30.04–06.05.2017-ci il tarixlərdə Qırğızıstanın Bişkək şəhərində və 06 – 09.05.2017-ci il tarixlərdə Türkiyənin İzmir şəhərində keçirilən Beynəlxalq Kulinariya Çempionatları

01.05.2017-ci il tarixdə nümayəndə heyətimiz (T.Əmiraslanov, Anar Qasımov, Behman Əkpərzadə, Əliəşrəf Alışov) Qırğızıstanın paytaxtı Bişkek şəhərində “Maryotel”də mütəxəssislər üçün usta-siniflər keçirib. Usta siniflərdə yerli məhsullardan “Balıq ləvəngəsi”,”Qoyun ətindən narqovurma”,”Şah plov”, və s. Azərbaycan xorəkləri iştirakçılara öyrədilib.
02.05.2017-ci il tarixdə komandamız “Барашек” və “Эксклюзив” restoranlarında konsaltinq treninq keçirdi. Çeşniyə Azərbaycan milli xorəklərini salınması və ayrıca Azərbaycan zalının, Azərbaycan restoranın yaradılması barədə danışıqlar aparıldı.
04.05.2017-ci il tarixdə “Kazan manqal” Avrasiya Kulinariya Festivalın açılış mərasimi olub. Mərasimdə Azərbaycanın Qırğızıstan səfirliyinin nümayəndələri Farhad Məmmədov və Elşən Mazanov də iştirak ediblər.
05.05.2017-ci il tarixdə komandandamızın üzvləri Anar Qasımov (manqal, milli mətbəx), Əliəşrəf Alışov (balıq), Behman Əkpərzadə (qırmızı ət) siniflərdə çıxış etdilər.
Çempionatda yalnız türkdilli ölkələr iştirak edirdilər. Yarışlarda Qirğızıstan, Azərbaycan, Özbəkistan,Qazağıstan komandaları iştirak edirdi. Türkiyəni Manas Universitetində təhsil alan bir tələbə təmsil edirdi.
Azərbaycan komandası 1 komanda (qara qutu) və 4 fərdi yarışda iştirak etdi.
Komanda yarışlarında heçkəs qızıl medal almadı, komandamız fərdi yarışlarda isə 2 gümüş,2 bürünc medal qazandı.

Beləliklə komandamız 1 komanda (qara qutu) yarışından gümüş, fərdi sinif yarışlarıdan 4 medal (2 gümüş,2 bürünc) qazandı ki bunu müsbət nəticə hesab etmək olar.
Tədbir zamanı nümayəndə heyətimiz Azərbaycan səfirliyinin daimi himayəsi alrında olub .
Növbəti Beynəlxalq Kulinariya Çempionatı 06 – 08.05.2017- ci il tarixində İzmirin Kamalpaşa bölgəsində keçirilirdi. Çempionatda 17 ölkə (Azərbaycan, Türkiyə, Serbiya, Fələstin, Rumıniya, Ukrayna, Almaniya və s.) iştirak edirdi. Tədbiri Ak Partinin sədr müavini, İzmir bələdiyyə başçısı və s. rəsmi şəxslər ziyarət edirdi.
Komandamız 3 fərdi (balıq,milli mətbəx və modern) siniflərdə və 1 komanda (qara qutu) sinifində iştirak etdi.
Tədbirdə Azərsun Holdingin istehsalı olan məhsullardan xüsusilə kərə yağı ətirli “Möcüzə yağları”- dan istifadə edilib. Keyfiyyətli yerli istehsal məhsullarına görə “Azərsun Holding” -ə minnətdarlığımızı bildiririk.

