv iştirak etdi.
14. 13-14.06.2017 tarixdə Qobustan Milli tarix-bədii qoruğunun yaradılmasının 50 illiyinə həsr olunmuş “Qobustan – Mədəniyyətlərin Qovşağında Qayaüstü İncəsənət”adlı beynəlxalq konfransı keçirildi. AMKM-in baş direktoru Tahir Əmiraslanov “Qobustanın Azərbaycanın Milli Mətbəxində yeri” haqqında məruzə ilə çıxış etdi.
İyul
15. 15.07.2017-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə Xaçmaz rayonunda II Beynəlxalq Dolma Festivalı keçirildi.
Qeyd etmək istiyərdik ki, 1-ci dolma festivalında 23 rayonumuzdan nümayiş etdirilən 300- ə qədər dolma növü tərəfimizdən toplanıb kitab halına salınıb.
II Beynəlxalq Dolma Festivalında 40-a yaxın bölgəmiz tərəfindən Azərbaycanın hər evində hazırlanan və qədim Azərbaycan mətbəxinə aid olan 350-dən çox Azərbaycana məxsus milli dolma sərgiləndi. Azərbaycanda fəaliyət göstərən diplomatik nümayəndəliklər (səfirliklər) tərəfindən də hər ölkənin ( Türkiyə, Ukrayna, Çin, Meksika, Özbəkistan, İndoneziya, Bolqarıstan, Koreya) ənənələrinə uyğun xörəklərin sərgisi təşkil edildi.
Avqust
16. 26.08.2017 tarixində Qəbələ şəhərində Qəbələ Rayon İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM), Azərbaycan Milli Kulinariya Assosiasiyası (AMKA) tərəfindən “V Qəbələ Beynəlxalq Mürəbbə Festivalı” keçirildi. Festivalda 22 ölkə, 44 şəhər və rayon, 2 mürəbbə istehsal edən fabrik (Quba və Xaçmaz) cəmisi 68 iştirakçı iştirak etdi. V qəbələ Beynəlxalq mürəbbə festivalında «Azərpoçt» MMC-nin tərəfindən Azərbaycan Milli Mətbəxinə həsr edilmiş markaların imzalanma mərasimi oldu. Hər marka dəstində cəmisi iki marka olub, markalardan birində piti, digərində isə yarpaq dolması əks etdirilib. Möhürlənmiş 10 dəst marka Ümumdünya Kulinariya Təşkilatları Birliyinin (ÜKTB) Prezidenti cənab Tomas Quqler, Azərbaycan Milli Kulinariya Assosiasiyanın Prezidenti cənab Tahir Əmiraslanov və Azərbaycanın Moldovadakı keçmiş səfiri cənab Namiq Əliyev tərəfindən imzalanıb. Bu markalar dünyadakı 30 milyondan çox filatelistlər üçün raritetə çevrildi. ÜKTB-nin və onun Prezidentinin saytında işıqlandırılan bu tədbir ÜKTB-nin 12 milyon üzvü 30 milyondan çox insana çatdırılmışdır. İlk dəfə olaraq Azərbaycanda Qəbələ şəhəri “Beynəlxalq mürəbbə Mərkəzi” elan edildi. Bunu təsdiqləyən sənədlər, diplom və kubok Qəbələ icra hakimi cənab Səbuhi Abdullayevə təqdim edilib.
Sentyabr
17. 27.09.2017-ci il tarixində “JW Marriott Absheron Baku” hotelində Dünya Turizm Günü və Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda turizm sahəsində səmərəli fəaliyyətlərinə görə təltif edilən bir qrup turizm sənayesi işçilərinə həmçinin Azərbaycan Milli Kulinariya Mərkəzinin əməkdaşları baş texnoloq Gülnar Ələsgərova, baş kulinar Aynurə Əmiraslanovaya və Azərbaycan Milli Kulinariya Assosiasiyasının kollektiv üzvü olan «Qəbələ Xanlar» istirahət mərkəzinin təsisçisi Xanlar Kərimova fəxri turizm işçisi medallarını təqdim edib.
18. 28.09.2017-ci il tarixində Moskva şəhərində «Вкус Мира Рус» Kulinariya Assosiasiyanın konfransı keçirilmişdir. Qazaxıstan, Qızğızıstan iştirak etdiyi «Молодежной Кулинарной Конференции» da AMKM –nin baş direktoru Tahir Əmiraslanov online olaraq tələbələrə öz məruzəsi ilə çıxış etmişdir.
19. 28-30.09.2017-ci il tarixlərində Bakı İdman Sarayında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi “V Bakı Beynəlxalq kitab sərgi-yarmarkası” keçirilmişdir. Bir sıra kitabxana və nəşriyyat evlərinin iştirak etdiyi sərgidə AMKM öz kitab stendi ilə yer almışdır.
Sərgi daxilində Mədəniyyət və Turizm Nazirliyinin “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsinin tanıtımı, “Kitabxanaçıların VI Ümumrespublika Müşavirəsi” , Xalq yazıçısı Çingiz Abdullayevin imza günü və s imza günləri və kitab təqdimatları keçirilmişdir.Mərkəzin çapa hazır olan kitablarından 4-ündən 2-si “İrəvan bölgə mətbəxi” və “Кухня Любви” kitablarının çapı ilə bağlı nəşriyyatlardan təkliflər daxil oldu.
20. 11.10.2017-ci il tarixində “Hyatt Regency Baku” da keçirilən “Alman-Azərbaycan Biznes forumu”nda Milli Kulinariya Mərkəzinin nümayəndə heyəti iştirak etmişdir.
21. 12.10.2017-ci il tarixində T.Əmiraslanov Strateji Araşdırmalar İnstitutun da keçirilən Araz Qurbanovun “Müsəlman ermənilər” adlı kitab təqdimatında iştirak etmişdir.
2017- cil tarixində keçirilən xarici tədbirlər
Yanvar
1. 27-29.01.2017 tarixlərdə İsveçrənın Sankt Morits şəhərində keçirilən » Snow Polo» Dünya Kuboku yarışı çərçivəsində Azərbaycan milli mətbəx günləri keçirildi. Azərbaycan kulinarlarından ibarət komanda 3 gün ərzində 20-30 min adama mətbəximizi tanıtdı. Tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, Heydər Əliyev fondunun vitse- prezidenti Leyla Əliyeva və digər rəsmi dövlət nümayəndələri iştirak etmişdir.
