+(99412) 498 76 54 aze | eng | rus

Rəhbərlik


12757


Tahir Əmiraslanov — Azərbaycanın Milli Kulinariya Mərkəzinin baş direktoru 

Əmiraslanov Tahir İdris oğlu 14.03.1958-ci ildə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. 1979-1984-cü illərdə Leninqrad Sovet Ticarəti İnstitutunun əyani şöbəsində “İctimai iaşənin təşkili və texnologiyası” fakultəsində təhsil almış,ictiami iaşənin  mühəndis texnoloqu ixtisasına yiyələnmişdir. 1984-1989-cu illərdə Gəncə ictimai iaşə trestində mühəndis texnoloq,təsərrüfat hesablı iaşə müəssisəsinin müdiri işləmiş, eyni zamanda Azərbaycan Texnologiya İnstitutunda müəllimlik etmişdi. 1989 — 1991-ci illərdə Ticarət Nazirliyinin Respublika Elm və Texniki Nailiyyətlərim tətbiqi elmi mərkəzində ictimai iaşə şöbəsinin müdiri , 1991-ci ildən  yaranan Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru işləyir. Eyni zamanda Rusiyada nəşr edilən “Pitanie i Obşestvo” jurnalının xüsusi müxbiri, Dövlət İqtisad Universitetinin müəllimi kimi çalışır.


1998-ci ildən YUNESKO-nun Beynəlxalq Xalq Yaradıcılığı Təşkilatının üzvü, 2000-ci ildən Ənənəvi Qida Komitəsinin sədr müavini, 2004-cü ildən sədridir. Rusiya Kulinariya Assosiasiyasının vitse prezidenti, Dünya hakimlər kollegiyasının üzvüdür. Fransa Kulinariya Akademiyasının, Malta, Rumıniya, Yerusəlim, BƏƏ-nin və s ölkələrin Kulinariya Assosiasiyalarının fəxri üzvü, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, tarix elmləri namizədidir. Bir neçe kitabın, o cümlədən Azərbaycanın ilk Kulinariya ensiklopediyasının, çoxsaylı məqalələrin müəllifidir. Xarici ölkələrin Universitetlərində, elmi müəssisələrində mühazirələrə çıxıç edir. Ailəlidir,iki övladı,bir nəvəsi var.