08.05.2017-ci il tarixdə T.Əmiraslanov İzmirdə Zəkəriyyə Divan Kultur evində mühazirə oxudu. Mühazirədə Ege Universitetin Türk Dünyası Arışdırmalar İnstitutun yaradıcısı, d-r., prof. Fikrət Türkman, və İnstitutun müdiri, Türkiyənin UNESCO-dakı nümayəndəsi, Türk Halk bilimi bölümünün dekanı (folklor fakultesi), d-r,prof. Mətin Ekici və başqa alimlər iştirak edirdilər.
T.Əmiraslanovu dinləyicilərə Fikrət Türkman təqdim etdi.
Komandamız 3 fərdi siniflərdən 3 qızıl medal, 1 komanda isə gümüş medal, və yarışların 2 kubokunu qazandı.
Çempionatın nəticəsini komandamız üçün müsbət hesab etmək olar.
Daimi dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürlərimizi bildiririk.
18278293_10212627971563357_1578995050800032301_o

18301275_1342388129147635_1423192733431251219_n

13.05.2017-ci il tarixdə Türkiyənin İstanbul şəhərində və 14 – 16.05.2017-ci il tarixlərdə Böyük Britaniyanın Uels bölgəsində keçirilən konfraslar barədə

13.05.2017-ci il tarixdə Dünya İslam Kulinariya Birliyinin I təsis konfransı öz işinə başladı. Tədbirdə 18 ölkə (Azərbaycan, Türkiyə, Özbəkistan, Bosniya Hersoqovina, Qırğızıstan, Qazağıstan, Livan, Tunis, Morocco, Nigeriya, Qətər, Banqladeş, Qambiya, Misir, Sinqapur, Pakistan, İordaniya, Maldiv adaları) iştirak edirdi. Tədbirə təşkilatçı sponsor kimi Türkiyə höküməti dəstək verirdi.
Artıq 50-yə yaxın islam ölkəsinin razılığı olduğu deyildi. Lakin bir sıra islam ölkələrində, məsələn İranda, Tacikistanda, Əfqanistanda və s. rəsmi peşəkar Kulinariya Assosiasiyaları olmadığı üçün bu ölkələrdə bunların öncə yaradılmasına dəstək verilməsinin vacibliyi vurğulandı. Təşkilatda hər ölkəni yalnız 1 peşəkar təşkilatı təmsil edə biləcək.
Azərbaycanın təklifi ilə təşkilatın adının Dünya İslam Aşbazlar Birliyi deyil daha geniş anlam olan Dünya İslam Kulinariya Birliyin qoyulması qəbul edildi.
Azərbaycanın təklifi ilə nizamnaməyə dövləti qurmuş islam ölkələrindən başqa qeyri-islam ölkələrində mövcud olan islam avtonomiyalarının (Tatarstan, Başqırdıstan,Uyğurustan və s.kimi ) Dünya İslam Kulinariya Birliyinə (DİKB) üzv qəbul edilməsi də öz əksini tapdı.
Azərbaycanın təklifiylə 4 rəsmi dil (ərəb,türk,ingilis və rus) qəbul edildi.
DİKB İslam Ölkələri Birliyi Təşkilatına kulinariya mədəniyyəti ilə dəstək verəcəyini bildirdi.
DİKB- nin ilk Prezidenti Türkiyədən Gökhan Tufan, Vitse-prezidenti Azərbaycandan Tahir Əmiraslanov, xəzinadar Qazağıstandan Aleksandr Trequbenko, Baş Katib Livandan Əli Noaman Traboulsi seçildi.
14.05.2017-ci il tarixdə Uelsədə Kulinarların Avropa Qitə Konfransı öz işini başladı. Orada qitə direktorların hesabatları,və ölkələrin kulinariya təşkilatlarının prezidentləri dinlənildi.
Kulinariya təhsili, təhsilin keyfiyyətinin yüksəldilməsinin vacibliyindən danışıldı. Bəzi ölkələrin məktəblərinin dünya standartlarına cəvab vermədiyi, ÜKTB-də akreditasiya edilmədiyi bildirildi.
Yeni Nizamnamə deyişikləri, yarış qaydalarına əlavələr də müzakirə olundu.
Avropanın ayrıca komitəsinin yaradılması müzakirə edildi.
Kulinarların Avropa Qitə Konfransında Azərbaycan nümayəndə heyətinin iştirakına dəstək verən “A. A” FOOD GROUP-a, xüsusən də Ağa Aşurova, təyyarə biletlərinə endirimlər etdiyi üçün “AZAL” Azərbaycan Hava Yollarına təşəkkür edirik.
Bütün tədbirlərimizdə bizi dəstəkləyən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımızı çatdırırıq.