Fevral
2. 02-05.02.2017 tarixlərdə Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komandamız Türkiyənin İstanbul şəhərində keçirilən 15-ci Beynəlxalq Mətbəx Festivalında iştirak etdi. Azərbaycan münsiflər heyətində təmsil edildi. Ümumilikdə komandamız 13 fərdi sinifdən : 4 qızıl, 4 gümüş, 5 bürünc medal, 3 komanda sinfindən bir gümüş medal, 3-cü yer üzrə kubok, 4-cü yer üzrə fərqlənmə diplomu ilə təltif olunmuşdur. Beləliklə 16 sinfin 15-ində komandamız yüksək nəticə göstərmişdir.
Aprel
3. 04-06.04.2017 tarixlərdə Azərbaycan Milli Kulinariya Mərkəzinin komandası Rusiya Federasiyasının Moskva şəhərində “Beynəlxalq AlyaRus çempioatı”nda iştirak etdi.
4. 11-13.04.2017 tarixlərdə Qırğız Respublikasının Bişkek şəhərində “HoReCa club jurnalı HoReCa sektoru üçün 6-cı Beynəlxalq Sərgi konfransı”nda Azərbaycanın nümatəndə heyəti iştirak etdi. T.İ.Əmiraslanov tərəfindən Qırğızıstan və Qazaxıstan restoran sahiblərinə 12 saatlıq “Mətbəx və Mədəniyyət”, “Milli xörəklərin modernzasiyası”, “etnik restoranların yaradılması” və “Restoran sistemində istehlakçıların hisslərinin eksplutasiyası” mövzularında mühazirə oxundu, Manas Univeritetinin tələbələrinə də mühazirələr oxundu.
5. 19-22.04.2017 tarixlərdə Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komandamız Çernoqoriyanın Budva şəhərində “Beynəlxalq Kulinariya Çempionatı 2017”də iştirak etdi. Komandamız 3 fərdi və 1 komanda yarışından 2 bürünc və 1gümüş medal qazandı.
May
6. 01.05.2017 tarixdə Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komandamız Qırğızıstanın paytaxtı Bişkek şəhərində “Maryotel”də mütəxəssislər üçün usta-siniflər keçirdi. 02.05.2017-ci il tarixdə komandamız “Барашек” və “Эксклюзив” restoranlarında konsaltinq treninq keçirdi. Çeşniyə Azərbaycan milli xörəklərini salınması və ayrıca Azərbaycan zalının, Azərbaycan restoranın yaradılması barədə danışıqlar aparıldı.
7. 04-05.05.2017 tarixlərdə Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komandamız Qırğızıstanın Bişkek şəhərində “Kazan manqal Avrasiya Kulinariya Festivalında” iştirak etdi. Komandamız 1 komanda (qara qutu) yarışından gümüş, fərdi sinif yarışlarıdan 4 medal (2 gümüş,2 bürünc) qazandı. Azərbaycan münsiflər heyətində təmsil edildi.
8. 06–09.05.2017 tarixlərdə Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komandamız Türkiyənin İzmir şəhərində Beynəlxalq Kulinariya Çempionatında iştirak etdi. Çempionatda 17 ölkə (Azərbaycan, Türkiyə, Serbiya, Fələstin, Rumıniya, Ukrayna, Almaniya və s.) iştirak edirdi. Komandamız 3 fərdi siniflərdən 3 qızıl medal, 1 komanda isə gümüş medal, və yarışların 2 kubokunu qazandı. Azərbaycan münsiflər heyətində təmsil edildi.
9. 08.05.2017 tarixdə T.Əmiraslanov İzmirdə Zəkəriyyə Divan Kültür evində mühazirə oxudu.
10. 09-12.05.2017 tarixlərdə İranın Zəncan şəhərinin Caspian Expo mərkəzində keçirilən “III İpək Yolu Qida Festivalı”nda Azərbaycanın 4 nəfərdən ibarət nümayəndə heyəti iştirak etdi. Festivalda Azərbaycan ilə yanaşı İran, İraq, Fələstin, Çin, Tacikistan, Türkiyə, Əfqanıstan, Suriya, Livan, Bəhreyn kimi ölkələr də öz mətbəx nümunələrini nümayiş etdirdilər.
11. 13.05.2017 tarixdə Azərbaycanın təşəbbüsü ilə Türkiyənin İstanbul şəhərində Dünya İslam Kulinariya Birliyinin I təsis konfransı keçirildi. Tədbirdə 18 ölkə (Azərbaycan, Türkiyə, Özbəkistan, Bosniya Hersoqovina, Qırğızıstan, Qazağıstan, Livan, Tunis, Morocco, Nigeriya, Qətər, Banqladeş, Qambiya, Misir, Sinqapur, Pakistan, İordaniya, Maldiv adaları) iştirak etdi. Azərbaycanın təklifi ilə nizamnaməyə, dövləti qurmuş islam ölkələrindən başqa qeyri-islam ölkələrində mövcud olan islam avtonomiyalarının (Tatarstan, Başqırdıstan, Uyğurustan və s.kimi ) Dünya İslam Kulinariya Birliyinə (DİKB) üzv olması və 4 rəsmi dil (ərəb, türk, ingilis və rus) qəbul edildi. Tahir Əmiraslanov DİKB- nin Vitse-prezidenti seçildi.
12. 14 – 16.05.2017 tarixlərdə Böyük Britaniyanın Uels bölgəsində Kulinarların Avropa Qitə Konfransında Azərbaycan Milli Kulinariya Mərkəzinin 2 nəfərdən ibarət nümayəndə heyəti iştirak etdi. Konfransda kulinariya təhsili, təhsilin keyfiyyətinin yüksəldilməsinin vacibliyindən danışıldı. Bəzi ölkələrin məktəblərinin dünya standartlarına cəvab vermədiyi, ÜKTB-də akreditasiya edilmədiyi bildirildi. Yeni Nizamnamə deyişikləri, yarış qaydalarına əlavələr də müzakirə olundu. Avropanın ayrıca komitəsinin yaradılması müzakirə edildi.
Avqust