18451496_10212693845650168_1632631662834188431_o

18489590_10212698423444610_8778839635069599043_o

“İpək yolu” festivalı

08.05.2017 – 12.05.2017-ci il tarixlərdə Azərbaycan nümayəndə heyəti (N.Babayeva, A. Əsgərova B. Məmmədova, R.Qəniyev) İran İslam Respublikasının Zəncan şəhərində keçirilən “İpək yolu” festivalında iştirak edib.
Festivalda Azərbaycan ilə yanaşı İran, İraq, Suriya, Fələstin, Çin, Tacikistan, Türkiyə, Əfqanıstan, Livan, Bəhreyn kimi ölkələr də öz mətbəx nümunələrini nümayiş etdiriblər. Açılış mərasimində Zəncan şəhərinin Mədəniyyət, Sənətkarlıq və Turizm naziri, şəhərin meri,bir sıra səfirlər və səfirlik nümayəndələri və digər vəzifəli şəxslər iştirak ediblər. Tədbirdə peşakar aşpazlarla yanaşı İranın müxtəlif şəhərlərində təhsil alan xarici tələbələr də iştirak ediblər. İranın Gilan, Ərdəbil, Həmədan və s. şəhərləri festivalda müxtəlif sənətkarlıq nümunələrini və əl işlərini nümayiş etdiriblər.
Azərbaycan nümayəndə heyəti tərəfindən pomidor, badımcan, bibər dolması, çoban salatı, doğramac, qazan kababı,buğlama və tərxun şərbəti hazırlanıb və qonaqlara paylanıb.
12.05.2017 tarixdə festivalın sonunda Zəncan şəhərinin Mədəniyyət, Sənətkarlıq və Turizm Nazirinin və şəhərin merinin şəxsən iştirakı ilə bütün komandalara eləcə də Azərbaycan komandasına diplom və hədiyyələr təqdim olunub.
Daimi dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürlərimizi bildiririk.

18492699_1351155198265358_340705211_n

18492880_1351155228265355_622364711_n

Çernaqoriyada keçirilən Beynəlxalq Kulinariya Çempionatı

20-21. 04.2017 ci il tarixdə Çernaqoriyada keçirilən Beynəlxalq Kulinariya Çempionatında ölkəmizdən başqa Türkiyə, Ukrayna, Rusiya, Yunanıstan, Sloveniya, Serbiya, Albaniya, Xorvatiya, Hindistan və s kimi 10 dan çox ölkə iştirak edirdi. Tədbirdə nümayəndə heyətimiz daimi olaraq Azərbaycanın Çernoqoriyadakı konsulluğunun himayəsi altında oldu. Komandamız tədbirdə 3 fərdi sinif və 1 komanda yarışında iştirak etdi. Budvada keçirilən bu ilki Beynəlxalq Kulinariya Çempionatında Ümumdünya Kulinariya Təşkilatları birliyinin sədri Tomas Gugler də iştirak edirdi.
Gənclər kateqoriyasında iştirak edən 1 nəfər fərdi sinifdə (Mədinə Əliyeva) komandaya fərqlənmə Diplomu 4- cü yer qazandırdı. Komanda olaraq (Art klassda ) Bürünc medal, böyüklərin sinifində isə (Sərxan Məmmədli) gümüş medal, Ələsgərova Gülnar isə bürünc medal qazandı.
Təssüf edirik ki, sonuncu gün komandanın 2 üzvü Qubatov Anar və Rodin Roman müxtəlif səbəblərdən yarışa gedə bilmədilər. Bununla bağlı hazırlanmış proqram pozuldu və ölkəmiz daha yüksək nəticələrdən məhrum oldu.
Tədbirdə iştirakımızı müsbət qiymətləndirmək olar.
Beləliklə iştirak etdiyimiz 4 sinifdə 1 gümüş 2 bürünc və bir fərqlənmə diplomu qazandıq.
Qeyd edək ki, xörəklərimizi yarışda Supersun yağlarıyla hazırladıq. Yüksək səviyyəli məhsula görə AzərSun Holding şirkətinə, dəstəyə görə Azərbaycan Mədəiyyət və Turizm Nazirliyinə və Çernoqoriyadakı Azərbaycan konsulluğuna minnətdarlığımızı bildiririk.