13. 29.07- 10.08.2017 ci il tarixlərində Moskvada 12 ölkə arasında hərbi aşpazların beynəlxalq yarışları keçirildi. Milli Kulinariya Mərkəzi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birlikdə yarış üçün 4 ay müddətində ordu aşpazlarına hazırlıq və daimi treninq keçmişdir. Moskvada milli mətbəx sərgimizin hazırlanmasında və hərbi aşpazlarımıza lazımı dəstək göstərilməsi üçün Moskvadan “Bakinski Bulvar” restoranlar şəbəkəsi və “Pakhlava House”, “Qəbələ Premium” şərab zavodu, “Gilan” konserv zavodu, Abşeron rayonu mədəniyyət və turizm idarəsi və s. dəstəyinidə təşkil etdik. Yarışlar nəticəsində komandamız Serbiya, İsrail, Monqolustan və kimi güclü rəqibləri arxada qoyaraq bürünc medala layiq görüldü. Birinci yeri Rusiya və ikinci yeri isə Belarusiya hərbi aşpazları tutdu.
14. 26.08.2017 tarixində Qəbələ şəhərində Qəbələ Rayon İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM), Azərbaycan Milli Kulinariya Assosiasiyası (AMKA) tərəfindən “V Qəbələ Beynəlxalq Mürəbbə Festivalı” keçirildi. Festivalda 22 ölkə, 44 şəhər və rayon, 2 mürəbbə istehsal edən fabrik (Quba və Xaçmaz) cəmisi 68 iştirakçı iştirak etdi. V qəbələ Beynəlxalq mürəbbə festivalında «Azərpoçt» MMC-nin tərəfindən Azərbaycan Milli Mətbəxinə həsr edilmiş markaların imzalanma mərasimi oldu. Hər marka dəstində cəmisi iki marka olub, markalardan birində piti, digərində isə yarpaq dolması əks etdirilib. Möhürlənmiş 10 dəst marka Ümumdünya Kulinariya Təşkilatları Birliyinin (ÜKTB) Prezidenti cənab Tomas Quqler, Azərbaycan Milli Kulinariya Assosiasiyanın Prezidenti cənab Tahir Əmiraslanov və Azərbaycanın Moldovadakı keçmiş səfiri cənab Namiq Əliyev tərəfindən imzalanıb. Bu markalar dünyadakı 30 milyondan çox filatelistlər üçün raritetə çevrildi. ÜKTB-nin və onun Prezidentinin saytında işıqlandırılan bu tədbir ÜKTB-nin 12 milyon üzvü 30 milyondan çox insana çatdırılmışdır. İlk dəfə olaraq Azərbaycanda Qəbələ şəhəri “Beynəlxalq mürəbbə Mərkəzi” elan edildi. Bunu təsdiqləyən sənədlər, diplom və kubok Qəbələ icra hakimi cənab Səbuhi Abdullayevə təqdim edilib.
Sentyabr
22. 07.09-11.09.2017-ci il tarixində Özbəkistan Respublikasının Daşkənd şəhərində “Ginnesin Rekordlar kitabına düşmək məqsədi ilə keçirilmiş plov festival” ında Azərbaycan Milli Kulinariya mərkəzinin nümayəndəsi iştirak etmişdir.Tədbirdə Azərbaycan, Ruminya, Qazaxıstan və Qırğızıstan Kulinariya Assosiasiyalarının rəhbərləri ekspert kimi iştirak etmişlər. Həmçinin biz Dünya İslam Kulinariya Təşkilatları Birliyinin vitse-prezident statusunda təmsil edilirdik. 10.09.2017-ci ildə ekspertlər qrupunun mətbuat, televiziya, blogerlər və restoratorlarla görüşü, XOREKA jurnalının ilk sayı ilə Özbəkistan Kulinariya Assosasiyasının hazırladığı “Qastronomiya xəritəsinin” təqdimatı oldu. Ekspert qrupunun üzvlərinin hər birinə 10 dəqiqə, Azərbaycana isə çıxış üçün 1,5 saat zaman ayrılmışdır.
15. 14-16.10.2017-ci il tarixlərində Ukraynanın Xarkov şəhərində keçirilən beynəlxalq “Kazan Fire Fest — 2017”kulinariya festivalında Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov münsif heyətində iştirak etmişdir. Xarkovda keçirilmiş Kulinariya Çempionatında 12 ölkə iştirak etdi. (Azərbaycan, Albaniya, İsrail, Hindistan, Moldova, Fələstin, Polşa, Mavrikiya, Serbiya, Türkiyə, Çernoqoriya və Ukrayna). Tədbir Kiyev Milli Ticarət-İqtisad Universitetinin Xarkov Ticarət-İqtisad Kollecinin bazasında keçirildi. Biz kollecin kitabxanasına Azərbaycan mətbəxinə aid kitablar və diplomlar təqdim etdik.
Təbliğat, Təhsil və Elm sahəsində görülən işlər
7. Üç press konfrans keçirilmişdir.
8. Tahir Əmiraslanov 10-dan çox intervü vermişdir.
9. Mərkəzin iki texnoloqu Leyla Kərimli və Gülnar Ələsgərova Kiyev Milli Ticarət-İqtisad Universitetinin magistraturasını müvəffəqiyyətlə bitirdilər.
10. AMKA-nın göndərişi ilə Kiyev Milli Ticarət-İqtisad Universitetində təhsil alan AMKA-nın üzvü Ağakərim Şəmidzadə bakalvr təhsilini başa vurdu və maqistraturaya qəbul oldu.
11. AMKA-nın üzvü Ramil Cəfərli Türkiyə Mətbəx Sənəti Akademiyasında təhsilini bitirib qayıtdı.
12. AMKA nümayəndə heyəti Azərbaycan Respublikasının Patent və Əmtəə nişanları mərkəzinin işçi qrupunun üzvü kimi keçirilən 2 iclasda iştirak etmişdir. İclasda “Əmtəə nişanları və coğrafi göstəriciləri haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklər edilməsi barədə müzakirələr aparılmış və mərkəzin nümayəndə heyəti öz təkliflərini irəli sürmüşdür.
Azərbaycan Milli Kulinariya Mərkəzinin gənc kulinarlarından Azadə Musabəyli Gənclər və İdman Nazirliyinin gənclər mükafatı ilə təltif edildi.