IMG_1729

Mühazirə-treninqlər

10-14 aprel 2017-ci il tarixində Qırğızıstanın Bişkek şəhərində HoReCa (Hotel,Restoran,Catering) təşkilatı tərəfindən təşkil edilmiş tədbirdə ümumi hesabla 13 saat mühazirə treninqlər keçirildi. Mühazirə-treninqlər restoran biznesi sahibkarları üçün təşkil edilmişdi. Mühazirə haqqında eşidənlər yalniz Qırğızıstandan deyil həm də Qazağıstandan gəlmişdilər.
Mühazirə başlayarkən ilk öncə Azərbaycan milli mətbəxi ilə bağlı film göstərildi və məlumat verildi. Mühazirələr aşağıdaki mövzulara əhatə edirdi:
1. “Restoran biznesində insan hisslərinin ekspluatasiyası”
2. “Restoran biznesində mətbəx və mədəniyyət”
3. “Milli xörəklərin modernizasiyası”
4. “Etnik restoranların yaradılması”
13aprel tarixində nümayəndə heyətimiz Azərbaycanın Qırğızıstandaki səfiri cənab Hidayət Orucov tərəfindən qəbul olundu.
14 aprel tarixində Manas Universitetində tələbə və müəllimlərə “Azərbaycan mətbəx mədəniyyəti” mövzusunda mühazirə oxunub.

17991179_1502453669795992_7276487929348694827_n

“Chef a la Russe 2017”

4-6 aprel 2017-ci il tarixlərində Azərbaycan Milli Kulinariya Assosiasiya heyəti Moskva şəhərində yerləşən Crocus Expo (Krokus Ekspo) mərkəzində keçirilən “Chef a la Russe 2017” festivalında iştirak etmişdir. 30 komandanın iştirak etdiyi festivalda eyni zamanda Qazaxıstan, Qırğızıstan öz komanda heyəti ilə yarışa qatılmışdır.
Komandaya sponsorluq etdiyi üçün Moskva şəhərində yerləşən “Бакинский бульвар” ( Bakinskiy bulvar) restoranlar şəbəkəsi və rəhbəri Niyazi bəyə təşəkkür edirik.
Azərbaycan komandası aşağıdakı tərkibdə təmsil olunmuşdur:
Tahir Əmiraslanov – Beynəlxalq hakim
Mədinə Əliyeva -qida mühəndisi
Ziya Şahbazov- aşpaz
Araz Əhmədov-aşpaz
Maksim Qolovin-aşpaz