Beynəlxalq Kulinariya Günü

Beynəlxalq Kulinariya Günü Dünyada Azərbaycanın təşəbbüsü il 2004-cü ildə Dünya Kulinariya Təşkilatları Birliyi tərəfindən (WACS –WorldChefs), Dublində (İrlandiya) keçirilən Dünya Kulinariya Konqresində qəbul edilib. Hazırda 130 ölkə (115 üzv və 15 namizəd) bu günü qeyd edir. Bu il Beynəlxalq Kulinariya günü biz ilk dəfə olaraq Azərbaycanın qədim xörəklərindən biri olan fisincana həsr etdik. Biz fisincanın bir çox növlərini bərpa etdik və bunları bu gün hazırlayıb qonaqlara təqdim edirik.
Məqsəd sağlam və qədim xörək olan fisincanın restoran biznesinə qaytarılması və mətbəximizdə qoruyub saxlanılmasıdır. Həmçinin bu fisincanla bağlı 2000 — cu ildən bəri aparılmış elmi — praktik işlərin nəticəsidir. Belə ki, 2007-ci ildə Ukraynanın 4 şəhərində Azərbaycan milli mətbəxinin təqdimatı zamanı fisincanda, ətrafında şou yaradılaraq hazırlandı. Bizim təklifimiz ilə 2012- ci ildə Türkiyədə kanal D- də yayımlanan «Mutfağım» verlişinin Azərbaycan mətbəxinə həsr olunmuş bölümlərində Bakı mətbəxinin çəkilişi zamanı Abşeron bölgəsinə xas fisincanı bişirilməsi prosesi təqdim olundu. Həmin il Rusiya Federasiyasının RTR kanalında yayımlanan Anton Zaycevin » Planeta vkusa» verlişində professional aşpaz tərəfindən restoran sistemi üçün fisincan plovun bişirilməsini təqdim etdik. 2012-ci ildə Bosnia- Hersoqovinada keçirilən beynəlxalq çempionatda modern qaydada beynəlxalq yarış qaydalarına uyğun fisincan plov təqdim olundu. Həmin il Tahir Əmiraslanovun müəllifi olduğu «Söz mətbəxi» kitabında fisincan haqqında dastan yer aldı. 2014 — cü ildən «Xanədan» restoranının menyusunda fisincanın bir neçə növü yer alıb. Bu il “İçərişəhər” DTMQ İdarəsinin çox hörmətli əməkdaşları Gülnar xanım Əliyeva və İradə xanım Qasımova bizə müraciət Bakıda fisincan bişirildiyi barədə keçən əsrin 40- cı illərində aparılan tədqiqatlar barədə bizə məlumat verdilər. Bütün bunları nəzərə alıb biz bu gün sizə riza küftəli fisincan, quzu ətli fisincan, balığ ilə fisincan, kənd çolpası ilə fisincan, mal əti ilə fisincan, bildirçin ilə fisinca və s. fisincan və fisincandan əvvəl yaranmış turşulu ət və turşulu toyuq yeməklərini təqdim edirik. 24-28 oktyabrda Makedoniyada keçiriləcək beynəlxalq kulinariya çempionatında 30 dəqiqəyə aşpazlarımız fisincan bişirəcək.
Bununla yanaşı tədbirdə Türkiyə Yunis Emre Enistüsü, Özbəkistanın Azərbaycandakı səfirliyi, Çin Konfutzi İnstutu tərəfindən milli mətbəx nümunələri nümayiş olundu.
Tədbirdə Milli Məclis üzvləri, ictimai, siyasi xadimlər, nazirliklərin və dövlət qurumlarının nümayəndələri, diplomatik nümayəndəliklər, tanınmış mədəniyyət xadimləri iştirak etdi. Tədbirdə çıxışlar, mükafatlandırma, konsert proqramı təşkil olundu. Azərbaycan milli kulinariya mərkəzinin əməkdaşları Aygül Əsgərova, Nərmin Babayeva, Azadə Musabəyli və » Sərin» MMC-nin icraçı direktoru Abbas Ələsgərov Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif edildi. «Xidmət-İş» Həmkarlar İttifaqları Federasiyası tərəfindən Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov baş direktor müavini Ceyran Əsgərova və baş texnoloq Elnurə Quliyeva diplomla təltif edildi. Azərbaycan Milli Kulinariya Assosiasiyasının idarə heyətinin üzvü usta dərəcəli aşpaz Ağa Aşurov Azərbaycan Milli Kulinariya Assosiasiyasının fəxri üzvü seçilərək diplom və medalla təltif edildi. » Sərin» MMC-nin icraçı direktoru Abbas Ələsgərov, mərkəzin əməkdaşları Nərmin Babayeva, Gülnarə Axundova, Ləman Balakişiyeva kulinariya şöhrəti ordeni ilə təltif edildi. » Nuş olsun» verlişinin aparıcısı Ağakərim Şamidzadə və kulinar Stalik Xankişiyev tanınma diplomu ilə təltif edildi.
Festival zamanı Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosasiyası tərəfindən bir il ərzində görülmüş işlərin hesabatı verildi.
Milli mətbəxin təbliğində fəal iştirak etmiş media nümayəndələrinə, aşpazlara, şirkətlərə diplomlar təqdim olundu.

22791774_1725662840808406_4597280517164340466_o

22553154_1725665757474781_1629405940008615497_o

“Kazan Fire Fest — 2017”

14-16.10.2017 tarixlərində Ukraynanın Xarkov şəhərində keçirilən beynəlxalq “Kazan Fire Fest — 2017”
kulinariya festivalında iştirak etmiş AMKM nümayəndəsinin
hesabatı
Xarkovda keçirilmiş Kulinariya Çempionatında 12 ölkə iştirak etdi. (Azərbaycan, Albaniya, İsrail, Hindistan, Moldova, Fələstin, Polşa, Mavrikiya, Serbiya, Türkiyə, Çernoqoriya və Ukrayna).
Maliyyə imkanlarımızın məhdudluğu səbəbindən biz çempionata komanda apara bilməmişdik və yalnız münsiflər heyətində təmsil edilmişdik.
Tədbir Kiyev Milli Ticarət-İqtisad Universitetinin Xarkov Ticarət-İqtisad Kollecinin bazasında keçirildi.
Biz kollecin kitabxanasına Azərbaycan mətbəxinə aid kitablar və diplomlar təqdim etdik.
Kollecin işçilərinin əksəriyyəti sahə alimləri, elmlər namizədləridir.
Artıq bu ildən kollecə səviyyəsini nəzərə alaraq bakalavr qəbulu olub.
Diqqətinizə bir daha çatdırırıq ki, bizim gedə bilmədiyimiz tədbirlərə müxtəlif ölkələrin erməni diasporunun nümayəndələri qatılırlar. Rumıniyada və Monqolustandakı yarışlarda münsiflərə Qətərdən bir erməni xanım mütəxəssis qatılmışdı. Xarkovdakı yarışlarda isə keçən il İsrail adından iştirak etmiş Sarkis Yakubyan yenə qatılmalıydı. Bu adam İsraildə təşkilat qeydiyyatdan keçirib tədbirlərə gəlir. Lakin başqa ölkənin namizədi olduqlarına baxmayaraq bu adamlar Ermənistan bayrağı ilə çıxış edirlər. Bizim yarışda olduğumuza görə bu adam tədbirdə görünmədi. Çempionat üçün buraxılmış kitabdan bu şəxs haqqında məlumatları Sizə göndərirəm.
Sonuncu illərdə AMKM-in maliyyə sıxıntıları bu nəticələrə gətirir.
Çempionatdan sonra biz Xarkovdakı Azərbaycan Dostluq Cəmiyyətinin idarə heyəti ilə görüş keçirdik, Azərbaycan Bazar günü məktəbində cincilim kətəsi (qutabı) bişirilməsində iştirak etdik.
Dostluq cəmiyyətinə və Azərbaycan bazar günü məktəbinə milli mətbəx kitablarımızı (10 kitab), mətbəx filmlərimizi, Azərbaycan cuxaları açıqçalar dəstlərini hədiyyə etdik. Mətbəximiz barədə danışdıq.
Xarkovda Azərbaycan Milli Qəhrəmanı Viktor Vasilyeviç Sereginin (21.03.1944 – 28.01.1992) xatirə lövhəsi önünə əklil qoyduq, Azərbaycan kinosunun banisi Aleksandr Mişonun xatirəsini yad etdik.
Albaniya Kulinariya Assosiyasiyası UKTB-yə (WorldChefs) üzv olmaq üçün Azərbaycanın yardımını istədi. Albaniyanın Ukraynadakı nümayəndəsinin iştirakı ilə Ermənistana və erməni mütəxəssislərə kömək etməyəcəklərinə söz verdikdən sonra onlarla protejelik haqqında razılığa gəldik.
Dostluq cəmiyyəti ilə birgə 2018-ci ilin may ayında Xarkovda Milli Mətbəx Günləri keçirmək qərara alındı. Bununla bağlı Xarkovdakı çempionatın da Xarkovda may ayına salınmasını Ukrayna tərəfi ilə razılaşdırdıq.

“V Bakı Beynəlxalq kitab sərgi-yarmarkası” keçirilmişdir.

28-30.09.2017-ci il tarixlərində Bakı İdman Sarayında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi “V Bakı Beynəlxalq kitab sərgi-yarmarkası” keçirilmişdir. Bir sıra kitabxana və nəşriyyat evlərinin iştirak etdiyi sərgidə AMKM öz kitab stendi ilə yer almışdır.
Sərgi daxilində Mədəniyyət və Turizm Nazirliyinin “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsinin tanıtımı, “Kitabxanaçıların VI Ümumrespublika Müşavirəsi” , Xalq yazıçısı Çingiz Abdullayevin imza günü və s imza günləri və kitab təqdimatları keçirilmişdir.
Mərkəzin çapa hazır olan kitablarından 4-ündən 2-si “İrəvan bölgə mətbəxi” və “Кухня Любви” kitablarının çapı ilə bağlı nəşriyyatlardan təkliflər daxil oldu.