20170406_151911

20170404_132408

15-ci Beynəlxalq Mətbəx Festivalı

02-05.02.2017-ci iltarixində Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komandamız Türkiyənin İstanbul şəhərində keçirilən 15-ci Beynəlxalq Mətbəx Festivalında iştirak edib. Tədbirdə 27 ölkədən ( Azərbaycan, Pakistan, Ukrayna, İsrail, Ruminiya, Xorvatiya, Tunis, Kipr, Serbiya, Moldova, Koreya,Tacikistan və s.) 1800 aşpaz 70 kateqoriyada yarışdılar. Festivalda Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov (münsif qismində), Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvləri: Araz Əhmədov, Pərviz Abdullayev, Adil Cəfərov, Sərxan Məmmədov, Nicat Babayev, Xanım Mirzəyeva, Çinarə Hacıyava, Azadə Musabəyli ( komanda kapitanı), Nigar Mövludova (tərcüməçi qismində) iştirak edirdi.
03.02.2017-ci il tarixdə komandamızdan JP7- balıq sinfindən : Nicat Babayev gümüş, Pərviz Abdullayev gümüş, Xanım Mirzəyeva bürünc, Çinarə Hacıyeva qızıl medal, JP9 – ana yemək sinfindən Nicat Babayev bürünc, Pərviz Abdullayev bürünc, Xanım Mirzəyeva bürünc, Çinarə Hacıyeva gümüş medal , SP1- müasir mətbəx sinfindən Araz Əhmədov qızıl medal, SP2- quzu sinfindən Sərxan Məmmədov- qızıl, Adil Cəfərov- gümüş , SP3 -balıq sinfindən Sərxan Məmmədov -qızıl, Adil Cəfərov- bürünc medal, 04.02.2017-ci il tarixində JPT1- Gənclər komanda sinfindən (Nicat Babayev, Pərviz Abdullayev, Xanım Mirzəyeva) 4-cü yer fərqlənmə diplomu , 05.02.2017-ci il tarixində SPT1- Qara qutu sinfində (Araz Əhmədov, Sərxan Məmmədov, Nicat Babayev) yaxşı nəticə göstərərək gümüş medal və 3-cü yer üzrə kuboka layiq görüldülər. Beləliklə, I yer kubokunu Tunis, II yer kubokunu Türkiyə, III yer kubokunu isə Azərbaycan qazanmışdır. Ümumilikdə komandamız 13 fərdi sinifdən : 4 qızıl, 4 gümüş, 5 bürünc medal, 3 komanda sinfindən bir gümüş medal, 3-cü yer üzrə kubok, 4-cü yer üzrə fərqlənmə diplomu ilə təltif olunmuşdur. Beləliklə 16 sinfin 15-ində komandamız yüksək nəticə göstərmişdir.
Bu yarışa biz Azərbaycandan özümüzlə “Azersun Holding” şirkətinin istehsalı olan “Super Sun” yağlarını aparmışıq. Hesab edirik ki, yerli məhsulların keyfiyyəti də qazanılan nəticələrə öz müsbət təsirini göstərdi.
Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası keyfiyyətli məhsullarına görə “Azersun Holding” şirkətinə və daimi dəstəyinə görə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə öz minnətdarlığını bildirir.
Tədbirdə komandanın tərkibi əsasən gənclərdən ibarət oldu. Komanda üzvlərindən 4 nəfər ilk dəfə , 2 nəfər isə ikinci dəfədir ki, beynəlxalq yarışlarda iştirak edirdi.
İlk dəfə iştirak edənlərdən Azərbaycan Turizm və Menencment Universitetinin 4-cü kur tələbəsi Çinarə Hacıyeva iki yarışdan bir qızıl və bir gümüş , 5 nömrəli Peşə litseyinin müəlliməsi isə iki fərdi yarış sinfindən 2 bürünc və 1 komanda yarışından 1 fərqlənmə diplomu almışdır.

16406946_10211702171418932_688674767037861509_n

20170205_080033

“İlin Gənci “

2 fevral gənclər günü münasibəti ilə 2016-cı ildə uğurlu fəaliyyətinə görə Azərbaycan Milli Kulinariya Mərkəzinin qida mühəndis texnoloqu Azadə Musabəyli Gənclər və İdman Nazirliyi tərəfindən “İlin Gənci ” mükafatına layiq görülüb.
Azadə Musabəyli 2015-ci il Monteneqro, 2016-cı Ukraynada keçirilən Beynəlxalq Kulinariya Çempionatlarının qızıl mükafatçısıdır. Hal-hazırda İstanbulda keçirilən Beynəlxalq Kulinariya Çempionatında Azərbaycan Milli Kulinariya komandasına kapitan təyin edilib.
Mükafat həmkarları tərəfindən qəbul edilib.
Həmkarımızı bir daha təbrik edir və yeni uğurlar arzu edirik!!!!!