22137145_1701055483269142_8602380784523186523_o

Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı

Sentyabrın 27-də “JW Marriott Absheron Baku” hotelində Dünya Turizm Günü və Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda turizm sahəsində səmərəli fəaliyyətlərinə görə təltif edilən bir qrup turizm sənayesi işçilərinə həmçinin Azərbaycan Milli Kulinariya Mərkəzinin əməkdaşları baş texnoloq Gülnar Ələsgərova, baş kulinar Aynurə Əmiraslanovaya və Azərbaycan Milli Kulinariya Assosiasiyasının kollektiv üzvü olan «Qəbələ Xanlar» istirahət mərkəzinin təsisçisi Xanlar Kərimova fəxri turizm işçisi medallarını təqdim edib.
Bizim təqdimatımıza diqqətlə yanaşan Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevə və nazirliyin bütün əməkdaşlarına təşəkkürlərimizi bildiririk. Artıq iki kulinarımız Əməkdar Mədənıyyət İşçısi, yeddisi isə Fəxri Mədəniyyət və ya Turizm işçısi adını daşıyırlar. Bunu dövlətimizin bizim sahəyə diqqəti kimi qiymətləndiririk.
Əməkdaşlarımızı və Xanlar müəllimi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

22050117_1701124539928903_5047405171021678811_n

22089397_1701124483262242_8383111538613092176_n

22141318_1701124323262258_2516025420316363593_n

26.08.2017 tarixdə keçirilmiş V Qəbələ Beynəlxalq Mürəbbə Festivalı haqqında hesabat

Qəbələdə keçirilən V Beynəlxalq Mürəbbə Festivalında 22 ölkənin, 44 şəhər və rayon, 2 mürəbbə istehsal edən fabrik (Quba və Xaçmaz) cəmisi 68 iştirakçı iştirak edib.
Avqustun 26-da Qəbələ şəhərində V Beynəlxalq Mürəbbə Festivalı keçirilib. Qəbələ Rayon İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM), Azərbaycan Milli Kulinariya Assosiasiyası (AMKA) tərəfindən keçirilən festivalın iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri düzdülər. H. Əliyev abidəsi önündən yarış yerinə qayıdan iştirakçılar və şəhər əhalisi, festivalın böyük bayrağı musiqi və rəqslərlə şəhərin küçələrindən festival məkanına paradla gəldilər.
V qəbələ Beynəlxalq mürəbbə festivalı çərçivəsində baş verən ən mühüm hadisələrdən biri də «Azərpoçt» MMC-nin tərəfindən Azərbaycan Milli Mətbəxinə həsr edilmiş markaların imzalanma mərasimi olub.
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə Və Yüksək Texnologiyalar Nazirliyi icazəsi ilə «Azərpoçt» MMC-nin tərəfindən bu mərasim üçün ayrıca xüsusi möhür hazırlanıb. Bu möhür mətbuatın və qonaqların gözü qarşısında 10 dəst markaya vurulduqdan sonra sındırılıb.
Hər marka dəstində cəmisi iki marka olub. Markalardan birində piti, digərində isə yarpaq dolması əks etdirilib. Möhürlənmiş 10 dəst marka Ümumdünya Kulinariya Təşkilatları Birliyinin (ÜKTB) Prezidenti cənab Tomas Quqler, Azərbaycan Milli Kulinariya Assosiasiyanın Prezidenti cənab Tahir Əmiraslanov və Azərbaycanın Moldovadakı keçmiş səfiri cənab Namiq Əliyev tərəfindən imzalanıb. Beləliklə bu markalar dünyadakı 30 milyondan çox filatelistlər üçün raritetə çevrilib və dünya filatelistləri bu markaları öz kolleksiyalarına daxil etmək üçün mübarizə aparacaqlar.
Hər filatelist raritet markası əldə etmək üçün onu ekspertizadan keçirdiyi üçün indi bu markada neçə ədəd dolmanın əks olunduğu neçəsinin üzərinin qatıqla örtüldüyü və s. xırdalıqlarla bərabər, dolma haqqında məlumatlar əldə edəcək, artıq dolmanı və pitini Azərbaycan xörəyi kimi qəbul edəcəklər. Markanın məhz V Qəbələ Beynəlxalq Mürəbbə Festivalında imzalanması bu festivalı onun tarixini markalarla bərabər yaşadacaq, dünyaya tanıtdıracaq. Bu hadisə həm də təbliğat sahəsində böyük rekordur. ÜKTB-nin və onun Prezidentinin saytında işıqlandırılan bu tədbiri ÜKTB-nin 12 milyon üzvü 30 milyondan çox insana çatacaq. Bunu isə böyük uğur hesab etmək olar və təbliğatı nəzərə alsaq bütün Qəbələ şəhəri festivalın ümumi məqamına çevrilib, nəin ki turistləri həm də bütün şəhər əhalisinin əhatə edib.
Tədbir öncəsi, tədbir zamanı və sonrası festivalı yüksək səviyyəli piarı təmin edilib.
Qəbələ şəhərindəki “Qafqaz Karvansaray” otelinin qarşısındakı parkda keçirilən beynəlxalq tədbirdə 22 ölkənin (Türkiyə, Almaniya, Belarus, Böyük Britaniya, Gürcüstan, Xorvatiya, İran, Qırğızıstan, Livan, Malayziya, Meksika, Moldova, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Şimali Kipr və Çin) şirniyyatçıları, eləcə də Azərbaycanın 44 şəhər və rayonunu təmsil edən mürəbbə ustaları və iki fabrik (Qəbələ və Xaçmaz) öz məhsullarını nümayiş etdiriblər. Dünya Kulinariya Təşkilatları Birliyinin və Dünya Xalq Yaradıcılığı Təşkilatının eqidası altında keçirilən festivalı izləyənlər arasında Mədəniyyət və Turizm Nazirliyinin, Qəbələ Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbər şəxsləri, bir neçə ölkənin Azərbaycandakı səfirləri, 5 mindən çox yerli və xarici turist olub.
Festivalın açılış mərasimində Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Ümumdünya Kulinariya Təşkilatının (WAKS) Prezidenti Tomas Gugler, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov çıxış ediblər.
Bildirilib ki, artıq 5 ildir ki, Qəbələ möhtəşəm mürəbbə festivalına ev sahibliyi edir. 2016-cı ildə 10 xarici ölkədən, 30 şəhər və rayondan, bu il isə 22 ölkədən, 44 şəhər və rayondan, 2 fabrikdən gətirilən mürəbbələrlə iştirak etməsi bu tədbirin beynəlxalq nüfuzunun ildən-ilə daha da artmasından xəbər verir. Azərbaycan tarixində bu festival ən çox iştirakçı qəbul edən festival oldu. V Festival yalnız yarış yeri ilə əhatələnməyib. Şəhərin girişlərində və görkəmli yerlərində, bütün otellərdə festivalın banerləri qoyulub. Şəhərin əsas küçələrində, əhaliyə və turistlərə mürəbbələrin satışı üçün şərait yaradılıb. Hər satış nöqtəsi festival bayrağı ilə təmin edilib. Keçirilən parad və təbliğatı nəzərə alsaq bütün Qəbələ şəhəri festivalın ümumi məkanına çevrilib, nəinki turistləri, həm də bütün şəhər əhalisini əhatə edib.
Tədbir öncəsi, tədbir zamanı və tədbir sonrası festivalın yüksək səviyyədə piarı təmin edilib.
Natiqlər qeyd ediblər ki, belə festivalların keçirilməsində əsas məqsəd xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına nail olmaqdır. Mürəbbə festivalı Qəbələdə turizmin inkişafına da çox böyük təkan verən amillərdən biridir. Qəbələ indi Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir. Həqiqətən də rayona hər gün minlərlə yerli və xarici turistlər gələrək dincəlir. Qəbələ artıq festivallar mərkəzinə çevrilib. Burada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hər il Beynəlxalq Musiqi Festivalı keçirilməsi Qəbələnin şöhrətini dünyaya yayır.
Vurğulanıb ki, mürəbbə festivalı təkçə Qəbələnin deyil, ölkəmizin bütün bölgələrinin zəngin mətbəx mədəniyyətinin daha yaxından tanıdılmasında əhəmiyyətli rol oynayır.
Vurğulanıb ki, Azərbaycan dünyanın ənənəvi mürəbbə sənətinin mərkəzləri arasında xüsusi yer tutur. Ölkəmizin şirniyyatçıları tərəfindən hazırlanan mürəbbələr özünün əla, ləziz dadı və geniş çeşidi ilə digər ölkələrdən fərqlənir. Bunu Qəbələ Beynəlxalq Mürəbbə Festivalında nümayiş olunan Azərbaycan və xarici ölkələrinin təqdim etdiyi mürəbbələri müqayisə etdikdə aydın görmək mümkün olur.
Müsabiqədə Azərbaycan mürəbbələri çeşidinə və keyfiyyətinə görə digər ölkələrin məhsulundan daha üstün hesab edilib.
Qeyd edilib ki, ölkəmizin mədəniyyətini və milli kulinariyasını təbliğ etmək məqsədilə keçirilən Qəbələ mürəbbə festivalında rayonların hər birindən 8 çeşiddə mürəbbə hazırlayan 8 nəfərdən ibarət komanda, eləcə də həmin şəhər və rayonların bədii kollektivləri, xalq tətbiqi sənəti ustaları iştirak ediblər. Əlavə, qeyri adi ekstra mürəbbələr təqdim edənlər də ayrıca mükafatlandırılıb. Bəzi iştirakçılar 72 növ mürəbbə nümayiş etdirib. Ümumiyyətlə münsiflər heyəti 1200 bərni mürəbbənin dadına baxıb.
Festival həm də yarış şəklində təşkil olunub. Bunun üçün beynəlxalq münsiflər heyəti yaradılıb. İştirakçılar müsabiqəyə gilas, böyürtkən, çiyələk, heyva, qoz, ərik, gül və gavalı mürəbbələri təqdim ediblər. Müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssis və ekspertlərin daxil olduğu münsiflər heyəti qalibləri müəyyən edib.
Yarışlar bitdikdən sonra mürəbbələrin satışı üçün şərait yaradılıb və sərgi təşkil olunub. Festivalda komandalar tərəfindən təqdim olunan müxtəlif çeşiddə mürəbbələr, şirniyyat və meyvə şirələri yerli və xarici turistlərin böyük marağına səbəb olub. Festivalda mürəbbə, şərab, meyvə şirələri, qida məhsulları istehsal edən müəssisələr də öz məhsullarını nümayiş etdirə biliblər.
Qəbələnin “Qəbələ şərab” Şərab İstehsalı Müəssisəsinin müxtəlif çeşiddəki brend məhsulları əcnəbi turistlərin böyük marağına səbəb olub. İnsanlar əl əməyi və sənaye üsulu ilə hazırlanan mürəbbələrin dadına həvəslə baxıblar, onların hazırlanması üsulu ilə maraqlanıblar.
Festival çərçivəsində xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi-yarmarkalar, həmçinin, Qəbələnin bədii kollektivlərinin çıxışları da təşkil edilib.
Münsiflərin rəyi əsasında iştirakçıların gözü qarşısında ən yaxşı mürəbbə hazırlayan şəxslər müəyyən edilib. Festivalda hamının tanıdığı ənənəvi mürəbbələrdən başqa qeyri adi mürəbbələr də (qarğıdalı, günəbaxan, yemiş, xiyar, badımcan, limon, bənövşə, nanə, itburnu, cır alça, pomidor, yerkökü, sarı moruq, eləcə də müalicəvi çiçək və otlardan, bitkilərdən hazırlanan mürəbbələr) nümayiş olunub
Mürəbbə müsabiqəsində 3 nominasiya üzrə qaliblər elan olunub. İştirakçılara kubok, medal və qiymətli hədiyyələr verilib.
İlk dəfə olaraq Azərbaycanda Qəbələ şəhəri “Beynəlxalq mürəbbə Mərkəzi” elan edilib. Bunu təsdiqləyən sənədlər, diplom və kubok Qəbələ icra hakimi cənab Səbuhi Abdullayevə təqdim edilib. Mükafatlar Ümumdünya Kulinariya Təşkilatları Birliyinin Prezidenti Tomas Quqler, Azərbaycan Milli Kulinariya Assosasiyasının Prezidenti Tahir Əmiraslanov və münsiflər heyətinin sədri Akbar Umarov tərəfindən imzalanıb və təqdim edilib.
Qəbələnin Beynəlxalq Mürəbbə Mərkəzi kimi tanıdılması və brendləşdirilməsi dünyanın mürəbbə, cem, povidlo, konfyutir və s istehsalçılarının diqqətinu Qəbələyə çəkəcək, xarici firmaların öz məhsulları üçün Qəbələdən mükafat almağa sövq edəcək, Azərbaycana investisiya qoymağa maraqlandıracaq, meyvələrimizin xarici bazarlara yolunu açacaq.
21125644_1663598333681524_404394019569107001_o