16468724_1256855367695342_730496124_n

16507007_1256855481028664_1620650786_n

” Snow Polo” Dünya Kuboku yarışı çərçivəsində Azərbaycan milli mətbəx günləri keçirildi.

İsveçrənın Sankt Moritz şəhərində keçırilən ” Snow Polo” Dünya Kuboku yarışı çərçivəsində Azərbaycan milli mətbəx günləri keçirildi. Azərbaycan Kulinarlarından ibarət komanda 3 gün ərzində 20-30 mın adama mətbəximizi tanıtdı.
28.01.2017-ci il tarixdə xüsusi olaraq Azərbaycana həsr edilmiş “Bakı- Moritz” adlanan kokteyl parti keçirildi . Kulinarlarımız 10 adda hərəsindən 500-700 Azərbaycan kanapelərini qonaqlara təqdim etdi. Lörmə salat kanapesi, Narlı coban salat kanapesi,qara,qırmızı və ağ kürü ( Şamaxı ilbız kürüsü ) kanapeləri, badımcan ləvəngisi kanapesi, soyuq və qaynar hisə verilmış nərə balığı, qızıl balıq kanapeləri və s. ilk dəfə dünya restoran biznesində kanape kimi təqdim edildi. Gündüz isə saat 11-17 arası 12 min nəfərə Cay, 10 növ mürəbbə, şəkərbura, paxlava, mütəkkə, ət və göyərti qutabı, lavaş və motal pendiri, nar şırəsi, şərablar verildi.
Polınun( ÇÖVKAN) Vətəninin Azərbaycan olduğunu UNESKO qəbul edib.Bu bizə fərəh və güc verirdi. Buradakı hər kəs bunu bilirdi.Hər kəs Azərbaycanın Qarabağ atlarından danışırdı. Heydər Əliyev Fonduna, Fondun Prezidenti Mehriban xanım Əliyevaya, vitse Prezidenti Leyla xanım Əlıyevaya bizə göstərdikləri isti, doğma münasibətə ğörə minnətdarlığımızı bildiririk. Tədbirin Təşkilatçılarına Heydər Əliyev Fonduna, Respublika Atçılar Federasiyasna yüksək təşkilatçılığa görə təşəkkür edirik. İşci qrupda böyuk əzıyyət çəkən həm rəhbərlik, həm fəhləlık edən hər bir dostumuza, Əbülfəz bəyə, Bəhruz bəyə, Sultan bəyə, Böyükağa bəyə,Günel xanıma və Mənzər xanıma,işimızə dəstək vermış Mədənıyyət və Turızm Nazirliyinin rəqs qrupuna, tədbiri ən yüksək səviyyəlı məhsullarla təmın etmiş Azərsun Holdinqə, Ağsu Azqranat şirkətinə, hər kəsə minnətdarıq. Ölkəmiz namınə daha bir uğura imza atdıq.

16114760_10211631447250872_3532308726288784666_n

16142346_10211603324067810_160396064168995784_n

16298976_10211639991664477_3803858548401303849_n

Azərbaycan-İndoneziya Dostluq Gecəsi

Millət vəkili Q. Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-i və İndoneziyanın ölkəmizdəki səfirliyi birlikdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə bağlı İndoneziya səfiri iqamətgahında Azərbaycan-İndoneziya Dostluq Gecəsi tədbir keçiriblər.

15875206_1048763708569001_5991067881942000120_o

img_6535

img_6285