IMG_5657

IMG_6320

II Beynəlxalq Dolma Festivalı

15.07.2017-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə Xaçmaz rayonunda təşkil olunacaq II Beynəlxalq Dolma Festivalı keçirildi.
Qeyd etmək istiyərdik ki, 1-ci dolma festivalında 23 rayonumuzdan nümayiş etdirilən 300- ə qədər dolma növü tərəfimizdən toplanıb kitab halına salınıb. 2016-cı ildə Azərbaycanda dolmanın bişirilmə ənənələrinin qeyri-maddi mədəni irsin reprezantativ siyahısına daxil edilməsi üçün fayllar UNECKO tərəfindən qəbul edilib. 2018-ci ildə isə dolmanın UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına salınması gözlənilir.
Tədbir regionlarımızda mövcud olan digər dolma növlərinin aşkarlanması, qədim dolma növlərinin bərpası, yeni əmələ gələn növlərin üzə çıxarılması, rayonlararası mübadilənin inkişafı, daha çox dolma növlərinin restoran və qida sənayesinə gətirilməsi üçün keçirilir.
Diqqətinizə çatdırırıq ki, II Beynəlxalq Dolma Festivalında 40-a yaxın bölgəmiz tərəfindən Azərbaycanın hər evində hazırlanan və qədim Azərbaycan mətbəxinə aid olan 300-dən çox Azərbaycana məxsus milli dolma sərgilənəcək. Azərbaycanda fəaliyət göstərən diplomatik nümayəndəliklər (səfirliklər) tərəfindən də hər ölkənin ( Türkiyə, Ukrayna, Çin, Meksika, Özbəkistan, İndoneziya, Bolqarıstan, Koreya) ənənələrinə uyğun xörəklərin sərgisi təşkil edildi. Tədbirdə Milli Məclis üzvləri ictimai, siyasi xadimlər, nazirliklərin və dövlət qurumlarının rəhbərləri və nümayəndələri, diplomatik nümayəndəliklər iştirak etdilər. Tədbirdə çıxışlar, mükafatlandırma, konsert proqramı, ziyafət təşkil olundu.
Festivalın rəsmi açılışı 15.07.2017 — ci il tarixində Xaçmaz şəhəri «Çənlibel» parkında keçirildi.
I Beynəlxalq Dolma Festivalının qalibləri:
Ölkələr arasında:
Ən yaxşı stend:
I YER: Ukrayna
II YER: İndoneziya
II YER: Koreya
III YER: Meksika
III YER: Bolqarıstan
III YER: Özbəkistan
Ən maraqlı dolma növləri:
I YER: Türkiyə (yarpaq sarması)
II YER: Özbəkistan ( dolma plov)
III YER: Çin (çinzu dolma)
Azərbaycanın rayonları arasında:
Ən yaxşı rayon süfrəsi (stend)
I yer Xaçmaz
II yer Şamaxı
II yer Zəngilan
III yer Ağdam
III yer Gəncə
III yer Bakı
Ən maraqlı tarixi qeyri-adi dolma
I yer Xızı (şirin dolma)
II yer Şabran (gülxətmi dolması)
II yer Şuşa (ürək dolması)
III yer Qax ( qaya yarpağı dolması)
III yer Zaqatala ( bağırsaq dolması)
III yer Qazax ( limon dolması)
Ən yaxşı dolma
I yer Şəki (dobu dolması)
II yer Ağstafa (qaz ətli kələm dolması)
II yer Füzuli (çolpa dolması)
III yer İmişli (tut yarpağı dolması)
III yer Qubadlı ( alma dolması)
III yer Zərdab (yalançı kələm dolması)
Ən yaxşı xarici təqdimat
I yer Qəbələ
II yer Quba
II yer Qusar
III yer Beyləqan
III yer Masallı
III yer Cəlilabad
Ən çox dolma çeşidi olan rayon
I yer Sumqayıt (82 növ)
II yer Xaçmaz ( 64 növ)
II yer Gəncə (55 növ)
III yer Abşeron ( 52 növ)
III yer Şəki (50 növ)
III yer Laçın (41 növ)
Müasir dolma növləri
I yer Abşeron (ananas dolması)
II yer Quba (xonça dolması)
II yer Laçın ( zeytun dolması)
III yer Kürdəmir ( göbələk dolması)
III yer Zaqatala ( şabalıd dolması)
III yer Xocavənd (qırmızı kələm dolması)
Ən yaxşı mövsüm dolmaları:
I yer Siyəzən (gavalı dolması)
II yer Sabirabad (qarpız dolması)
II yer Səlyan (bornı gülü dolması)
III yer Tərtər ( ceyran ətindən heyva yarpaqlı dolma)
III yer Tovuz (badımcan dolması)
III yer Saatlı (yemiş dolması)
Kuboklar:
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kuboku:
Xaçmaz Rayon İcra Hakimiyyət
Xaçmaz Rayon İcra Hakimiyyətinin kuboku:
Milli Kulinariya Assosiasiyasına
Azərbaycan Milli Kulinariya Mərkəzinin kuboku:
Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinə
Azərbaycan Milli Kulinariya Assosasiyasının kuboku:
İndoneziyanın Azərbaycandakı səfirliyinə

20155703_1612589848782373_4921266260573838539_n